Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fentezi — ədəbiyyatdan götürülmüş və ədəbiyyat, kino və cizgi filmləri, kompüter oyunları və teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.

Fentezi

  • Ana Səhifə
  • Vikipediya
  • Fentezi

Fentezi — ədəbiyyatdan götürülmüş və ədəbiyyat, kino və cizgi filmləri, kompüter oyunları və teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.

Mündəricat

Janrın qısa xülasəsi

Bu janrın ən əhəmiyyətli xüsusiyyəti, real dünyaya fantastik elementlər qatılması yerinə, tamamilə yazıçı təxəyyülünə söykənən bir dünyada keçən əhvalatlardan bəhs olunur. Mifologiyası, coğrafiyası, tarixi, irqləri ilə, "yəni hər detalıyla" yazıçıya aid bir dünyadır bu. Əlbəttə, yazıçı bu dünyanı hazırlayarkən gerçək dünyanın sözlərindən və bəzi qanunlarından faydalanır. Amma növün ciddiyə alına biləcək yazıçıları, bu sözləri aid olduqları mədəniyyətlərdən qoparmağa, onlara tam fərqli mənalar yükləməyə daim diqqət göstəriblər.

Janrın üstünlükləri

Fentezi janrının ən böyük üstünlüyü, hər millətdən oxucuya eyni məsafədə dayanmasıdır. Azərbaycanlı, İngilis ya da bir Yapon oxucu, fərqi yoxdu hər kəs fentezinin xarakterlərinə eyni dərəcədə yaxın ola bilər. Çünki digər janrların əksinə fentezi müəyyən bir cəmiyyətin və ya ölkənin mentalitetinə uyğun yazılmır. Bu janrda qurulan dünyanın öz adətləri və qanunları, cəmiyyətin isə xüsusi düşüncə tərzi olur. Məsələn: J. K. Rowling’in "Harry Potter" əsərində hərəkət edən şəkillər və uçan süpürgələr nə qədər təbii görünsə də "maqıl"ların gözündə (kitabda insanlara maqıl deyilir) bunlar o qədər mümkünsüzdü.

Nikki Gamble təsnifatı

  • Real dünyanın mövcud olmadığı mühit (Ga'Hoole’un himayəçiləri, Diskvorld, Buz və odun musiqisi, Zaman çarxı)
  • İkinci dünyaya real dünyanın qapısından daxil olunur (Alisa möcüzələr diyarında, Narniya səlnamələri, Onun qara fikirləri, Xans, Qaranlıq Qüllə)
  • Real dünyanın içərisində onun bir hissəsi olan fərqli bir dünya (Harri Potter, Peqananın Tanrıları)

Real dünyanın mövcud olmadığı yerdə, qurulmuş dünyanın xəritəsi, coğrafiyası və tarixi tez – tez göstərilir. İkinci dünya real dünyaya əsaslanır, yaxud simvolik olaraq onu təmsil edir. Məsələn: Fillip Pullmanın "Şimal Şəfəqləri" (Qızıl Kompas adlı film bu əsərin motivləri əsasında çəkilmişdir) əsəri buna misal ola bilər. Pullman girişində onu izah edir ki, burada mühit bizimki kimidir, ancaq bir çox yönlərinə görə fərqlənir. Dünya içərisində ikinci dünya real dünya ilə birlikdə mövcud olur, buna baxmayaraq real dünyanın sakinləri anlaşılmaz səbəblərdən ikinci dünyadan xəbərsizdirlər.

Harri Potter da real dünyada qurulub, buna baxmayaraq Hoqvarts məktəbinin Şotlandiyada təcrid edilmiş bir yerdə yerləşdiyi və real dünyadan ancaq fiziki cəhətdən ayrıldığı dünya içində dünyada yerləşir. Buna görə de Hoqvarts, C. S. Levisin Narnia əsərində olduğu kimi alternativ dünyadır və əsər fentezi janrı kimi özünü göstərir. Gembl iddia edir ki, "Üzüklərin hökmdarı" real dünyanın olmadığı yerdə baş verir. Bu Tolkinin inkar etdiyi bir şey idi və o iddia edirdi ki, burada Orta Dünya keçmişdəki real dünyadır. Bir çox hallarda o, bu hadisələrin başqa planetdə yox, Yerdə baş verdiyini deyir. Fentezi janrında dünya, real dünya mühitinə az və ya çox əsaslana bilər. Oxşarlıq güclü olduqda, xüsusi ilə real dünya tarixindən istifadə olunanda fentezi, alternativ tarix janrına çevrilir.

Uğurları

Dünya ilə tanışdığı ilk illərdən etibarən (təqribən 1955-ci il) gözlənilməz uğurlar qazanan fentezi janrı K. S. Lyuis və C. R. R. Tolkinin əsərləri ilə yüz miliyonlarla insanın yaddaşında silinməz izlər qoymuşdur. Çıxdığı ilk vaxtlarda ədəbiyyatçıların böyük tənqidlərinə baxmayaraq qısa zamanda oxucuları özünə heyran qoyan fentezi, hazırda dünyada ən çox oxunan ədəbi janr kimi ad qazanmışdır.

Ən çox satılan ədəbi kitablar

Kitabın adıYazıçıJanrSatılan nüsxə sayı
1Harri PotterJ. K. RoulinqFentezi400 milyon
2Üzüklərin hökmdarıJ. R. R. TolkienFentezi150 milyon
3Narniya səlnamələriC. S. LyuisFentezi120 milyon
4HobbitJ. R. R. TolkienFentezi104 milyon
5Və sonra heç nə yox idiAgata KristiDetektiv100 milyon
6Ala-toranlıqStefani MeyerRomantik/Qorxu100 milyon
7Da Vinçi koduDan BraunDetektiv83 milyon

Bundan başqa Fentezi janrı film sahəsində də yüksək uğur əldə etmişdir. Təsadüfü deyil ki, Hollivud kino sənayesində ən çox gəlir gətirən 20 filmdən 9-u bu janrda yazılmış kitabların motivləri əsasında çəkilən filmlərdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fentezi haqqında məlumat. Fentezi nədir? Fentezi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xanbalıq

  • Fevral 27, 2026

    Hispanik Amerikası

  • Fevral 27, 2026

    Luis Tosar

  • Fevral 17, 2026

    Çexoslovakiya

  • Fevral 27, 2026

    55 (ədəd)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst