Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tağı Şahbazi Simurq (Simurğ) (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), ya

Tağı Şahbazi

  • Ana Səhifə
  • Vikipediya
  • Tağı Şahbazi

Tağı Şahbazi Simurq (Simurğ) (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq.

Tağı Şahbazi
Azərbaycan SSR xalq səhiyyə komissarının müavini
1930 – 11 iyul 1937
Azərbaycan Dövlət Universitetinin rektoru
oktyabr 1926 – iyun 1929
ƏvvəlkiAleksandr Qulyayev[rus.]
SonrakıMüseyib Şahbazov
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi
1923 – oktyabr 1926
SonrakıKazımov
Azərbaycan SSR xalq maarif komissarının müavini
7 may 1922 – 1923
Komissarİbrahim Əbilov
Mustafa Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1892(1892)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02) (45–46 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1917),
  • Hümmət Partiyası (1917–1920),
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası (–1917)
Təhsili
  • Xarkov İmperator Universitetinin Tibb fakültəsi[d]
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə universitetin Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə Rusiya Sosial-Demokrat (Bolşevik) Fəhlə Partiyasının tələbə təşkilatına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır.

Fəaliyyəti

1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.

1922–1923-cü illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının redaktoru, 1923–1926-cı illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926–1929-cu illərdə ADU-nun rektoru, 1930–1937-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlamışdır. "Quşlar kimi azadə", "İyi aləm", "Südçü qız", "Şəkərli çoban", "Aclar" və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad "ziyalılar" tənqid olunur.

Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlar "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində öz əksini tapmışdır. 1932-ci ildə yazdığı "Düşmənlər" povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.

1937-ci ildə isə əks-inqibaçı, burjua millətçi kimi həbs edilmiş, 1938-ci ildə 15 dəqiqə sürən məhkəmədə T. Şahbaziyə ölüm hökmü çıxarılmışdır.

Bakıdakı küçələrdən biri onun adını daşıyır.

Əsərləri

  • Seçilmiş əsərləri (hekayələr). Bakı: Yazıçı, 1983, 172 səh.
  • Qayçı (hekayə). Bakı: Gənclik, 16 səh.
  • Yox, razı deyiləm (hekayələr). Bakı: Gənclik, 1969, 124 səh.

Haqqında olan ədəbiyyat

Azərbaycan dilində

  • Nazim Ə. Simurğun yaradıcılıq yolu. Bakı: Yazıçı, 1979, 194 səh.
  • Zeynalova Ş. Tağı Şahbazi Simurğ. Bakı: Yazıçı, 1997, 118 səh.

Rus dilində

  • Рассказы. Баку: Азернешр, 1958, 126 стр.
  • Исмайлов А. Д. Творческий путь Таги Шахбази Симурга. Баку: 1964, 19 стр.
  • Мусаев Б. А. Художественная проза и публицистика Таги Шахбази Симурга. Баку, 1966, 23 стр.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tağı Şahbazi haqqında məlumat. Tağı Şahbazi nədir? Tağı Şahbazi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vanadium

  • Fevral 27, 2026

    Eos

  • Fevral 27, 2026

    Lpina

  • Fevral 24, 2026

    Andronov mədəniyyəti

  • Fevral 27, 2026

    Heyran

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst