Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müseyib Əli oğlu Şahbazov (oktyabr 1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbay

Müseyib Şahbazov

  • Ana Səhifə
  • Vikipediya
  • Müseyib Şahbazov

Müseyib Əli oğlu Şahbazov (oktyabr 1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937). Siyasi repressiyaya uğramışdır.

Müseyib Şahbazov
Azərbaycan SSR xalq maarif komissarı
11 yanvar 1935 – 1937
ƏvvəlkiMəmməd Cuvarlinski
SonrakıMəmmədsadıq Əfəndiyev
29 fevral 1932 – 1933
ƏvvəlkiMaqsud Məmmədov
SonrakıMahmud Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi oktyabr 1898(1898-10)
Doğum yeri
  • Petrovsk-Port, Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02) (39 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1918–1937)
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 19361936
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır.

Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov Nəriman Nərimanovun başçılıq etdiyi Rusiya Kommunist (bolşeviklər) Partiyasının Həştərxan Quberniya Komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.

Müseyib Şahbazov RK(b)P quberniya komitəsinin zəmanəti ilə Moskvaya oxumağa göndərilmiş, Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirdikdən sonra XIII Ordunun siyasi şöbəsində işləməyə səfərbər edilmişdir. 1918-ci ildən həmin ordunun siyasi şöbəsində təbliğatçılıq etmiş, Həştərxanda "Hümmət" təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b)P Cənubi Dağıstan və və Qaytaq-Tabasaran dairə komitələrinin katibi olmuşdur.

1921-ci ildə Sovet Azərbaycanına gəlmiş, əvvəlcə əks-inqilabla mübarizə aparan Fövqəladə Komissiyada işləməyə başlamış, sonra Gəncə Qəza İcraiyyə Komitəsinə rəhbərlik etmiş, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. 1923-cü ildən AK(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri, AK(b)P Gəncə Qəza Komitəsinin katibi işləmişdir.

Müseyib Şahbazov 22 iyun 1929-cu ildə Tağı Şahbazinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Dövlət Universitetinə rektor seçilmişdir. O, bu vəzifədə həmin ilin təxminən avqustun əvvəlinə kimi işləmişdir.

O, "Yeni yol" qəzetinin redaktoru olmuş və onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə 1934-cü ildə "Müəllimə kömək" jurnalı nəşr olunmuşdur.

1932–1933 və 1935–1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı işləmiş Müseyib Şahbazov latın əlifbasına keçməyin əhəmiyyəti mövzusunda məqalələrlə çıxış etmişdir.

Müseyib Şahbazov Azərbaycan K(b)P MK, Azərbaycan SSR MİK və ZSFSR MİK-in üzvü olmuşdur. O, ÜİK(b)P 14-cü qurultayının nümayəndəsi, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına və Maarif İşçiləri Həmkarlar İttifaqı MK-ya üzv seçilmişdir. 27 yanvar 1936-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

Müseyib Şahbazov 1937-ci ilin sentyabrında "xalq düşməni" adı ilə həbs edilmiş və 1938-ci ildə güllələnmişdir. Ölümündən sonra, 3 sentyabr 1955-ci ildə ona bəraət verilmişdir.

Müseyib Şahbazov Lyubov Martınovna ilə ailə həyatı qurmuş, Svetlana və Leyla adlı iki qızı olmuşdur. Leyla Şahbazova Azərbaycan SSR əməkdar hüquqşünası idi. Azərbaycan Respublikasının əməkdar rəssamı Müseyib Əmirovun babasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müseyib Şahbazov haqqında məlumat. Müseyib Şahbazov nədir? Müseyib Şahbazov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mete xaqan

  • Fevral 24, 2026

    Xoakin Kortes

  • Fevral 27, 2026

    E.ə. 287

  • Fevral 27, 2026

    İtalo Qariboldi

  • Fevral 27, 2026

    Kiçik Ermənistan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst