Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 19

Mark Rotko

  • Ana Səhifə
  • Vikipediya
  • Mark Rotko

Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 1970[…], Manhetten, Nyu-York ştatı) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi.

Mark Rotko
latış. Markuss Rotkovičs‎
Doğum adı Маркус Янкелевич Роткович
Doğum tarixi 25 sentyabr 1903(1903-09-25)[…]
Doğum yeri
  • Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 25 fevral 1970(1970-02-25)[…] (66 yaşında)
Vəfat yeri
  • Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ
Fəaliyyəti rəssam, universitet müəllimi[d], boyakar[d], incəsənət xadimi
Təhsili
  • Yel Universiteti (–1921, 1923),
  • Nyu-York tələbə-rəssam liqası[d],
  • Linkoln Ali Məktəbi[d] (–1921)
Janr abstraksionizm
Stil abstrakt ekspressionizm
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar. 1910-cu ildə ilk olaraq Yakob Rotko qızı Soniya və oğlu Markı həyat yoldaşı ilə birlikdə Rusiyada qoyaraq ABŞ-yə yollanır və bir neçə il sonra Rusiyada qalan övladları və həyat yoldaşlarını da yanına gətirir. ABŞ-yə ilk gəldikləri günlərdəki çətinlikləri yavaş-yavaş öhdəsindən gəlməyə çalışsalar da, yenə bəxt Mark Rotkodan üz döndərir. Belə ki, 1913-cü ilin qışında Yakob Rotko vəfat edir. Ailənin maddi çətinliklərini nəzərə alaraq Mark da işləməyə başlayır və əsasən qəzət paylamaq və təsadüfi qısamüddətli işlərlə məşğul olur. Təbii ki, işlərdən əlavə Mark təhsilinə də biganə qalmır . 1913-cü ildə Linkoln liseyində oxumağa başlayır və 17 yaşında fəqlənmə ilə məktəbi bitirir. 1921-ci ildə Mark "Yel" universitetinə daxil olur, lakin buradakı mühit tamamilə Marka yad idi və o, universiteti yarıda saxlamalı olur və həyatında yeni bir səhifə açmağa başlayır . 1923-cü ildə o, Nyu-Yorka gəlir və buradakı incəsənət məktəblərinin birinə yazılır. Həmçinin Nyu-Yorkdakı Yəhudi mərkəzlərinin birində uşaqlara dərs verməyə başlayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mark rotko sözünün mənası, mark rotko haqqında məlumat. mark rotko nədir? mark rotko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qucarat

  • Fevral 27, 2026

    Akustika

  • Fevral 27, 2026

    Vücudnamə

  • Fevral 27, 2026

    Vətən (opera)

  • Fevral 27, 2026

    Vissarion Belinski

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst