Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ali təhsil müəssisəsi — orta ümumi təhsildən sonrakı mərhələ üzrə təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; iqtisadiyyatın, elm və mədəniyy

Ali məktəb

  • Ana Səhifə
  • Vikipediya
  • Ali məktəb

Ali təhsil müəssisəsi — orta ümumi təhsildən sonrakı mərhələ üzrə təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; iqtisadiyyatın, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, iqtisadiyyatın müxtəlif sahələri üzrə mütəxəssislərin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi.

Azərbaycan Respublikası qanunvericiliyi ilə fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4–7 ildir.

Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksəkixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir halqasıdır. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir.

Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdarəetmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda — avtoritar və demokratik üslublarda həyata keçirilir. Demokratik rəhbərlik daha səmərəli olub, kollektivdə normal iş şəraiti, insani münasibətlər, sağlam mənəvi-psixoloji iqlim yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması kollektiv rəhbərlik hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən asılı olan rəhbərlik zamanı subyektivizm halları özünü göstərir. Kollektiv rəhbərlikdə isə belə hallar xeyli məhdudlaşır və ya tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda iştirak edən adamlarda məsuliyyət hissi yüksək olur. Ali təhsil müəssisəsinə rəhbərlik mövcud qanunvericiliyə və müvafiq dövlət sənədlərinə əsaslanır:

  1. Azərbaycan Respublikasının Konstitusiyası;
  2. Azərbaycan Respublikasının Təhsil Qanunu;
  3. "Ali təhsil müəssisəsi haqqında əsasnamə";
  4. Ali təhsil müəssisəsinin nizamnaməsi.

Ali təhsil müəssisəsinə rəhbərlik müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər aşağıdakılardan ibarətdir:

  1. Məqsədyönümlülük prinsipi.
  2. Demokratiklik prinsipi.
  3. Aşkarlıq prinsipi.
  4. Şəffaflıq prinsipi.
  5. Elmilik və işgüzarlıq prinsipi.
  6. Prinsipiallıq və obyektivlik prinsipi.
  7. Optimallıq prinsipi.

Ali təhsil müəssisəsinə rəhbərlik prosesində göstərilən prinsiplərə vəhdətdə, həm də dəqiq əməl etmək vacibdir. Əks halda rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə və keyfiyyət əldə etmək çətindir.

Mündəricat

Ali təhsil müəssisəsinin strukturu

Ali təhsil müəssisəsinin özünəməxsus strukturu, idarəetmə və rəhbərlik sistemi vardır. İdarəetmə sistemi iki yarımsistemi əhatə edir: idarəedən və idarəolunan sistemlər. İdarəetmə sistemi dedikdə, ali təhsil müəssisəsi rəhbərliyi, onun struktur bölmələri, kollegial orqanlar, professor-müəllim və xidməti heyəti nəzərdə tutulur. İdarəolunan sistemə tələbələr, onların təşkilat və birlikləri, habelə müəllim və xidməti heyət daxildir. Ali təhsil müəssisəsinin idarə edilməsi oradakı çoxcəhətli münasibətləri, tədris-tərbiyə, elmi-metodik, təşkilati və təsərrüfat fəaliyyətlərini məqsədyönlü şəkildə tənzim etməkdə ifadə olunur. Ali təhsil müəssisəsi rəhbərliyi inzibati və kollegial orqanlardan ibarətdir. İnzibati rəhbərliyi ali təhsil müəssisəsi səviyyəsində rektor, prorektorlar habelə idarə, şöbə və bölmə rəhbərləri, fakültə səviyyəsində dekan və onun müavinləri, dekanlığın işçiləri həyata keçirir. Ali təhsil müəssisəsinin kollegial orqanlarına rektorluq, ali məktəbin elmi şurası, elmi-metodik şura, fakültə elmi şuraları və elmi-metodik şuralar daxildir. Ali təhsil müəssisəsində bir çox struktur bölmələr fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir: tədris hissəsi, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat bölməsi, kadrlar şöbəsi, hüquq şöbəsi, istehsalat və pedaqoji təcrübə rəhbəri, arxiv şöbəsi, nəşriyyat, qəzet redaksiyası, elmi kitabxana və s. Bunlardan əlavə, ali təhsil müəssisəsində ümumi şöbə, dəftərxana, mühasibatlıq, elmi-tədqiqat institut və laboratoriyaları, fənn kabinetləri, telefon qovşağı, səhiyyə məntəqəsi, yeməkxana və bufetlər, mühafizə xidməti fəaliyyət göstərir. Bütün bu strukturlar Ali təhsil müəssisəsinin ümumi fəaliyyətinin həyata keçirilməsinə, mütəxəssis hazırlığına bu və ya digər dərəcədə xidmət göstərir. Onların hər birinin öz sahəsində yaxşı çalışması ümumi məqsəd baxımından mühüm əhəmiyyət kəsb edir.

Ali təhsil müəssisəsi rəhbərliyi

Ali təhsil müəssisəsinə rektor rəhbərlik edir. Rektor ali təhsil müəssisəsinin bütün sahələri üçün təsisçi qarşısında məsuliyyət daşıyır.

Ədəbiyyat

Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ali məktəb haqqında məlumat. Ali məktəb nədir? Ali məktəb nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1673-cü il

  • Fevral 27, 2026

    Kəvar şəhristanı

  • Fevral 27, 2026

    Aran (Tovuz)

  • Fevral 24, 2026

    Hitler Gəncliyi

  • Fevral 27, 2026

    Radiobiologiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst