Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildə

Çingiz Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Çingiz Abdullayev

Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991).

Çingiz Abdullayev
Doğum tarixi 7 aprel 1959(1959-04-07) (66 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, ssenarist, hüquqşünas, ictimai xadim, nasir, publisist
Əsərlərinin dili Azərbaycan dili, rus dili
Janrlar detektiv
Tanınmış əsərləri
  • Saturnun tövbəsi[d],
  • Quba kapriççiosu,
  • Üçüncü variant[d],
  • Mənim gözəl alibim[d],
  • Payız madriqalı[d],
  • Alçağın üslubu[d]
Mükafatları "Dostluq" ordeni — 2020 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf" ordeni — 2019 "Şöhrət" ordeni — 2009 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024
Azərbaycan Respublikasının xalq yazıçısı — 2005
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981)

2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib.

Fəaliyyəti

Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir. Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunmuşdur. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Çingiz Abdullayev 30 sentyabr 2022-ci ildə keçirilən AYB-nin XIII qurultayında ona sual verən bir jurnalisti təhqir edib və o, buna görə sərt şəkildə tənqid edilib.

Yaradıcılığı

Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981–1982) ilə başlamışdır. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" nəşr olundu.

Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.

Əsərlərin xaricdə nəşri

Avropa

2000-ci ildə İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı Abdullayevin "Qaranlıq simfoniyası" romanını nəşr etdirmişdir.

2004-cü ildə Rumıniyada "Paidea" nəşriyyatı tərəfindən 5000 nüsxə tirajla"Dronqo"romanı, 2009-cu ildə isə "Günəş altında qaranlıq" romanı nəşr olunub. Tərcüməçi professor Dumitru Balandır. Çingiz Abdullayevin Estoniyada dörd kitabı nəşr olunmuşdur — Mənim gözəl alibim (2008), Kabuslar tuneli (2008), Demək olar ki, inanılmaz qətl (2010), Öz dünyanı yarat (2010).

Çingiz Abdullayevin üç romanı – "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatında çap olunmuşdur (2012–2015)."İdeal Hədəf" romanı daha əvvəl fransız dilində nəşr olunmuşdu..

2015-ci ildən Latviyanın "Juvetas" nəşriyyatı Çingiz Abdullayevin bir sıra romanlarını nəşr etmişdir – "Bütlərin yükü" (2015), "Tənha ürəklərin evi" (2015), "Tərsinə çevrilmiş reallıq" (2016), "Qurban sindromu" (2016), "Alliqator xətti " (2017), "Həvəskarların arzusu"[17]. 2003-cü ildə "AVE" nəşriyyatı müəllifin daha iki kitabını latış dilində nəşr etdi — "Minillikdə bir dəfə " və "İcazə verilən səhv".

"Avropanın ələhidarları" romanı 2015-ci ildə Bosniya və Herseqovinada nəşr olunub.

Xaricdə nəşr olunan digər romanlar arasında İngilis Bulvarı (Serbiya, 2019), Transilvaniyaya Səyahət (Polşa, 2016), Oliqarxın Varisi (Albaniya, 2006), Əfsanə hüququ (Ukrayna, 2010).

Bolqarıstanda 1996-cı ildə "Herodun kölgəsi", 2005-ci ildə "Adında şər" və "Adında xəyanət" romanları çap olunub.

Yazıçının əsərləri toplu və jurnallarda rumın, belarus, macar və alman dillərində çap olunub.

Təltifləri

  • Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005;
  • "Qırmızı əmək bayrağı" ordeni;
  • "Şöhrət" ordeni — 7 aprel 2009;
  • Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan);
  • Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan);
  • Belarus Yazıçılar İttifaqının medalı (2014);
  • "Şərəf" ordeni (9 aprel 2019);
  • "Dostluq" ordeni (Rusiya) — 19 may 2020.
  • "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 7 fevral 2024

Filmoqrafiya

Əsər müəllifi kimi

  1. Dronqo (serial, 2002) (bədii serial) (Rusiya)
  2. Məhkumlar (film, 2006) (tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Dronqo (serial, 2002) (bədii serial) (Rusiya)
  2. Məhkumlar (film, 2006) (tammetrajlı bədii film)
  3. Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film)
  4. Xeyirlə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)

Məsləhətçi kimi

  1. 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)

Prodüser kimi

  1. Adın sirri və tale. Qurban Səid (film, 2010)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çingiz Abdullayev haqqında məlumat. Çingiz Abdullayev nədir? Çingiz Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şərur-Dərələyəz qəzası

  • Fevral 27, 2026

    Zəlləq döyüşü

  • Fevral 27, 2026

    Caryophyllaceae

  • Fevral 25, 2026

    Malcəhət

  • Fevral 27, 2026

    Pont (mifologiya)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst