Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aparteid, apartheyd (afrik. apartheid; azərb. ayrı yaşamaq‎) — irqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən

Aparteid

  • Ana Səhifə
  • Vikipediya
  • Aparteid

Aparteid, apartheyd (afrik. apartheid; azərb. ayrı yaşamaq‎) — irqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür. CAR-ın hakim dairələri tərəfindən XX əsr də "ağdərili" olmayan əhaliyə qarşı həyata keçirilən ifrat irqi və milli diskriminasiya və seqreqasiya siyasəti. Aparteidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli-azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. 1910-cu ildə Cənubi Afrika haqqında aktın qəbul olunması Aparteid sisteminin əsasını qoydu. Cənubi Afrika İttifaqında irqçi Millətçi partiya hakimiyyətə gəldikdən sonra (1948) rəsmi dövlət siyasəti kimi tətbiq edildi. 1950–54-cü illərdə seqreqasiyanı kəskinləşdirən bir sıra qanunlar qəbul olundu. 1959-cu ildə qəbul olunmuş "Bantuların özünüidarəsinin inkişafı haqqında qanun"a əsasən Afrika əhalisinin parlamentdə təmsil olunmasına son qoyuldu, bantustanlar yaradıldı. 20-ci əsrin 70-ci illərində Afrika Milli Konqresinin rəhbərliyi altında milli və sosial əsarətə qarşı hərəkat geniş vüsət aldı. BMT dəfələrlə sənədlər qəbul edərək Aparteidi bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirdi. 80-ci illərdə Cənubi Afrikada Aparteidə qarşı hərəkatın dünya ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənməsi yerli hökuməti irqçilik siyasətini yumşaltmağa məcbur etdi. 1990-cı ilin əvvəllərinə qədər CAR-ın hakim dairələri aparteid siyasətini yerli əhaliyə qarşı aparmışdır. 90-cı illərin əvvəllərində CAR-ın prezidenti F. V. de Klerk Aparteidin tədricən ləğvinə başladı. CAR-ın "ağ" əhalisi arasında 1992-ci ildə keçirilən referendumdan və 1994-cü ilin demokratik seçkilərindən sonra Aparteid tamamilə ləğv olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aparteid haqqında məlumat. Aparteid nədir? Aparteid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xristianlıqda Oğul

  • Fevral 24, 2026

    Oliqarxiya

  • Fevral 23, 2026

    Xaçmaz rayonu

  • Fevral 17, 2026

    Kara dənizi

  • Fevral 25, 2026

    Mayotta

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst