Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Sadiq (ərəb. أَبُوعَبْدِاللَّهِ جَعْفَرُ بْنُ مُحَمَّدٍ الصَّادِقُ‎; 20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasi

Cəfər Sadiq

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Sadiq

Cəfər Sadiq (ərəb. أَبُوعَبْدِاللَّهِ جَعْفَرُ بْنُ مُحَمَّدٍ الصَّادِقُ‎; 20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Cəfərilikdə 6-cı, İsmaililikdə 5-ci imam. Nəqşibəndi silsiləsindəki 4-cü şeyx. Məzarı Bəqi qəbiristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır.

Cəfər Sadiq
ərəb. جَعْفَرَ بْنَ مُحَمَّدٍ الصّادِقَ‎
Doğum tarixi 20 aprel 702(0702-04-20)
Doğum yeri
  • Mədinə, Hicaz, Əməvilər xilafəti
Vəfat tarixi 16 dekabr 765(0765-12-16) (63 yaşında)
Vəfat yeri
  • Mədinə, Hicaz, Abbasilər xilafəti
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Uşaqları
  • İmam Kazım,
  • İsmayıl ibn Cəfər
Atası Məhəmməd əl-Baqir
Fəaliyyəti imam, universal insan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümumilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi. İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı. Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu. İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı, bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı.

İmamın Elmi Mübahisələri

Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq buyurdu: "Baş verən işlərin varlığı, onları yaradanın varlığına dəlalət edir. Görmürsənmi, sən bir tikilmiş binaya baxdıqda, hətta bənnanı görməsən və onu müşahidə etməsən də, onun bir banisinin(tikənin) olduğunu bilirsən…"

Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə səcdə etməyi əmr etdi?" İmam Sadiq buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə, Allah üçün səcdə etmişdir . Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər, buna görə də səcdələri Allah üçün idi".

İmamın şəhid edilməsi

Mənsur Dəvaniqi, İmam'ı öldürməyi plânlamıştı. Öldürücü bir zəhər hazırlatmış və valisi vasitəsilə İmama içirtmişdi. İmam Cəfər Sadiq onu içəndə, bağırsaqları parçalanmış, dözülməz ağrılar çəkməyə başlamışdı. İmam Cəfər Sadiqin şəhid edilməsi, o dövrdə İslam aləminin başına gələn ən böyük fəlakətlərdən biri idi. Bu hadisənin dəhşəti qarşısında İslam aləminin dörd bir tərəfi sarsıldı. Haşimilərin və digər insanların evlərindən fəryadlar yüksəldi.

Əhli-Sünnə alimlərinin Cəfər Sadiq haqqında dedikləri

Müasir sünnilər İmam Cəfər Sadiqin əhli-sünnə olduğunu iddia etsələr də bu, onların böyük rucal alimlərinin sözləri ilə üst-üstə düşmür. Belə ki, bir çox əhli-sünnə alimi onu zəif hesab etmiş və etibarlı görməmişdir. Belə olduğu halda İmam Cəfər Sadiqin əhli-sünnə olmağı sual altına düşür, çünki, əgər əhli-sünnə olsaydı böyük sünni alimləri onu mədh edərdi. Onlarda bəziləri:

  • Yəhya ibn Səid dedi

"Mucalid mənə daha sevimlidir nəinki o (Cəfər), mənim hisslərimdə ona (Cəfərə) qarşı nəsə var (şübhəliyəm)".

  • İbn Uyaina dedi:

"Onun yaddaşında nəsə problem var idi"

  • Şəmsəddin Zəhəbi yazır ki, əhli-sünnə alimi Süfyani Suri İmam Cəfər haqda belə deyirdi:

"Süfyani dedi: Biz adətən üç nəfərin hədislərinə gülərdik. Bunlar Rabia, Məhəmməd ibn Əbi Bakar ibn Həzm və Cəfər ibn Məhəmməddir, çünki onlar hədis elmində zəif idilər."

  • İbni Hacər Əsqalani İmam Cəfərin tərcüməsində yazır:

"İbn Sa'd dedi: O adətən çox hədis danışardı, amma siğa deyil və zəif hesab olunur."

  • Şəmsəddin Zəhəbi imam Cəfər haqqında yazır:

Musa'ab ibn Abdullah dedi: "Malik İmam Cəfərdən hədis demirdi, ta o vaxta qədər ki, həmin hədisi uca və hörmətli alimdən eşitməsin. Yalnız o vaxt Malik o hədisi qeyd edirdi".

  • Əhməd ibn Hənbəl İmam Cəfərin tərcümeyi-halında yazır:

Əl-Mərvəzi (Əhməd ibn Hənbələ istinadən) Cəfər ibn Məhəmməd haqqında soruşduqda, Əhməd ibn Hənbəlin cavabı belə olmuşdur: "Yəhya ondan rəvayət etmiş və onu zəif hesab etmişdir."

  • Əl-Meymuni demişdir:

"Cəfər ibn Məhəmməd hədisdə zəif və müztəribdir (yəni, hədisləri ziddiyyətlidir)."

  • Əbu Davud dedi:

"Əhməddən eşitdim ki, Əli ibn Zeyd, Cəfər ibn Məhəmməd, Asim ibn Ubeydullah və Abdullah ibn Məhəmməd ibn Aqil bir-birinə çox yaxındırlar və biz onları tənqid edirik."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Sadiq haqqında məlumat. Cəfər Sadiq nədir? Cəfər Sadiq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Poti

  • Fevral 27, 2026

    Mukeş Ambani

  • Fevral 27, 2026

    Geri (İndiana)

  • Fevral 27, 2026

    Kanye Vest

  • Fevral 27, 2026

    Tibetlilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst