Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yormunqandr ("nəhəng bədheybət" deməkdir) qədim Skandinaviya mifologiyasında nəhəng ilan. Həmçinin "Iormungand" və ya "Jormund" kimi də yazılır və bəzən "Midqar

Yormunqandr

  • Ana Səhifə
  • Vikipediya
  • Yormunqandr

Yormunqandr ("nəhəng bədheybət" deməkdir) qədim Skandinaviya mifologiyasında nəhəng ilan. Həmçinin "Iormungand" və ya "Jormund" kimi də yazılır və bəzən "Midqard ilanı" yaxud "dünya ilanı" da adlandırılır. Yormundqandr dəniz ilanıdır. O, tanrı Loki və ilahə Anqrbodanın ortancıl övladıdır. Əfsanəyə görə tanrı Odin qaçılmaz taleyi qabaqlamağa cəhd edərək Lokinin Anqrbodadan olan 3 övladını – qurd Fenrir, Hel və Yormunqandrı əsr götürür və Yormunqandrı Midqardı çevrələyən böyük okeana atır. İlan o qədər böyüyür ki, dünyanı çevrələyir və öz quyruğunu yeyir. Bunun nəticəsi olaraq, onu dünya ilanı yaxud Midqard (qədim Skandinaviya mifologiyasında 9 dünyadan biri, insanların dünyası) ilanı da adlandırırlar. Bu baxımdan Yormunqandr Oroborosu xatırladır. Yormunqandr bəzən 3 başlı təsvir edilir.

Yormunqandr
Cinsi erkək orqanizm[d]
Atası Loki
Qardaşı və bacısı Hel (varlıq), Fenrir, Sleypnir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Tor Yormunqandr ilə döyüşür" (1788) — Henri Fuseli

Yormunqandr və Tor

Yormunqandr azad olduğu zaman dünya dağılacaq. Yormunqandrın əzəli düşməni tanrıların tanrısı Odinin oğlu Tordur. Mifologiyaya görə Raqnarök döyüşündə nəhəng ilan Yormunqandr okeandan çıxacaq və göy üzünü zəhərləyəcək. Tor Yormunqandrı öldürəcək, lakin ilan onu zəhərlədiyinə görə Tor yalnız doqquz addım irəliləyə biləcək, sonra yerə yıxılacaq və öləcək.

Həmçinin bax

  • Odin
  • Tor (mifologiya)
  • Loki
  • Raqnarök
  • Oroboros

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yormunqandr haqqında məlumat. Yormunqandr nədir? Yormunqandr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yəhudanın öpüşü

  • Fevral 27, 2026

    Vangelis

  • Fevral 27, 2026

    Arif Xasayev

  • Fevral 24, 2026

    Stavropol diyarı

  • Fevral 28, 2026

    .bm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst