Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir.
| Tolna | |||||
|---|---|---|---|---|---|
| Tolna vármegye | |||||
| |||||
| |||||
| 46°30′ şm. e. 18°35′ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tabesində | Cənubi Transdunay | ||||
| Başçı | Tamaş Fehervari | ||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 1 fevral 1950 | ||||
| Sahəsi | 370316 km² | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi | 225.936 nəfər (2015) | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodları | (+36) 74, 75 | ||||
| Digər | |||||
| tolnamegye.hu | |||||
![]() Tolna | |||||
Tarixi
Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.
Demoqrafiyası
2015-ci ilin siyahıyaalınmasına əsasən Tolna medyesinin əhalisi 225936 nəfərdir.
| İl | Əhalisi | Dəyişikliklər |
|---|---|---|
| 1949 | 275,644 | n/a |
| 1960 | ▼ 272,101 | -1.29% |
| 1970 | ▼ 258,760 | -4.90% |
| 1980 | ▲ 266,273 | 2.90% |
| 1990 | ▼ 253,675 | -4.73% |
| 2001 | ▼ 249,683 | -1.57% |
| 2011 | ▼ 230,361 | -7.74% |
Etnik tərkibi
Medyenin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup almanlar (təx. 10000) və romanlar (8,500) da ərazidə məskunlaşmışdır.
Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 230361 nəfər
Etnik qruplar (2011-ci ilin siyahıyaalınması): Etnik qruplarını təyin edənlər: 214953 nəfər:
- Macarlar: 194 685 (90,57%)
- Almanlar: 10 195 (4,74%)
- Qaraçılar: 8 768 (4,08%)
- Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 1 305 (0,61%)
2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 32000 nəfər etnik mənsubiyyətini bildirməmişdir.
Din
2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Tolna medyesində əhalinin dini inancı:
- Katoliklər– 108,755
- Macarıstanda Reform kilsəsi – 18,533;
- Evangelik kilsəsi – 6,800;
- Digər dinlər – 2,734;
- Dinsizlik – 35,803;
- Ateizm – 2,194;
- Dinini təyin etməyənlər – 55,542.
Regional strukturu

| № | Azərbaycan və Macar dilində adları | Sahəsi (km²) | Əhalisi (2011) | Sıxlığı (əhali./km²) | Mərkəzi | Say Bələdiyyələr |
| 1 | Bonhad bölgəsi Bonyhádi járás | 476.77 | 31,567 | 66 | Bonhad | 25 |
| 2 | Dombovar bölgəsi Dombóvári járás | 509.02 | 32,331 | 64 | Dombovar | 16 |
| 3 | Pakş bölgəsi Paksi járás | 836.00 | 49,433 | 59 | Pakş | 15 |
| 4 | Seksard bölgəsi Szekszárdi járás | 656.18 | 60,122 | 92 | Seksard | 17 |
| 5 | Tamaşi bölgəsi Tamási járás | 1,019.94 | 38,705 | 38 | Tamaşi | 32 |
| 6 | Tolna bölgəsi Tolnai járás | 205.24 | 18,203 | 89 | Tolna | 4 |
| Tolna medyesi | 3,703.16 | 231,183 | 64 | Seksard | 109 | |
|---|---|---|---|---|---|---|
Ərazi vahidləri
Tolna medyesində 1 medye, 10 rayon, 5 böyük kənd və 93 kənd yerləşir.
- Medyenin mərkəzi
(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır)
Seksard (34296) – medye mərkəzi
- Rayonları
Qalereya
Tolna medyesinin paytaxtı Seksard
Tamaşi gölü
Pakşda yerləşən Müqəddəs Ruk kilsəsi
Gemenç meşəsi
Ozorada yerləşən Pipo de Ozora qalası
Simontornya qalası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tolna (medye) haqqında məlumat. Tolna (medye) nədir? Tolna (medye) nə deməkdir?
