Təbəi-tabiin (ərəb. تبع التابعين) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərdən sonra dünyaya gəlmiş ən xeyirli nəsil.
Sünniliyə görə tərifi
Sünni İslama görə adamın Təbəi-tabiin olması üçün şərtlər aşağıdakılardır:
- müsəlman olaraq ölmək,
- ən azı bir tabiinlə görüşmüş olmaq,
- Adil olmaq (Sünnilərə görə bu, Əhlis-Sünnə vəl-Camaatın əqidə və əməllərinə əməl etmək deməkdir).
Bu haqda Məhəmməd peyğəmbər demişdir:
"İnsanların ən yaxşısı mənim dövrümdə yaşayanlar, sonra onlardan sonra gələnlər (Tabiinlər) və daha sonra gələnlər (ikinci nəsil)."
Təbəi-tabiin nəsli
Bu nəsil İslamın olduğu kimi, səhabə və tabiindən sonrakı nəsillərə çatdırılmasında çalışmış və bu uğurda mübarizə aparmış bir nəsildir.
Təbəi-tabiin dövrü hədis təhəmmülü (red - hədisi təhrif etmədən nəqletmə) və hədis rəvayəti üsullarının ən mükəmməl formaya düşdüyü dövr sayılır. Bu dövrdə hədislər nizamlı olaraq toplanmış, eyni zamanda mövzulara görə bablara (red - bölmə) ayrılmış, təsnif edilmişdir. Bu haqda Raməhörmüzi bunları nəql edir:
"Bildiyimə görə hədisləri ilk təsnif edən şəxslər, Bəsrədə Rəbi ibn Subeyh, Səid ibn Ərubə, Yəməndə Xalid ibn Cəmil və Məmər ibn Rəşiddir. Məkkədə İbn Cüreyc, Kufədə isə Süfyan əs-Səvridir."
Bu perioda aid olub, dövrümüzə qədər gəlib çatan ən dəyərli musənnəf əsər Malik ibn Ənəsin "Muvatta" adlı əsəridir.
Səxaviyə görə təbəi-tabiin nəsli hicri 220-ci ildə başa çatmışdır.
Təbəi-tabiin nəsli bunlardır:
Böyük sünni imamlarından dördü:
- Əbu Hənifə (Bəzilərinə görə Əbu Hənifə Ənəs ibn Maliki gördüyü, ondan və digər səhabələrdən hədislər nəql etdiyi üçün tabiin sayılır.)
- İmam Şafii
- Malik ibn Ənəs
- Əhməd ibn Hənbəl
Digər təbəi-tabiilər:
- Əbu Yusif
- Məhəmməd əş-Şeybani
- Abdullah ibn əl-Mübarək
- Məhəmməd əl-Buxari
- əl-Leys ibn Səd
- Həmmad ibn Zeyd
- Həmmad ibn Sələmə
- Şöbə ibn Həccac
- Məkki ibn İbrahim
- Fudeyl ibn İyad
- Davud ət-Tai
- Cəfər Sadiq
- Əvzai
- Süfyan ibn Uyəynə
- Süfyan əs-Səvri
Şiəlikdə Təbəi-tabiin
Şiəlikdə belə bir anlayış yoxdur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təbəi-tabiin haqqında məlumat. Təbəi-tabiin nədir? Təbəi-tabiin nə deməkdir?