Adil Ənvər oğlu Vəliyev (20 aprel 1960, Əfəndilər, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı.
| Adil Vəliyev | |
|---|---|
| Adil Ənvər oğlu Vəliyev | |
| |
Vəzifədədir | |
| 14 aprel 2012-ci ildən | |
| Əvvəlki | Əlibaba Əliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 aprel 1960 (65 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi |
| | |
| Təltifləri | |
Həyatı
Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1977-ci ildə Bakı Elektrik Maşınqayırma Zavodunda (BEMZ) operator kimi əmək fəaliyyətinə başlayıb.
1978–1980-ci illərdə hərbi xidmətdə olub.
1980-ci illərdə əmək fəaliyyətini fasiləsiz olaraq BEMZ-də davam etdirib.
1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin Maddi-texniki təchizat idarəsinin rəis müavini vəzifəsində çalışıb.
2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adil Vəliyev haqqında məlumat. Adil Vəliyev nədir? Adil Vəliyev nə deməkdir?
