Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Devid Bekhem (ing. David Beckham, 2 may 1975[…], London) — keçmiş ingilis futbolçusu. Devid Bekhem İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted

Devid Bekhem

  • Ana Səhifə
  • Vikipediya
  • Devid Bekhem

Devid Bekhem (ing. David Beckham, 2 may 1975[…], London) — keçmiş ingilis futbolçusu. Devid Bekhem İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted", "Preston North End", ABŞ-nin "Los-Anceles Qalaksi", İtaliyanın "Milan" klublarının şərəfini qoruyub, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.

Devid Bekhem
ing. David Beckham
Ümumi məlumatlar
Tam adı Devid Robert Cozef Bekhem
Ləqəbi Beks
Doğum tarixi 2 may 1975 (50 yaş)
Doğum yeri London, İngiltərə İngiltərə
Vətəndaşlığı  Böyük Britaniya
Boyu 183 sm
Çəkisi 77 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1988—1989 İngiltərə Brimsdaun Rovers
1989 İngiltərə Tottenhem Hotspur
1989—1993 İngiltərə Mançester Yunayted
Klub karyerası
1993—2003 İngiltərə Mançester Yunayted 265 (62)
1994—1995 →  İngiltərə Preston Nort End 5 (2)
2003—2007 İspaniya Real Madrid 116 (13)
2007—2012 ABŞ Los-Anceles Qalaksi 115 (18)
2009 →  İtaliya Milan 18 (2)
2010 →  İtaliya Milan 11 (0)
2013 Fransa Pari Sen-Jermen 10 (0)
1993—2013 Cəmi 540 (97)
Milli yığma
1992—1993 İngiltərə İngiltərə (18 yaşlılar) 3 (0)
1994—1996 İngiltərə İngiltərə (21 yaşlılar) 9 (0)
1996—2009 İngiltərə İngiltərə 115 (17)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt etmişdir. 6 il — 2000–2006-cı illərdə milli komandanın kapitanı olmuşdur. İngiltərə millisinin heyətində meydan oyunçuları arasında matç sayında rekordçudur.

Xeyli fərdi mükafatının sahibidir. 2004 və 2010, 2011-ci ildə dünyanın ən ödənişli futbolçusu sayılıb. O, iki dəfə FİFA tərəfindən keçirilən "İlin futbolçusu" mükafatı uğrunda səsvermədə ikinci yer tutub. Bekhem UEFA Çempionlar Liqasında 100 oyun keçirən ilk futbolçu kimi də Britaniya tarixinə düşüb.

2013-cü ildə futbolçu karyerasını bitirib. Viktoriya Bekhemlə evlidir, 4 uşağı var.

Mündəricat

Həyatı

Devid Robert Cozef Bekhem 2 may 1975-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Çilingər Devid Edvard Alan və saç ustası Sandra Ceorcina Uestin ailəsində doğulan futbolçu uşaqlıqdan bu sahəyə böyük maraq göstərib. Bekhemin ana atası yəhudi olub. İngilis oyunçu bu səbəbdən özünü yarı yəhudi hesab edir. Bekhemin valideynləri çılğın "Mançester Yunayted" azarkeşi olub və müntəzəm olaraq Old Traffordda gedib. Məhz bu kluba olan sevgisi ona valideynlərindən keçib. Bekhem Bobbi Çarltonun futbol məktəbinə yazılıb və "Barselona"nın təlim-məşqində iştirak edib. O uşaq vaxtı atasının çalışdırdığı Ricuey Rovers klubunda da oynayıb. 14 yaşına çatanda futbolçu "Mançeter Yunayted"in futbol akademiyası ilə müqavilə imzalayıb. O, 1997-ci ildə dünyaca məşhur "Spice Girls" qrupunun üzvlərindən Viktoriya ilə tanış olub və 1999-cu ildə ailə həyatı qurub. 3 oğlu, 1 qızı var. 2005-ci ildə özünün Qrinviç adlı futbol akademiyasını açmışdır.

Klub karyerası

Mançester Yunayted

1993–2003-cü illərdə "Mançester Yunayted"in heyətində çıxış edib. Bekhem "Mançester Yunayted"in heyətində ilk oyununu 23 sentyabr 1992-ci ildə İngiltərə Kubokunda Brighton klubuna qarşı keçirib. Bu klubun heyətində ilk qolunu 1994-cü ildə UEFA Çempionlar Liqası yarışında Türkiyənin "Qalatasaray" klubuna vurub. Ölkə çempionatında ilk qolunu isə 1995-ci ilin avqustunda Aston Villa klubuna qarşı keçirilən oyunda vurub. İngilis klubunda 265 oyuna 62 qol vurub. O, klubla 6 dəfə ölkə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu qazanıb və UEFA Çempionlar Liqasının qalibi olub.

Preston Nort End (icarə)

Bekhem 1994–1995-ci illərdə "Preston Nort End"də top qovub. Bekhem bu klubda 5 oyun keçirib və 2 qol vurub.

Real Madrid

2003-cü ildə Bekhem "Real Madrid" klubuna 35 milyon avro qarşılığında transfer olunub. "Real Madrid"in heyətində 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Superkubokunu qazanıb. O, klubun heyətində 116 oyunda 13 qol vurub.

Los-Anceles Qalaksi

Devid Bekhemin 2007-ci ildə ABŞ-nin "Los-Anceles Qalaksi" komandası ilə 5 illik müqavilə bağlayıb. "Los-Anceles"in heyətində 2 dəfə MLS Kubokuna sahib olub. Bu klubun heyətində ingilis yarımmüdafiəçi 6,5 milyon dollar qazanırdı. 2011-ci ilin dekabrında Bekhemin müqaviləsi başa çatıb və o, bu klubla yenidən 2 illik müqavilə imzalayıb. 2011-ci ilin yanvar-fevral aylarında yaranmış fasilə ilə əlaqədar olaraq formasını saxlamaq üçün yenidən öz ölkəsinə qayıtmışdı. Təxminən 6 həftə "Tottenhem Hotspur" klubunda hazırlıq keçmişdi. Bekhemin "Los-Anceles Qalaksi" klubunda son oyunu Houston Dinamo klubu ilə olub. O, bu oyunda son saniyələrdə əvəzlənib. Bu klubun heyətində Devid Bekhem 98 oyun keçirib və 18 qol vurub. 2012-ci ilin əvvəlində "Los-Anceles Qalaksi" klubundan ayrılıb.

Milan (icarə)

"Los-Anceles Qalaksi"də çıxış etdiyi müddətdə Bekhem 2 dəfə 2009, 2010-cu illərdə 3 aylıq İtaliya "Milan"ında icarə əsasında çıxış edib. 2009-cu ildə "Milan"ın heyətində 18 oyun keçirib 2 qol vurub, 2010-cu ildə isə 10 oyun keçirib, qol vurmayıb. Devid Bekhem Milanın heyətində 2 dəfə İtaliya çempionatının bürünc medalını qazanıb.

PSJ

"Bəli, bu oyun mənim üçün sonuncu idi. Hərçənd çempionatın daha bir turu var. Gəlin baxaq görək vəziyyət necə olacaq. Mən emosiyalarımı və həyəcanımı saxlamağa çalışdım, lakin son 25 dəqiqədə bunu etməyə mənim üçün artıq ağır idi. Partnyorlar mənə elə münasibət göstərdilər ki, guya biz artıq 10 il birlikdə oynayırıq. Mənim dostlarım, mənim ailəm stadionda idilər. Bu xüsusi bir axşam idi"

Los-Anceles Qalaksi klubundan ayrıldıqdan sonra Bekheme "Anji", "Milan", "Arsenal" və başqa klublar müqavilə təklif edib, amma Bekhem 2013-cü ildə Fransanın "Pari Sen-Jermen" klubu ilə beş aylıq müqavilə imzalayıb. "PSJ" futbolçuya 2012-ci ildə 18 aylıq müqavilə qarşılığında 11,6 milyon funt sterlinq təklif etmişdi, lakin həmin vaxt tərəflər razılığa gələ bilməmişdi. Bekhem "PSJ"-dən aldığı maaşı kimsəsiz uşaqlar üçün işləyən yardım qurumlarına bağışlayıb. Bu klubun heyətində Bekhem 1 dəfə Fransa çempionu olub. Karyerasını bu klubda 2013-cü ildə başa vurub. Karyerasında son oyunu 18 may 2013-cü ildə Fransa çempionatında "PSJ" – "Brest" matçı olub. "PSJ"-nin 3–1 hesablı qələbə qazandığı bu oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Son oyundan sonra Bekhem bu sözləri deyib:

"PSJ" 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, Bekhem futbol oynamaq istəmədiyini bildirib.

Statistika

Mənbə:

Klub Mövsüm Liqa Ölkə kubok Qitə yarışı Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Mançester Yunayted 1992/93 0 0 1 0 0 0 0 0 1 0
1993/94 0 0 0 0 0 0 0 0 0 0
1994/95 4 0 5 0 1 1 0 0 10 1
1995/96 33 7 5 1 2 0 0 0 40 8
1996/97 36 8 2 1 10 2 1 1 49 12
1997/98 37 9 4 2 8 0 1 0 50 11
1998/99 34 6 8 1 12 2 1 0 55 9
1999/00 31 6 0 0 12 2 5 0 48 8
2000/01 31 9 2 0 12 0 1 0 46 9
2001/02 28 11 1 0 13 5 1 0 43 16
2002/03 31 6 8 2 13 3 0 0 52 11
Cəmi26562367831510139485
→  Preston Nord End 1994/95 5 2 0 0 - - 0 0 5 2
Cəmi5200000052
Real Madrid 2003/04 32 3 5 2 7 1 2 1 46 7
2004/05 30 4 0 0 8 0 0 0 38 4
2005/06 31 3 6 1 7 1 0 0 44 5
2006/07 23 3 2 1 6 0 0 0 31 4
Cəmi116131342822115920
Los-Anceles Qalaksi 2007 5 0 0 0 2 1 0 0 7 1
2008 25 5 0 0 0 0 2 0 27 5
2009 15 2 0 0 0 0 0 0 15 2
2010 10 2 0 0 0 0 0 0 10 2
2011 30 2 0 0 6 0 0 0 36 2
2012 30 7 0 0 1 1 0 0 31 8
Cəmi1151800922012620
→  Milan 2008/09 18 2 0 0 2 0 0 0 20 2
2009/10 11 0 0 0 2 0 0 0 13 0
Cəmi292004000332
Pari Sen-Jermen 2012/13 10 0 2 0 2 0 0 0 14 0
Cəmi100202000140
Cəmi54097511112619142731129
  1. İngiltərə Milli Futbol Superkuboku, UEFA Super Kuboku, Qitələrarası kubok, FİFA Klublararası Dünya Kuboku, İspaniya Superkuboku, Şimali Amerika kuboku və MLS kuboku

Milli komanda karyerası

Bekhem kapitan kimi İngiltərənin heyətində

Devid Bekhem İngiltərə milli futbol komandasının heyətində ilk oyunu 1 sentyabr 1996-cı ildə Moldovaya qarşı keçirmişdir. Devid Bekhem İngiltərə yığmasının heyətində 2010-cu il dünya çempionatında zədələndiyi üçün iştirak edə bilməmişdi. Buna baxmayaraq Bekhem İngiltərə yığmasına dəstək olmaq üçün 2010-cu ildə Cənubi Afrikada təşkil olunan Dünya Çempionatına getmişdi. Mundialdan sonra futbolçu öz oyunu ilə layiq olduğu vaxt yığmaya dəvət almaq istədiyini söyləyib, amma 2010-cu ilin avqustunda Fabio Kapello Devid Bekhemin İngiltərə millisində çıxış etmək üçün çox yaşlı olduğunu açıqlayıb. İtaliyalı mütəxəssisin fikrincə, 35 yaşlı yarımmüdafiəçininnin yığmada gələcəyi yoxdur. Devid Bekhem 2012-ci ildə Londonda təşkil olunan Yay Olimpiya Oyunlarında İngiltərə millisinin heyətində oynamaq istəyirdi. Olimpiya oyunları üçün baş məşqçi Stüart Pirs Bekhemin də daxil olduğu 80 futbolçu arasından seçim etdi. Lakin Bekhem Olimpiya millisinin heyətinə düşə bilmədi. Devid Bekhem İngiltərə yığmasında 115 oyunda 17 qola imza atıb. Bekhem yığmanın heyətində son matçına 2009-cu ilin oktyabr ayında İngiltərənin Belarusu 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada çıxıb. 2000–2006-cı illərdə 58 matçda İngiltərə yığmasının kapitanlığını edib.

Milli komandada vurduğu qollar

#TarixYerRəqibHesabNəticəYarışMənbə
126 iyun 1998Feliks Bolart stadionu, LansKolumbiya Kolumbiya2–02–0FİFA Dünya Kuboku 1998
224 mart 2001Enfild, LiverpulFinlandiya Finlandiya2–12–12002 FİFA Dünya Kuboku seçmə oyunları
325 may 2001Prayd Park, DerbiMeksika Meksika3–04–0Yoldaşlıq görüşü
46 iyun 2001Olimpiya stadionu, AfinaYunanıstan Yunanıstan2–02–02002 FİFA Dünya Kuboku seçmə oyunları
56 oktyabr 2001Old Trafford, MançesterYunanıstan Yunanıstan2–22–22002 FİFA Dünya Kuboku seçmə oyunları
610 noyabr 2001Old Trafford, Mançesterİsveç İsveç1–01–1Yoldaşlıq görüşü
77 iyun 2002Sapporo Doum, SapporoArgentina Argentina1–01–0FİFA Dünya Kuboku 2002
812 oktyabr 2002Tehelne pole, BratislavaSlovakiya Slovakiya1–12–1UEFA Avropa Kuboku seçmə oyuları
916 oktyabr 2002Sent Meris Stadionu, SauthemptonŞimali Makedoniya Makedoniya1–12–2UEFA Avropa Kuboku seçmə oyuları
1029 mart 2003Reynpark Stadionu, VadutsLixtenşteyn Lixtenşteyn2–02–0UEFA Avropa Kuboku seçmə oyuları
112 aprel 2003Stadion of Layt, SanderlendTürkiyə Türkiyə2–02–0UEFA Avropa Kuboku seçmə oyunları
1220 avqust 2003Portman Road, İpsuiçXorvatiya Xorvatiya1–03–1Yoldaşlıq görüşü
136 sentyabr 2003II Filip Beynəlxalq Arena, SkopyeŞimali Makedoniya Makedoniya2–12–1UEFA Avropa Kuboku seçmə oyuları
1418 avqust 2004Sent Ceyms Park, NyukaslUkrayna Ukrayna1–03–0Yoldaşlıq görüşü
159 oktyabr 2004Old Trafford, MançesterUels Uels2–02–0FİFA Dünya Kuboku 2006 seçmə oyunları
1630 mart 2005Sent Ceyms Park, NyukaslAzərbaycan Azərbaycan2–02–0FİFA Dünya Kuboku 2006 seçmə oyunları
1725 iyun 2006Mercedes-Benz Arena, ŞtutqartEkvador Ekvador1–01–0FİFA Dünya Kuboku 2006

Statistika

İngiltərə milli komandası
İlOyunQol
199630
199790
199881
199970
2000100
2001105
200293
200394
2004122
200591
200681
200750
200880
200980
Cəmi11517

Uğurlar

İngiltərə Mançester Yunayted
  • İngiltərə Premyer Liqası (6): 1995–96, 1996–97, 1998–99, 1999–2000, 2000–01, 2002–03
  • FA Kuboku (2): 1995–96, 1998–99
  • İngiltərə Superkuboku (4): 1993, 1994, 1996, 1997
  • FA Gənclər Kuboku (1): 1991–92
  • UEFA Çempionlar Liqası (1): 1998–99
  • Qitələrarası Kubok (1): 1999
İspaniya Real Madrid
  • La Liqa (1): 2006–07
  • İspaniya Superkuboku (1): 2003
ABŞ Los-Anceles Qalaksi
  • MLS Kuboku (2): 2011, 2012
  • MLS Supporters Shield (2): 2010, 2011
  • MLS Qərb Konfransı
    • Qalib (Dövrəli çempionat) (3): 2009, 2010, 2011
    • Qalib (Pley offlar) (3): 2009, 2011, 2012
Fransa Pari Sen-Jermen
  • Ligue 1 (1): 2012–13

Beynəlxalq

İngiltərə İngiltərə
  • Turdir de Frans: 1997
  • FA Yay Turniri: 2004

Şəxsi

  • İngiltərə Premyer Liqası Ayın oyunçusu (1): avqust 1996
  • İngiltərədə ilin gənc oyunçusu (1): 1996–97
  • Futbol yazıçıları birliyi mükafatı: 2008
  • Sir Matt Basbi İlin oyunçusu (1): 1996–97
  • İngiltərədə ilin oyunçusu: 2003
  • UEFA ilin oyunçusu (1): 1998–99
  • UEFA ilin yarımmüdafiəçisi (1): 1998–99
  • Premyer Liqada 10 mövsüm mükafatı (1992-93-2001-02):
    • Onilliyin komandası
    • Onilliyin qoli (Uimledon, 17 avqust 1996)
  • BBC ilin idmançısı (1): 2001
  • UEFA ilin komandası: 2001, 2003
  • Real Madriddə ilin oyunçusu (1): 2005–2006
  • İngiltərədə ilin komandası (4): 1996–97,1997–98,1998–99,1999–2000
  • FİFA 100
  • ESPY mükafatları – İlin kişi futbol oyunçusu: 2004
  • ESPY mükafatları – Ən yaxşı MLS oyunçusu: 2008
  • İngiltərə futbolu şərəf zalı: 2008
  • BBC ilin idman adamı (1): 2010
  • MLS ilin qayıdışı mükafatı (1): 2011
  • MLS ən yaxşı 11-lik: 2011
  • ESPY mükafatları: Ən yaxşı MLS oyunçusu: 2011

Digər mükafatlar

  • II Elizabet tərəfindən Britaniya imperiyasının zabiti mükafatı: 2003
  • UNICEF-in xoşməramlı səfiri (2005–hal hazırda)
  • "Britaniyanın ən böyük səfiri" – Dahi ingilislər mükafatı
  • 100 Məşhur reytinqində 15-ci – Forbes, 2007
  • Böyük Britaniyada 40 yaşına çatmamış ən nüfuzlu 40 kişi arasında 1-ci – Arena, 2007
  • Ən nüfuzlu 100 adam, Time jurnalının versiyasına görə: 2008
  • Qızıl Blue Peter nişanı qalibi, 2001
  • Do Something atlet mükafatı, 2011

Faktlar

  • Dörd müxtəlif ölkədə çempion olan ilk ingilis oyunçudur (İngiltərə, İspaniya, ABŞ, Fransa);
  • Üç dünya çempionatında qol vuran ilk ingilis oyunçudur;
  • Çempionlar liqasında 100 oyun oynayan ilk britaniyalı futbolçudur;
  • Avropa çempionatları finalları tarixində ən çox məhsuldar ötürmə edən oyunçudur;
  • İngiltərənin Dünya çempionatından son qələbəsindən sonra Dünya çempionatlarında ən çox forma geyinən oyunçudur;
  • İngiltərə Premyer Liqası tarixində ən çox məhsuldar ötürmə edən 3-cü oyunçudur.

Futboldan kənar fəaliyyəti

Bekhem 2009-cu ildə

Bekhem futbolçu olduğu vaxtda "Qol", "Qol2", "Bekhem kimi oyna" və "Zidan — 21-ci əsrin portreti" və "Real" sənədli filmlərində çəkilib. Devid Bekhem Elton Con QİÇS Fondunun himayədarlarından biridir. 17 yanvar 2007-ci ildə Bekhem xərçəng xəstəliyindən əziyyət çəkən 19 yaşlı kanadalı Rebeka Constona zəng edib və daha sonra ona Real Madridin imzalı formasını göndərib. Bekhem həmçinin UNİCEF-in xoşməramlı səfiridir.

Döymələr

Bekhemin bədənində ilk döymə 1999-cu ildə müşahidə olunmuşdu. Spice Girlsun sabiq solisti Viktoriya ilə nikahdan ilk oğlu Bruklin anadan olanda o, oğlunun adını qotik xətlə belinə yazdırmışdı. Daha sonra isə tatuların sayı sürətlə artdı. Onun bədənində digər oğullarının, həyat yoldaşı Viktoriyanın hind dilində yazılmış adı var. Viktoriya ilə toyunun ildönümündə Devid sağ çiyninə yəhudi dilində daha bir fraza əlavə edir:אני לדודי ודודי לי הרעה בשושנים (azərb. Bu qadın mənə məxsusdu, mən isə o qadına məxsusam‎).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Devid Bekhem haqqında məlumat. Devid Bekhem nədir? Devid Bekhem nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pinaceae

  • Fevral 27, 2026

    Cerald Ford

  • Fevral 27, 2026

    Energetika

  • Fevral 27, 2026

    Sürət

  • Fevral 27, 2026

    Naftalan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst