Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Macarıstan krallığı — 1000–1944-cü illər arasında Mərkəzi Avropada mövcud olmuş krallıq. Krallığın ilk hökmdarı Müqəddəs I İştvan, son hökmdarı IV Karl olmuşdur

Macarıstan krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Macarıstan krallığı

Macarıstan krallığı — 1000–1944-cü illər arasında Mərkəzi Avropada mövcud olmuş krallıq. Krallığın ilk hökmdarı Müqəddəs I İştvan, son hökmdarı IV Karl olmuşdur.

Tarixi dövlət
Macarıstan krallığı
mac. Magyar Királyság
Bayraq Gerb
Bayraq Gerb
«lat. Regnum Mariae Patronae Hungariae»
1000 — 1 fevral 1946
Paytaxt Budapeşt
Dil Macar dili
Pul vahidi Avstriya-Macarıstan kronu
Kral
 • 1000 - 1038 Müqəddəs I İştvan
 • 1235 - 1270 IV Bela
 • 1308 - 1342 Karl Robert
 • 1458 - 1490 I Matyaş
Tarixi
 • 1526 Mohaç döyüşü
 • 1699 Karlovitsa müqaviləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Latın dilində Regnum Hungariae və ya Ungarie (Regnum latınca krallıq deməkdir); Regnum Marianum (Məryəm Krallığı); və ya sadəcə Hungaria, krallığın ilk illərindən 1840-cı illərə qədər Latın dilində rəsmi sənədlərdə istifadə edilən adlar idi.

Almanca adı Königreich Ungarn rəsmi olaraq 1784–1790-cı illərdə və 1849–1860-cı illər arasında istifadə edilmişdir. Macarca adı (Magyar Királyság) 1840-cı illərdə, sonra yenidən 1860-cı illərdən 1946-cı ilə qədər istifadə edilmişdir. Krallığın qeyri-rəsmi macarca adı — hələ də danışıq dilində olan — Magyarország da həmçinin Macarıstanın rəsmi adı idi.

Krallığın digər danışıq dillərində olan adlarl bunlar idi: pol. Królestwo Węgier, rum. Regatul Ungariei, serb. Kraljevina Ugarska, xorv. Kraljevina Ugarska, sloven. Kraljevina Ogrska, slovak. Uhorské kráľovstvo və Fiume şəhərində it. Regno d'Ungheria.

Avstriya-Macarıstanda (1867–1918) qeyri-rəsmi Transleitaniya adı bəzən Macarıstan Krallığının bölgələrini ifadə etmək üçün istifadə olunurdu. Rəsmi olaraq, Müqəddəs İştvan Tacının Torpaqları termini Avstriya-Macarıstanın Macarıstan hissəsi üçün daxil edilmişdir, baxmayaraq ki, bu termin bundan əvvəl də istifadə edilmişdir.

Paytaxt şəhərləri

Adı Dövr
Sekeşfexervar 1000–1543
Esterqom 1000–1256
Buda 1256–1315
Temesvár (indiki Timișoara) 1315–1323
Vişeqrad 1323–1408
Buda 1408–1485
Vyana (Bécs) 1485–1490
Buda 1490–1536 (1541)
Lippa (indiki Lipova, Rumıniya) – Şərqi Macarıstan krallığı 1541–1542
Gyulafehérvár (indiki Alba Iulia, Rumıniya) – Şərqi Macarıstan krallığı 1542–1570
Pressburq (indiki Bratislava) 1536–1784
Buda 1784–1849
Debretsen 1849
Buda 1849–1873
Budapeşt 1873–1944
Debretsen 1944
Budapeşt 1944–1946

Tarixi

Quruluşu

Arpadın başçılıq etdiyi macarlar 895-ci ildə Karpat hövzəsində məskunlaşdılar və Macar knyazlığını (896–1000) qurdular. Macarlar, Lexfeld döyüşündə Müqəddəs Roma İmperatoru I Otto tərəfindən dayandırılana qədər Qərbi Avropaya bir neçə uğurlu hücumlar ediblər.

Orta əsrlər

1000–1526-cı illər arasında müstəqil bir ölkə olan Macarıstan krallığının torpaqlarının böyük bir qismi Mohaç döyüşündən sonra Osmanlı İmperiyasının əlinə keçdi. Torpaqların geri qalan hissəsi Habsburqlar sülaləsinin idarəsi altında muxtar bir krallıq olaraq mövcudluğunu qoruyub saxladı. 1686-cı ildə başda Budin (Budapeşt) olmaqla Macarıstanın böyük bir hissəsi Habsburqların əlinə keçdi.

Yeni tarix

1867-ci ilə qədər Macarıstan krallığı Avstriya İmperiyasının bir parçası oldu. Bu dönəmdə Macarıstan krallığı öz məclisinə və konstitusiyasına sahib idi, amma məclis üzvləri Habsburqlar sülaləsi tərəfindən təyin edilirdi. 1867-ci ildə Avstriya-Macarıstan İmperiyası quruldu. Bu cüt monarxiya sistemi Birinci Dünya müharibəsinin sonuna qədər yaşadı. 1920–1946-cı illər arasında Macarıstan krallığı yenidən müstəqil ölkə oldu. 1946-cı ildə Macarıstan Xalq Respublikasının qurulmasıyla Macarıstan krallığı rəsmən ləğv edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Macarıstan krallığı haqqında məlumat. Macarıstan krallığı nədir? Macarıstan krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Komor adaları

  • Fevral 25, 2026

    Yakopo Korsi

  • Fevral 24, 2026

    Oracle Solaris

  • Fevral 24, 2026

    Qreqorio Fuentes

  • Fevral 24, 2026

    Ametist

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst