Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İqqdrasil (Qədim skandinav dilində Yggdrasill) — Qədim Skandinaviya mifologiyasında 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji ağac. İqqdrasil 9 dünyanı əhatə ed

İqqdrasil

  • Ana Səhifə
  • Vikipediya
  • İqqdrasil

İqqdrasil (Qədim skandinav dilində Yggdrasill) — Qədim Skandinaviya mifologiyasında 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji ağac. İqqdrasil 9 dünyanı əhatə edir və ilan Yormunqandr tərəfindən qorunur. İqqdrasil bütün mədəniyyətlərə məlum kosmik ox yaxud universal dünya ağacının bir çox variantından biridir. O, bir çox məxluqun evidir. Bunlardan ən çox bilinənlər; ağacın köklərində yuva salan ilan yaxud əjdaha "Nidhogg", ağacın başında yaşayan xoruz Qullinkambi (qızıl pipik), onlar arasında xəbər aparan dələ Ratatosk, dörd küləyi təmsil edən erkək marallar — Dáinn, Dvalinn, Duneyrr və Duraþrór və adsız qartaldır. Skandinav əfsanəsinə görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü ağacdan başı-aşağı asmışdır. Ağacın köklərinin altından bulaq, Mimir, qaynayır. Odin müdriklik qazanmaq üçün Mimirə bir gözünü qurban vermişdir. 13-cü əsrdə bir araya toplanmış poetik Edda və 13-cü əsrdə Snorri Sturluson tərəfindən qələmə alınmış, nəsr şəklində olan Eddaya istinadən İqqdrasil nəhəng göyrüş ağacıdır. İqqdrasilin budaqları cənnətə qədər uzanır. Raqnarök günü gəldiyi zaman alov nəhəngi Surtr tərəfindən yandırılacaq.

Etimologiya

Ümumu qəbul edilmiş mənası "Odinin atı", "dar ağacı"dır. Çünki drasill at, Ygg(r) Odinin bir neçə adından biridir. Poetik Eddada Hávamál şeirində Odinin özünü ağacdan asaraq qurban verdiyi təsvir olunub, buna görə də bu ağac "Odinin dar ağacı" mənasına gələ bilər. Buna baxmayaraq, akademik varianta görə İqqdrasil elə ağacın öz adıdır. F. Detterin təqdim etdiyi üçüncü varianta görə isə İqqdrasil Yggr ("qorxu, terror" deməkdir, lakin bu sözün tanrı Odinin adına əsaslanmır) sözündəndir və buna görə də "qorxu ağacı, dar ağacı" mənasına gəlir. Dördüncü versiya isə F. R. Şröder tərəfindən irəli sürülür, Şröderə görə İqqdrasil "qaraçöhrə dirəyi" deməkdir – *igwja (qaraçöhrə ağacı) sözündən gələn yggia, *dher (dəstək) sözündən gələn drasill (dəstək).

Poetik Edda

Poetik Eddada üç şeirdə Völuspá, Hávamál və Grímnismálda ağacın adı çəkilir. Völuspada, 19-cu bənddə völva deyir:

Qədim skandinav dilində.

Ask veitk standa, heitir Yggdrasill
Hár baðmr, ausinn hvíta auri;
þaðan koma döggvar þærs í dala falla;
Stendr æ of grænn Urðar brunni.

Azərbaycan dilində.

Mən bilirəm göyrüş ağacı orada dayanır.
İqqdrasildir onun adı.
Parıldayan gil torpaqla yuyulan hündür ağac,
Vadilərə damlayan şəbnəmlər oradan gəlir.
"Urðr"un bulağında həmişə yaşıl olaraq qalır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqqdrasil haqqında məlumat. İqqdrasil nədir? İqqdrasil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Ləzgi dilləri

  • Fevral 27, 2026

    Tahsin Yazıcı

  • Fevral 27, 2026

    Arximed

  • Fevral 27, 2026

    Flora (mifologiya)

  • Fevral 27, 2026

    Aldosteron

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst