Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bethesda Softworks LLC — Merilend ştatının Rokvil şəhərində yerləşən ABŞ videooyun nəşrçisi. Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə "Media Technology Li

Bethesda Softworks

  • Ana Səhifə
  • Vikipediya
  • Bethesda Softworks

Bethesda Softworks LLC — Merilend ştatının Rokvil şəhərində yerləşən ABŞ videooyun nəşrçisi. Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir. 1999-cu ildə şirkət "ZeniMax Media"nın bir filialı olmuşdur. Şirkət ilk 15 ilində videooyun yaradıcısı idi və oyunlarını özü nəşr edirdi. 2001-ci ildə şirkət "Bethesda Game Studios" adlı bir filial yaratmışdır. Studiya yalnız videooyunları hazırlayırdı. Bununla birlikdə şirkət yalnız nəşrçi olmuşdur. Şirkət "ZeniMax Online Studios", "id Software", "Arkane Studios", "MachineGames", "Tango Gameworks" və "BattleCry Studios" şirkətlərinin oyunlarını da nəşr edir.

Bethesda Game Softworks
Ümumi məlumatlar
Tipi Filial
Sənaye Videooyun sənayesi
Məhsulu Videooyunlar
Təsis tarixi 1986 (40 il əvvəl) (1986)
Baş qərargahın yeri
  • Rokvill[…]
Struktur
Ana şirkət "Media Technology Limited" (1986–1999)
"ZeniMax Media" (1999–present)
Tərəfdaşlar Bethesda Game Studios
Rəhbərlik
Təsisçi Kristofer Uiver
Baş icraçı direktor Todd Hovard
bgs.bethsoft.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Yaradılma

Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə rəhbəri olduğu "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir. O "Bethesda"nı "Kompüter bazarının oyun inkişaf etdirmək üçün əlverişli bir yer olub olmadığını öyrənmək" üçün yaratmışdır.

"Bethesda"nın indiki prezidenti Vlatko Andonov, Uiverin şirkəti "Softworks" adlandırmaq istədiyini demişdir.

1986–1994

"Bethesda Softworks" ilk fizika əsaslı idman simulyasiyasını, "Gridiron!"u yaratmışdır. Şirkətin ilk oyunları yaxşı qarşılanmışdır. "Electronic Arts" ilk "John Madden Football" oyunu üzərində işləyirdi və bunun üçün "Bethesda"nı işə götürmüşdür. Şirkət eyni zamanda "Gridiron!" oyunlarının hüquqlarını almışdır. Bir il sonra yeni bir oyunu satışa çıxarılmamasından sonra, layihə üzərində işləməyi buraxdı və "Electronic Arts"ı 7.3 milyon ABŞ dolları üçün məhkəməyə vermişdir.

1990-cı ildə şirkət Merilend ştatının Rokvil şəhərinə köçmüşdür.

Şirkət ikinci əsas layihəsinə, "The Elder Scrolls" oyun seriyasına görə məşhurdur. Seriyanın ilk epizodu, "The Elder Scrolls: Arena" adıyla 1994-cü ildə satışa çıxarılmışdır. Bu oyunun satışa çıxarılmasından sonra seriyanın çox sayda epizodu satışa çıxarılmışdır. "Bethesda Softworks" "Terminator", "Ulduz yolu" və "Karib dənizinin quldurları" kimi filmləri nəşr etməklə də məşhurdur.

1994–1999

1995-ci ildə "Bethesda Softworks" "Flashpoint Productions"ı almışdır və şirkətin təsisçisi Brent Erikson "Media Technology Limited"in qərb sahili diviziyası, "MediaTech West"in inkişaf direktoru olmuşdur. Diviziya kimi "Golf Magazine: 36 Great Holes Starring Fred Couples", "Noctropolis" və "Burnout Championship Drag Racing oyun seriyaları üzərində işləmişdir.

1997-ci ildə "Bethesda" "XL Translab" adlı bir qrafika firmasını almışdır. XL nəticədə "Bethesda Softworks"un Rokvildəki baş qərərgahına köçmüşdür.

1997-ci və 1998-ci ildə Bethesda iki "The Elder Scrolls" genişlənirmə paketi satışa çıxarmışdır.

1999–2004

1999-cu ildə Uiver və Robert Oltmen "ZeniMax Media" adlı yeni bir valideyn şirkəti yaratmışdır. Edge ilə olan bir müsahibədə Uiver şirkətin valideyn şirkəti yerinə ali-səviyyəli bir idarəvi struktur olduğunu demişdir.

2001-ci ildə "Bethesda Game Studios" yaradılmışdır. Bunun nəticəsində "Bethesda Softworks" "ZeniMax Media"nın nəşrçi markası halına çevrilmişdir.

2002-ci ildə "ZeniMax" Uiveri işdən qovmuşdur. Bu hadisədən sonra, Uiver "ZeniMax"a 1.2 milyon ABŞ dolları üçün məhkəməyə vermişdir. "ZeniMax" bu məhkəməyə qarşı çıxdı. Məhkəmə işinin nəticəsində Uiver şirkətin böyük bir hissəsinin sahibi qalmışdır. 2007-ci ildə Uiver şirkətin 33%-ə sahib olduğunu demişdir.

2004–h.h

2004-cü ildə "Fallout" franşizi "Bethesda Softworks" tərəfindən "Interplay Productions"dan alınmışdır və "Fallout 3"ün inkişafı "Bethesda Game Studios"a verilmişdir. "Fallout 3" 28 oktyabr 2008 tarixində satışa çıxarılmışdır. "Fallout 3"ün satışa çıxarılmasından bir il sonra 5 endirilə bilən məzmun çıxarılmışdır — Operation: Anchorage, The Pitt, Broken Steel, Point Lookout və Mothership Zeta. "Obsidian Entertainment" tərəfindən hazırlanan yeni "Fallout" epizodu, "Fallout: New Vegas" 2010-cu ildə satışa çıxarılmışdır. "Fallout 4" 10 noyabr 2015-ci il tarixində satışa çıxarılmışdır.

2008-ci ilin fevral ayında şirkətin qolu olan "ZeniMax Europe" Londonda açılmışdır. Bundan sonra Tokio, Frankfurt, Paris, Benilüks, Honkonq və Sidney şəhərlərində nəşrçi ofislər açılmışdır.

24 iyun 2009 tarixində "ZeniMax" media "id Software"i almışdır. Şirkətin hazırladığı videooyunları "Rage" də daxil olmaqla "Bethesda Softworks" tərəfindən nəşr olunur. 2009—2012-ci illərdə şirkət müvafiq olaraq "Rogue Warrior", "Wet", "Brink" və "Hunted: The Demon's Forge" videooyunlarını nəşr etmişdir.

2012-ci ildən bəri şirkət "Dishonored", "Wolfenstein: The New Order" və "The Evil Within" kimi oyunları nəşr etmişdir.

Videooyunlar

1980-ci və 1990-cu illər

  • Wayne Gretzky Hockey (1988–1990)
  • Terminator seriyası (1990–1995)
  • The Elder Scrolls seriyası (1994–h.h)
  • Symbiocom (1998)
  • Zero Critical (1998)

2000-ci illər

  • IHRA Drag Racing seriyası (2000–2006)
  • Karib dənizinin quldurları seriyası (2003–2006)
  • Call of Cthulhu: Dark Corners of the Earth (2005)
  • Star Trek seriyası (2006–2007)
  • Fallout seriyası (2008–h.h)
  • Wet (2009)
  • Rogue Warrior (2009)

2010-cu illər

  • Doom seriyası (2010–h.h)
  • Brink (2011)
  • Hunted: The Demon's Forge (2011)
  • Rage (2011)
  • Dishonored seriyası (2012–h.h)
  • Wolfenstein series (2014–h.h)
  • The Evil Within seriyası (2014–h.h)
  • Prey (2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bethesda softworks sözünün mənası, bethesda softworks haqqında məlumat. bethesda softworks nədir? bethesda softworks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandropol qəzası

  • Mart 01, 2026

    Avşar (Ağcabədi)

  • Mart 02, 2026

    Transkripsiya (dilçilik)

  • Fevral 25, 2026

    Skranton (Pensilvaniya)

  • Mart 02, 2026

    Komitas

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst