Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865, Quba – 1927, Quba) — ilk qadın dramaturq, ilk qadın romançı, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım

Səkinə Axundzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Səkinə Axundzadə

Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865, Quba – 1927, Quba) — ilk qadın dramaturq, ilk qadın romançı, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir.

Səkinə Axundzadə
Səkinə Mirzə Heybət qızı Axundzadə
Doğum tarixi 1865(1865)
Doğum yeri
  • Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1927(1927) (61–62 yaşında)
Vəfat yeri
  • Quba, Quba qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Dəfn yeri
  • Bibiheybət məscidi
Atası Mirzə Heybət Axundzadə
Fəaliyyəti dramaturq, yazıçı, romançı, müəllimə, maarifçi
Əsərlərinin dili Azərbaycan dili
Janr dram
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və Abbasqulu ağa Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir.

Səkinə xanım Axundzadə Bakıda və Qubada xalqın maariflənməsi istiqamətində geniş fəaliyyət göstərmiş, qız məktəblərinin açılmasına təşəbbüs etmiş, təhsil alan şagirdlərə müntəzəm maddi yardım göstərmiş, 1920-ci ildə Qubada açılmış ilk qadın məktəbinin direktoru kimi bölgədə qızların təhsilinin təşkili və maarifçiliyin inkişafında mühüm rol oynamış pedaqoq və ictimai xadimdir.

Yaradıcılığı

Səkinə xanım Axundzadə teatr həvəskarları və peşəkar səhnə xadimləri ilə sıx yaradıcılıq əlaqələri saxlamış, dramaturgiya, nəsr və tərcümə sahəsində ardıcıl və məhsuldar fəaliyyət göstərmişdir. O, “Elmin bəhrəsi” pyesinin, “Gəlin və qayınana” komediyasının, milli folklor əsasında qələmə aldığı “Şahzadə Əbülfəzl və Rəna xanım” hekayəsinin və bu süjet əsasında hazırladığı eyniadlı opera librettosunun müəllifidir. Səkinə xanım Axundzadə eyni zamanda Türkiyə ədəbiyyatından bir sıra əsərləri Azərbaycan dilinə tərcümə etmiş, görkəmli türk dramaturqu Namiq Kamalın yaradıcılığı əsasında işlədiyi “Bəxtsiz bala” və “Zülmün səmərəsi” dramları ilə Azərbaycan teatr mühitində geniş tanınmışdır. Səkinə xanım Axundzadənin “Bəxtsiz bala” əsəri peşəkar teatr kollektivlərinin, digər pyesləri isə əsasən qız gimnaziyası tələbələrinin iştirakı ilə tamaşaya qoyulmuş, bu da onun qadın təhsilinin və maarifçiliyin inkişafına verdiyi töhfələrin teatr müstəvisində davamı kimi qiymətləndirilmişdir.

Səkinə xanım Axundzadə fransız bəstəkarı Leo Delibin “Lakme” operası əsasında yazdığı “Zülmün səmərəsi” dramı ilə xüsusi uğur qazanmışdır. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyulmuş, sonralar “Nicat” teatr truppası tərəfindən və 1920-ci illərin əvvəllərində Azərbaycan Milli Dram Teatrında müxtəlif səhnə quruluşlarında nümayiş etdirilmişdir. “Zülmün səmərəsi” dramı Hüseyn Ərəblinski tərəfindən 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə tərəfindən isə 1917-ci və 1922-ci illərdə Bakıda səhnələşdirilmiş, əsas rollarda Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya və Yunis Nərimanov çıxış etmişlər.

Səkinə xanım Axundzadə 1922–1923-cü illərdə nəşr olunmuş "Yeni türk əlifbası" dərsliyinin həmmüəlliflərindən biri olmuş, Azərbaycan dilində yeni əlifbanın təbliği və savadlılığın artırılması istiqamətində aparılan islahatlara mühüm töhfə vermişdir.

1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunmuşdu.

Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılmışdır.

Əsərləri

  • "Elmin bəhrəsi" (1904)
  • "Haqq söz acı olar"
  • "Zülmün səmərəsi" ("Lakme"dən təbdil)
  • "Gəlin və qayınana"
  • "Şahzadə Əbülfəzl və Rəna xanım" (1918)
  • "Bəxtsiz bala"

Ədəbiyyat

  • Fazil, Şahin. Mahmudov, Yaqub; Mustafazadə, Tofiq (redaktorlar ). Quba tarixi (az.). Bakı: "TEAS Press Nəşriyyat evi". 2016. səh. 700.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səkinə axundzadə sözünün mənası, səkinə axundzadə haqqında məlumat. səkinə axundzadə nədir? səkinə axundzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Con Uollis

  • Fevral 27, 2026

    Maas

  • Fevral 25, 2026

    Nitsa

  • Fevral 23, 2026

    14 sentyabr

  • Fevral 27, 2026

    Qnostiklər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst