Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar

Ağçay (çay)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağçay (çay)

Ağçay — Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzər dənizinə tökülən çay.

Ağçay
azərb. Ağçay‎
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Quba rayonu,
  • Xaçmaz rayonu
Mənbəyi Yarımyaylaq dağı
 • Yüksəkliyi 3780 m
Mənsəbi Xəzər
Uzunluğu 68 km
Su sərfi 0,60 m³/san
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 239 km²

Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir.

Orta illik su sərfi 0,60 m³/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/m³-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir.

Toponimi

Quba və Xaçmaz rayonlarında çay. Yan silsilənin Yarımyaylaq dağından (1780 m. yüksəklikdən) başlanır. Xəzər dənizinə tökülür. Əsas qolu Quruçaydır. Suvarmada istifadə edilir; 2. Quba rayonu ərazisində çay. Qudyal çayının sağ qoludur; 3. Qax rayonu ərazisində çay. Qurmux çayının sağ qoludur. Qurmux çayına nisbətən suyunun duru olduğu üçün belə adlandırılması ehtimal olunur; 4. Kəlbəcər rayonu ərazisində çay. Lev çayının (Tərtər hövzəsi) qoludur. Laçın, Qubadlı, Oğuz, Tovuz rayonları ərazisində də eyniadlı çaylar qeydə alınmışdır. Hidronim ağ (kiçik; içməyə yararlı; axan; cənub) və çay (axar su) sözlərindən düzəlib. Dağıstan, Çcçenistan, Rostov vilayəti (Don çayının sağ qolu) ərazisində Aksay adlı çaylar da qeydə alınmışdır. Maraqlı burasıdır ki, Ağçay adlı çayların böyük əksəriyyəti ayrıldıqları çayların sağ qolunu təşkil edir.

Həmçinin bax

  • Quba
  • Xaçmaz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağçay (çay) haqqında məlumat. Ağçay (çay) nədir? Ağçay (çay) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İdris

  • Fevral 27, 2026

    Scientific American

  • Fevral 27, 2026

    Asif Rüstəmli

  • Fevral 21, 2026

    Roman

  • Mart 01, 2026

    Biblida

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst