Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tahir Yadigar oğlu Məmmədli (2 yanvar 1957, Şamaxı) — AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralog

Tahir Məmmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Tahir Məmmədli

Tahir Yadigar oğlu Məmmədli (2 yanvar 1957, Şamaxı) — AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru,

Tahir Məmmədli
Tahir Yadigar oğlu Məmmədli
Doğum tarixi 2 yanvar 1957(1957-01-02) (69 yaş)
Doğum yeri
  • Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Elm sahəsi Seysmologiya
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru
İş yeri
  • AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Tərəqqi" medalı — 20052005

Mündəricat

Həyatı

Tahir Yadigar oğlu Məmmədli 1957-ci il yanvarın 2-də Şamaxı şəhərində anadan olmuşdur. 1989-cu ildə Moskva şəhərində, keçmiş SSRİ Elmlər Arademiyasının Yer Fizikası İnstitutunda 04.00.22 – Geofizika ixtisası üzrə "Отражение геологических структур южного склона Большого Кавказа в параметрах сейсмического режима" ("Böyük Qafqazın cənub yamacının geoloji strukturlarının seysmik rejimin parametrlərində əksi")mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını, 2007-ci ildə Bakı şəhərində 25.00.10 — Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları ixtisası üzrə "Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir dinamika ilə əlaqəsi" mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir.Azərbaycanda və bir sıra xarici ölkələrdə çap olunmuş 104 elmi məqalənin, 1 monoqrafiyanın müəllifi, ali məktəblər üçün 1 dərs vəsaitinin həmmüəllifidir

Əsas elmi nailiyyətləri

T. Y. Məmmədli Azərbaycanda ilk dəfə olaraq zəif zəlzələlərin tədqiqi ilə məşğul olan mütəxəssisdir. O, zəif zəlzələlərin Yer qabığındakı dərinlik qırılmaların izlənməsində, güclü zəlzələlərin məkan vəziyyətinin müyyənləşdirilməsində rolunu göstərmiş, bu nəticələrin respublika ərazisinin seysmik rayonlaşdırılmasında istifadəsini təklif etmişdir. T. Y. Məmmədli öz tədqiqatları əsasında Azərbaycanda güclü zəlzələ ocaqlarının yerini və onlarda ehtimal olunan zəlzələlərin maksimum maqnitudlarını müəyyən etmişdir. Bir kitabın (Geofizika cildinin) və ali məktəblər üçün bir dərs vəsaitinin (Seysmologiyanın əsas elementləri) həmmüəllifi, bir kitabın (Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi) müəllifidir. T. Y. Məmmədli seysmiklik, seysmotektonika, seysmik rayonlaşdırma və seysmik risk sahəsində 100-dən artıq elmi məqalələrin müəllifidir. O, Azərbaycan Seysmoloqlar Assosiasiyasının katibi, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının və "Azərbaycanda seysmoproqnostik müşahidələr kataloqu" elmi jurnalının redaksiya heyətinin üzvüdür. AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

Mühüm nəticələri

T. Y. Məmmədli tədqiqat işləri zamanı bir sıra, o cümlədən aşağıdakı mühüm nəticələri əldə etmişdir: Azərbaycan ərazisində seysmiklik törədən (güclü zəlzələ ocaqları) zonaların xəritə-sxemini tərtib etmiş, həmçinin bu zonaların uzunluqları (L) ilə onların daxilində mümkün ola bilən ən güclü zəlzələnin maqnitudları (M) arasında asılılıq müəyyən etmişdir. Bu asılılıq Azərbaycan ərazisindəki zəlzələ ocaqlarında ehtimal olunan ən güclü zəlzələlərin maqnitudların təyin etməyə imkan verir. Yeni metod üzrə müəyyən olunmuş potensial ocaq zonalarının parametrlərindən istifadə edərək, Azərbaycan ərazisinin yeni seysmik təhlükəlilik xəritə-sxemini tərtib etmişdir.

  • Azərbaycan ərazisində zəif seysmikliyin zaman-məkan üzrə təzahürü xüsusiyyətləri araşdırılmış və seysmik təkanların sahə və dərinlik üzrə qeyri-bərabər paylandığı müəyyənləşdirilmişdir. Dağlıq və dağətəyi bölgələrdə daha çoxsaylı və nisbətən az dərinlikli (H≤30–35 km), depressiya bölgələrində nisbətən az saylı və bir qədər çox dərinlikli (H≤45–50 km), Xəzər dənizində kifayət qədər çoxsaylı və daha böyük dərinlikli (H≤60–70 km) zəif zəlzələlər yayılmışdır.
  • Zəif seysmik təkanlar seysmik aktiv bölgələrin daxilində də qeyri-bərabər yayılmışdır və onların daha çox sıxlaşması güclü zəlzələ ocaqları zonalarında müşahidə edilir.
  • Zəif seysmikliyin təzahürü qanunauyğunluqları əsasında potensial ocaq zonalarının müəyyənləşdirilməsi metodu işlənib-hazırlanmışdır. Bu metod əsasında Azərbaycan ərazisinin potensial güclü ocaq zonaları modeli hazırlanmışdır.
  • Azərbaycan ərazisindəki zəif zəlzələlərin yüksək konsentrasiyası müşahidə edilən potensial ocaq zonalarının təzadlı tektonik hərəkətlərlə səciyyələnən dərinlik qırılmalarının aktiv hissələrinə uyğun olduğu müəyyən edilmişdir.
  • Azərbaycanın potensial ocaq zonalarının uzunluqları (L) ilə zəlzələlərin maqnitudları (M) arasında asılılıq müəyyən edilmişdir. Bu asılılıq respublika ərazisində mövcud olan ocaq zonalarında baş verə biləcək güclü zəlzələlərin ən yüksək maqnitudunu və onların yaradacağı maksimum seysmik effekti hesablamağa imkan verir.
  • Zəif seysmiklik əsasında güclü zəlzələ ocaqlarının yerinin və seysmik potensialının müəyyənləşdirilməsi metodu indiyə qədər bu məqsədlə istifadə edilən genetik, formal və s. metodlara məxsus çatışmazlıqlardan azaddır və [seysmik]] təhlükənin daha düzgün qiymətləndirilməsi üçün istifadə oluna bilər.
  • Güclü ocaq zonalarının yerinin müəyyənləşdirilməsi metodu və ocaq zonasının ölçülərilə zəlzələ maqnitudu arasındakı asılılıq əsasında Azərbaycan ərazisində mümkün ola bilən zəlzələlərin maksimum maqnitudu Mmax=6,9÷ 7,3, Yer səthində maksimum seysmik effekt MSK-64 cədvəli üzrə 10 bal təyin edilmişdir.
  • Bu metoddan istifadə etməklə Azərbaycanın seysmik təhlükəlilik xəritə-sxemi tərtib edilmişdir. Xəritə-sxemdə seysmik titrəyişlər məkan və intensivlik səviyyəsi üzrə yüksək differensiasiyaya malikdir.
  • Seysmotektonik, mühəndisi-geolojivə digər amilləri nəzərə alaraq Bakı şəhərinin seysmik risk xəritə-sxemi tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, Bakı şəhərinin ayrı-ayrı hissələrinin seysmik riskinin yüksək səviyyəsi əsasən sahələrdə əlverişsiz qrunt və hidrogeoloji şəraitləri, bir cox binaların dayanıqlıq səviyyəsinin yüksək olmaması və sürüşmə proseslərinin geniş yayılması ilə şərtlənir.

Məqalələri

  • Seysmik rayonlaşdırmanın problemləri və həlli yolları haqqında /2006-cı ildə Azərbaycan ərazisində seysmo-proqnoz müşahidələrin kataloqu Bakı, 2007, s.122–128 / (həmmüəllif- Balakişibəyli. Ş. A.)
  • The 2014 earthquake model of the Middle East: seismogenic sources
  • Features of seismicity of Azerbaijan part of the Greater Caucasus
  • Seismic hazard assessment for Azerbaijan
  • Determination of seismogenic zones for analysis of seismotectonic activity of deep faults: seismic hazard assessment for the territory of Azerbaijan
  • Transverse faults of the Eastern Caucasus and their manifestations in seismicity
  • Seismogenic zones of Azerbaijan and their depth structural features

Tahir Məmmədli Moskva (Rusiya Federasiyası), Tbilisi (Gürcüstan), İstanbul (Türkiyə), Tehran (İran), Podstam (Almaniya), Amman (İordaniya), Strasburq (Fransa) və dünyanın başqa şəhərlərində keçirilən çoxsaylı konfrans və simpoziumlarda iştirak etmişdir.

Mükafatları

  • 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Həmçinin bax

  • AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
  • Qurban Yetirmişli
  • Vüsalə Rafiqqızı (Hüseynova)
  • Etibar Qaravəliyev (Geofizik)
  • Zəlzələlərin təsnifatı
  • Azərbaycanın seysmik stansiyaları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tahir Məmmədli haqqında məlumat. Tahir Məmmədli nədir? Tahir Məmmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəriman Həsənzadə

  • Fevral 27, 2026

    Əliyar Əliyev

  • Fevral 27, 2026

    Havana Universiteti

  • Fevral 27, 2026

    Ataman

  • Fevral 27, 2026

    Dieqo Kolon

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst