Tsay İnven (çin. 蔡英文; ing. Tsai Ing-wen; 31 avqust 1956[…], Çjunşan[d]) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti.
| Tsay İnven | |
|---|---|
| çin. 蔡英文 | |
| |
| 20 may 2016 – 19 may 2024 | |
| Sonrakı | Lai Çinq-Te |
| 20 may 2020 – 26 noyabr 2022 | |
| 28 may 2014 – 24 noyabr 2018 | |
| 27 aprel 2011 – 29 fevral 2012 | |
| 20 may 2008 – 17 mart 2011 | |
| 1 fevral 2005 – 25 yanvar 2006 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 31 avqust 1956[…] (69 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, vəkil, universitet müəllimi[d], hüquqşünas |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət, Rəqabət hüququ |
| | |
| Təltifləri | |
![]() | |
| english.president.gov.tw president.gov.tw/Default… | |
Həyatı
1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub. 2004-cü ildə Demokratik Proqressiv Partiyaya (DDP) üzv olub.
2004-cü ilin dekabrından 2006-cı ilin yanvarına qədər — Qanunverici Yuan üzvü olub. 2006-cı ilin yanvar ayında Çin Respublikası Baş nazirinin müavini təyin edildi, 2007-ci ilin mayında bütün kabinet ilə birlikdə Baş nazir Su Çjuençan istefa verdi. 20 may 2008-ci ildə DPP sədri seçildi. 2012-ci il prezident seçkilərində DPP-yə namizəd oldu. 2012-ci ildə 45,6% səs alaraq prezident seçkilərində uduzdu və partiya lideri olaraq istefa verdi. 2014-cü ilin may ayında yenidən partiya sədri seçildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tsay i̇nven sözünün mənası, tsay i̇nven haqqında məlumat. tsay i̇nven nədir? tsay i̇nven nə deməkdir?

