Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani

Tippi Hedren

  • Ana Səhifə
  • Vikipediya
  • Tippi Hedren

Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir.

Tippi Hedren
ing. Tippi Hedren
Tippi Hedren, may, 2006-cı il
Tippi Hedren, may, 2006-cı il
Doğum adı Natali Key Hedren
Doğum tarixi 19 yanvar 1930 (96 yaş)
Doğum yeri Nyu-Ulm, Minnesota, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Piter Qriffit (1952-1961)
Noel Marşall (1964-1982)
Luis Barreneçi (1985-1995)
Martin Dinnes (2002-2008)
Uşağı Melani Qriffit
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1950 — bugünədək
İstiqamət kino
televiziya
Boyu 1,65 m
IMDb ID0001335
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tippi Hedren "Quşlar" filminin nümayişində; oktyabr, 2015-ci il.

Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır.

Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir. Tippinin 18 yaşı olanda o, Nyu-Yorka gələrək bir model kimi öz karyerasını başlayır. 1950-ci ildə Tippi kinoda öz debütünü edir. Bu debüt "Balaca qız" musiqili komediyasındakı çox da böyük olmayan roldan ibarət idi. Lakin 1950–1960-cı illər arası Tippi Hedren özünün aktrisalıq fəaliyyətini davam etdirmir və yalnız bir model kimi işləyir.

1963-cü ildə ustad rejissor Alfred Hiçkok onu televiziya verilişlərinin birində görür və Tippi Hedreni yaxında çəkəcəyi "Quşlar" filmindəki Melani Deniels roluna dəvət edir. Rolu ifa etməyə razılıq verən Tippi sonradan bu obraza görə "Qızıl qlobus" (ən yaxşı aktrisa debütü) mükafatına layiq görülür. Daha sonra isə onun ifa etdiyi Melani rolu "Premiere" jurnalında dərc edilmiş bütün zamanların 100 ən möhtəşəm obrazını əks etdirən siyahıya düşmüşdür. Bu filmin uğurunun ardınca Tippi Hedren Hiçkokun daha bir filmində çəkilir. Bu, "Marni" adlanan psixoloji triller idi. Həmin filmdə Tippi Hedrenin tərəf-müqabili məşhur aktyor Şon Konneri idi.

Hiçkok Tippinin bənzərsiz ifasından sonradan çəkdiyi filmlərində də istifadə etməyi qərara aldı. Lakin Tippi Hedren artıq Hiçkokla işləməkdən imtina etdi. Bu qəfil imtina ona gətirib çıxardı ki, növbəti illərdə o, heç bir filmdə görünmədi. Səbəb isə ondan ibarət idi ki, Hiçkok onun rol təklifini rədd etdiyi üçün Tippi Hedrenə qarşı qəzəbli idi. Alfred Hiçkokun bütün bu illər ərzində kinematoqrafda tutduğu yer o qədər yüksəkdə idi ki, bütün rejissorlar onun fikrilə razılaşmış və Tippini heç bir filmə çəkməmişdilər. Yalnız 3 illik fasilədən sonra Çarli Çaplinin "Honq Konqdan olan qrafinya" filmində Marta roluna çəkilir.

1970-ci illərdə Hedren demək olar ki, filmlərdə heç çəkilməmişdi. Ancaq 1980-ci illərin əvvəllərində tez-tez televiziya ekranlarında və "Otel", "4400", "O qadın qətli yazıb", "Qaranlıq yerin nağılları" kimi bir çox seriallarda görünməyə başlayır.

Şəxsi həyatı

Tippi 1952-ci ildə aktyor və prodüser Piter Qriffitlə ailə həyatı qurmuşdur. 1957-ci ildə onların ailəsində sonradan tanınmış aktrisa olmuş Melani Qriffit dünyaya gəlmişdir. 1961-ci ildə isə onların nikahı boşanma ilə sona çatdı. 1964-cü ildə Hedren öz agenti və çəkildiyi üç filmin prodüseri olan Noel Marşalla ərə gedir. 1982-ci ildə bu cütlük də boşanır. Onun üçüncü əri sahibkar Luis Barreneçi olmuşdur. Bu ailə 1985–1995-ci illərdə mövcud olmuşdur. 1995-ci ildə Luisdən boşanan Tippi 2002-ci ildə baytar həkim Martin Dinnesə ərə getmişdir.

  • Aktrisa Melani Qriffitin anasıdır.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1950Balaca qızing. The Petty GirlAys Boks
1963Quşlaring. The BirdsMelani Deniels
1964Marniing. MarnieMarni Edqar
1967Honkonqlu qrafinyaing. A Countess from Hong KongMarta
1970Pələng quyruğuing. Tiger by the TailRita Armstronq
1970İblisin məhsuluing. Satan's HarvestMarla Oaks
1971Cənab Kinqstritin müharibəsiing. Mister Kingstreet's WarMeri Kinqstrit
1973Harrad təcrübəsiing. The Harrad ExperimentMarqaret Tenhauzen
1981Nəriltiing. RoarMedelin
1982Fosfor işığıing. Foxfire LightElizabet Morqan
1989Ölümcül casus oyunlarıing. Deadly SpygamesÇestiti
1990Gecənin soyuğundaing. In the Cold of the NightKlara
1990Pasifik-Hayts rayonuing. Pacific HeightsFlorens Piters
1994Terezanın tatuajıing. Teresa's TattooEvelin Hill
1994Qaçılmaz gözəling. Inevitable GraceMarsiya Stivens
1996Vətəndaş Ruting. Citizen RuthCessika Ueys
1997Malliqanlaring. Mulligans!Dotti
1998Ayrılmaing. Break Upana
1998Öldüyüm gün tez ayıldıming. I Woke Up Early the Day I DiedMeylinda Osted
1999Nağıl danışanlaring. The StorytellersLilian Qlosner
2001Nənəmlə çay dəstgahıing. Tea with GrandmaRae
2001Meyvəli dondurmaing. Ice Cream Sundaexanım
2003Heysmanın axtarışıing. Searching for HaizmannMişel Labner
2003Qara canavaring. Dark WolfMeri
2003Rouzun bağçasıing. Rose's GardenRouz
2003Culi və Ceking. Julie and JackCuli Maknil
2004Dahinin oyanışıing. Raising GeniusBeyb
2004Qəzəb fikriing. Mind RageUilma Rendolf
2004Ürək oğrularıing. I Heart HuckabeesMeri Ceyn Hatçinson
2005Sıfır brilyantıing. Diamond ZeroEleanor Kelli
2007Sonuncu müttəfiq: Robert Adamsın hekayəsiing. The Last Confederate: The Story of Robert Adamsxanım Adams
2007Ölü yazısıing. Dead WriteMinni
2008Onun xəstə arzusuing. Her Morbid DesiresQloriya
2012Ceyn Mensfildin maşınıing. Jayne Mansfield's CarNaomi Kolduell
2012Pulsuz nümunələring. Free SamplesBetti
2013Babilə qayıdışing. Return to Babylonxanım Pibodi
2015Kabus və balinaing. The Ghost and the WhaleTippi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tippi Hedren haqqında məlumat. Tippi Hedren nədir? Tippi Hedren nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çempionlar Liqası

  • Fevral 27, 2026

    Talet

  • Fevral 27, 2026

    Adil Vəliyev

  • Fevral 27, 2026

    Niaqara şəlaləsi

  • Fevral 27, 2026

    Kürdcə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst