Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan he

Tuvalu

  • Ana Səhifə
  • Vikipediya
  • Tuvalu

Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir. Əgər Qlobal istiləşmə nəticəsində istilik 1 dərəcə yüksəlsə, Tuvalu tamam su altında qalacaqdır. Bu səbəbdən adada yaşayan yerli xalq indidən Avstraliya və Yeni Zelandiyaya miqrasiya etməyə başlamışdır.

Tuvalu
Tuvalu
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Tuvalu mo te Atua
Himn: Tuvalu mo te Atua
Rəsmi dili tuvalu, ingilis
Etnik qrupları

Polinezyalı (%96)

Mikronezyalı (%4)
Paytaxt Funafuti
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Monarxiya
Kral III Çarlz
General-qubernator Tofiga Vaevalu Falani
Baş nazir Feleti Teo (2024–cu ildən]]
Sahəsi Dünyada 238-ci
 • Ümumi 26 km²
Əhalisi
 • Əhali (2019) 11,646 nəfər (229-cu)
 • Siyahıyaalma (2017) 10,645 nəf.
 • Sıxlıq 400 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2012) 37 mln $ dollar  (226-cı)
 • Adambaşına 3300 dollar  (172-ci)
Valyuta Tuvalu doları Avstraliya doları ((AUD))
İnternet domeni .tv
ISO kodu TV
Telefon kodu +688
Saat qurşaqları (utc+12)
Nəqliyyatın yönü sol[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

1831-ci ildə Nukufetau atollunun sakini
1894-cü ildə Tuvalulu qadın

Arxipelağın erkən tarixi ətraflı öyrənilməmişdir. Təxminən bizim eramızın 500-cü ilində Tuvalu arxipelaqının 300 adasında Tonqa və Samoadan gələn gəlmələr məskunlaşmışdır. Nanumanqa adasında olan bir mağaradan tapılmış tonqal izləri arxipelağın daha əvvəl məskunlaşılmasını düşünməyə əsas verir. Tuvalunu ilk kəşf edən avropalı ispan dəniz səyyahı Mendanya de Neyra olmuşdur. O, 1568-ci ildə adaların yanından keçmişdir.Səyahətçi arxipelağı "Laqun adaları" kimi adlandırdı. XVIII əsrə qədər Tuvalu başqa dəniz səyyahları tərəfindən yaxşı öyrənilməmişdi. Yalnız 1788-ci ildə ingilis kapitanlar Tomas Gilbert və Con Marşall adaya ekspedisiya təşkil edib arxipelağın bir hissəsini ətraflı tədqiq etmişdilər. 1819-cu ildə Kanada gəmisi "Rebekka"nın kapitanı arxipelağı gəminin sahibinin şərəfinə "Ellis adaları" kimi adlandırmışdı. XIX əsrin birinci yarısında balina ovçuları gəmilərlə Tuvaluya səyahət etməyə başladılar. Lakin əcnəbi gəmilərinin yan alması üçün əlverişli limanlar olmadığına görə əcnəbilər burada yaşayış məntəqəsinin əsasını qoymamışdılar.

İnzibati bölgü

Tuvalunun inzibati olaraq 7 ada (Nanumea, Niutao, Nanumanqa, Nui, Vaitupu, Nukulaelae və Nukufetau) və 1 şəhər bələdiyyəsinə (Funafuti) bölünmüşdür.

№Əyalətİngilis dilində adİnzibati mərkəzSahə,
km²
Əhali (2002)Sıxlıq
adam/km²
1VaitupuVaitupuAsau5,601591284
2NanumanqaNanumangaTonqa2,78589212
3NanumeaNanumeaLolua3,87664171
4NiutaoNiutaoKuliya2,53698276
5NuiNuiTanrake3,25548169
6NukulaelaeNukulaelaeFanqaua1,82393216
7NukufetauNukufetauSavave2,99586196
8FunafutiFunafutiVaiaku2,7944921610
Hamısı25,639 561373

Adaları

  • Funafuti
  • Nanumaya
  • Nanumea
  • Nui
  • Niutao
  • Niulakita
  • Nukufetau
  • Nukulaelae
  • Vaitupu

İqtisadiyyat

Ölkənin əhalisi natural kənd təsərrüfatı ilə məşğuldur. Adaların şoran torpağında yalnız kokos palması bitir. Balıq ehtiyatları Tuvalunun əsas təbii sərvətlərindəndir. Yerli kişilərin bir hissəsi xarici gəmilərdə matros kimi işləyir, yerdə qalanların çoxusu xaricə köçmək arzusundadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tuvalu haqqında məlumat. Tuvalu nədir? Tuvalu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 22, 2026

    Rumın dili

  • Fevral 23, 2026

    Kəbə

  • Fevral 25, 2026

    Daş kömür

  • Fevral 25, 2026

    Cəlilabad

  • Fevral 23, 2026

    Fortepiano

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst