Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəs

Seyid Mirbabayev

  • Ana Səhifə
  • Vikipediya
  • Seyid Mirbabayev

Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb.

Seyid Mirbabayev
Mir Tağı Mirbabayev
Ümumi məlumatlar
Doğum tarixi 1867(1867)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1953(1953) (85–86 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
İran İran
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr muğam

Həyatı

Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı.

Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu.

Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, və Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır. O hesab etmişdi, ki əsl sənəti olan xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirər, şan-şöhrətini azaldır.

Seyid Mirbabayev Bakıda "Qubernator evi"nin sahibi idi, və bu evi Rusiya imperiyasının Bakı quberniyasının qubernatorlarına icarəyə verirdi. Bakı şəhərində hazırkı "AzNeft" meydanı kimi tanınan yerdə yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binası Seyid Mirbabayevə məxsus olmuşdur. Seyid Mirbabayev bu evdə 1920-ci ilə qədər yaşayıb. 1920-ci ildə Bakı əməliyyatından sonra Seyid Mirbabayev Fransaya köçür. 1929-cu ildə Seyidin Parisə apardığı sərvət 1929-cu ildə tükəndi. Muflisləşmiş milyonçu Parisdə, Teymur bəy Aşurbəyliyə rast gəlir. Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana apardı.

Seyid Mirbabayev 1953-cü ildə Tehran şəhərində vəfat edib.

Həmçinin bax

  • Seyid Mirbabayevin sarayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, seyid mirbabayev sözünün mənası, seyid mirbabayev haqqında məlumat. seyid mirbabayev nədir? seyid mirbabayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Qreta Stivenson

  • Fevral 27, 2026

    Skonto FK

  • Fevral 27, 2026

    Xaribda

  • Fevral 27, 2026

    İonlaşma

  • Fevral 25, 2026

    Köpəkbalığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst