Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uroboros (q.yun. οὐροβόρος) — əfsanlərdə öz quyruğunu yeyən ilan və ya əjdaha şəklində təsvir olunan məxluq. Uroboros yunan sözü olub, “quyruğunu yeyən” deməkdi

Uroboros

  • Ana Səhifə
  • Vikipediya
  • Uroboros

Uroboros (q.yun. οὐροβόρος) — əfsanlərdə öz quyruğunu yeyən ilan və ya əjdaha şəklində təsvir olunan məxluq. Uroboros yunan sözü olub, “quyruğunu yeyən” deməkdir. Uroboros adətən öz quyruğunu yeyən ilan formasında və dairəvi şəkildə təsvir olunur, lakin bəzən lemnistikat (sonsuzluq işarəsi) formasında da təsvir edilə bilər. Uroboros Qədim Misirdə yaranmışdır və Günəşi simvolizə edirdi. Onu qnostisizmdə Günəş tanrısı Abrakasla əlaqələndirirdilər və sonsuzluğu təcəssüm edirdi.

1478-ci ildə əlkimyəvi traktda çəkilmiş Uroboros

Uroboros kimyada civəni simvolizə edir və özündə davamlı bərpa (davamlı olaraq dərisini dəyişdiyinə görə, bir çox hallarda ilan reinkarnasiyanın simvolu sayılır), ziddiyyətin harmoniyasını və həyat mərhələləri və ölümü təcəssüm etdirir. Kimyada iki uroboros (bir-birni yeyən iki varlıq) uçuculuğun simvoludur.

Uroboros bir çox mədəniyyətlərdə mövcuddur. Qədim Skandinaviya əfsanələrində ilan Yormunqandr bir çox hallarda dünyanı dövrəyə alan və İqqdrasil, həyat ağacını müdafiə edən uroboros şəklində təsvir edilir. Eynilə, Astek mədəniyyətində ilan tanrı Kestakoatlın və Çin mədəniyyətindəki kimya rəmzi əjdahaların oxşar formaları və mənaları vardır.

Simvol özünü yaratmağı və təbiətin davamlı dövranını təcəssüm edir. Uroboros, həmçinin riyaziyyatda rekursiya adlandırılan paradoksal faktorun da simvoludur. Simurq və ya Ənkə quşu özünü yandırdıqdan sonra öz küllərindən yenidən yarandığı kimi, uroboros da özünü yedikdən sonra özünü yenidən doğur.

Qalereya

  • 1617-ci ilə aid rəsm
    1617-ci ilə aid rəsm
  • Milan baş kilsəsi
    Milan baş kilsəsi
  • Çexiyada yaşayış yeri olan Lizninin emblemi
    Çexiyada yaşayış yeri olan Lizninin emblemi
  • Qədim dünya təsəvvürünə aid rəsm
    Qədim dünya təsəvvürünə aid rəsm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uroboros haqqında məlumat. Uroboros nədir? Uroboros nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II İosif

  • Fevral 27, 2026

    Marian adaları

  • Fevral 27, 2026

    Vurma

  • Fevral 27, 2026

    Dəmavənd şəhristanı

  • Fevral 27, 2026

    Güzgü həyat

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst