Yaqub Mikayıl oğlu Mahmudov (digər adı: Yaqub Mahmudlu; 10 fevral 1939, Baş Göynük, Nuxa rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri (1991-ci ildən), AMEA-nın müşaviri (2021-ci ildən), AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru (2004–2021), Azərbaycan Milli Məclisinin II, III, IV və V çağırış deputatı (2000–2020).
| Yaqub Mahmudov | |
|---|---|
| |
| 13 sentyabr 2004 – 22 yanvar 2021 | |
| Əvvəlki | İqrar Əliyev |
| Sonrakı | Kərim Şükürov |
| 1986 – 1990 | |
| Əvvəlki | Miryusif Mirhadiyev |
| Sonrakı | Eldar İsmayılov |
| 1994 – 2004 | |
| Əvvəlki | Eldar İsmayılov |
| Sonrakı | Sani Hacıyev |
| 7 oktyabr 1992 – 15 fevral 1993 | |
| Əvvəlki | Nazim İbrahimov |
| Sonrakı | İsmayıl Vəliyev |
| 5 noyabr 2000 – 10 mart 2020 | |
| Seçki dairəsi | 2000 — 44 saylı Şəki kənd-Qax 2005 — 114 saylı Şəki kənd birinci 2010, 2015 — 113 saylı Şəki şəhər |
| Əvvəlki | Eldar Salayev (44 saylı) Vəzifə təsis edildi. (114 saylı) Əli Məsimli (113 saylı) |
| Sonrakı | Vəzifə ləğv edildi. (44 saylı) Əli Məsimli (114 saylı) Vüqar İskəndərov (113 saylı) |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 fevral 1939 (87 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili | Balakən rayonu Sarıbulaq kənd tam orta məktəbi (1946–1956), BDU-nun Tarix fakültəsi (1957–1962), BDU-nun Tarix fakültəsinin aspiranturası (1962–1966) |
| Fəaliyyəti | alim, siyasətçi |
| Atası | Mikayıl Mahmud oğlu |
| Anası | Səlmi Hasan qızı |
| Həyat yoldaşı | Almas Mahmudova |
| Uşağı | 3 |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | tarix |
| Elmi dərəcəsi | tarix elmləri doktoru |
| Elmi adı | akademik |
| Tanınır | tarixçi alim |
| | |
| Təltifləri | |
Həyatı və fəaliyyəti
Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 1966–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981–2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.
1986–1990-cı illərdə onun təşəbbüsü ilə Respublika Tarix Liseyi yaradılıb, Tarix fakültəsində yeni ixtisaslar – "tarixçi‐arxivşünas", "tarixçi‐şərqşünas", "çinşünas", "tarixçi‐arxeoloq", "tarixçi‐etnoqraf", "beynəlxalq münasibətlər", "sosiologiya", "psixologiya", "etnopsixologiya", "etnososiologiya" və "sosial psixologiya" ixtisasları açılıb, "Azərbaycanın maddi‐mədəniyyət tarixi", "Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya" elmi‐tədqiqat laboratoriyaları, "Tarixi tədqiqatlarda elektron‐hesablama maşınları və riyazi üsulların tətbiqi" tədris laboratoriyası yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb.
1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir və həmin kafedranın formalaşması onun adı ilə bağlıdır.
Yaqub Mahmudov Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. 1991–1992‐ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib.
1992–1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
2004–2021-ci illərdə AMEA-nın Tarix İnstitutunun (indiki Tarix və Etnologiya İnstitutu) direktoru olub. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 80 nəfər fəlsəfə və elmlər doktoru yetişib.
Yaqub Mahmudovun həmmüəllif və naşiri olduğu fundamental tədqiqatlar – "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları Dövlət Mükafatına layiq görülüb. O, "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın (2 cilddə) baş redaktoru, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının və Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. 20 cildlik "Seçilmiş əsərləri" çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunub.
O, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü olub və YAP‐ın I və III qurultaylarında çıxış edib. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Prezident seçkilərində Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olub və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak edib. YAP Veteranlar Şurasının üzvüdür.
Ulu Öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın "böyük alimi", "böyük tarixçisi" adlandırıb.
Əsas elmi əsərləri
- Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Bakı: ADU, 1986.
- Взаимоотношения государств Аккоюнлу и Сефевидов с западноевропейскими странами (II половина XV – начало XVII века). Баку: Издательство Бакинского университета, 1991.
- Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV–XVII yüzilliklər). Bakı: "Təhsil", 2006. (türk, ingilis, rus və italyan dillərində də nəşr olunub)
- Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: "Təhsil", 2002.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. I cild. Bakı: "Lider nəşriyyat", 2004. (baş redaktor)
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. II cild. Bakı: "Lider nəşriyyat", 2005. (baş redaktor)
- Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı: "Təhsil", 2005. (rus, ingilis, urdu və ukrain dillərində də nəşr olunub)
- Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı: "Təhsil", 2005. (türk, rus, ingilis, ərəb, fransız və alman dillərində də nəşr olunub — həmmüəllif)
- Naxçıvan: tarixi və abidələri. Bakı: "Təhsil", 2007. (Azərbaycan və ingilis dillərində — həmmüəllif)
- Azərbaycan tarixi atlası. Bakı: Bakı Kartoqrafiya Fabriki, 2007. (baş redaktor)
- İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı: "Çaşıoğlu", 2009. (türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində də nəşr olunub — baş redaktor, giriş məqaləsi və son sözün müəllifi)
- Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: "Təhsil", 2011. (rus və ukrain dillərində də nəşr olunub)
- Şuşa‐Pənahabad. Bakı: "Təhsil", 2012. (layihə rəhbəri və ön sözün müəllifi)
- Heydər Əliyev. 2 cilddə. I cild. Bakı: Turxan NPB, 2013. (layihə rəhbəri, elmi redaktor, giriş məqaləsi və son sözün müəllifi)
- Heydər Əliyev. 2 cilddə. II cild. Bakı: Turxan NPB, 2013. (layihə rəhbəri, elmi redaktor, giriş məqaləsi və son sözün müəllifi)
- İlham Əliyev və Azərbaycan tarix elmi. Bakı: Turxan NPB, 2014.
- Real tarix və "böyük Ermənistan" uydurması. Bakı: Turxan NPB, 2014. (türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində də nəşr olunub)
- Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır. Bakı: Turxan NPB, 2015. (Azərbaycan, rus və ingilis dillərində)
- Azərbaycan Respublikasının tarixi (1991–2003). I cild. Heydər Əliyev dövrü. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (layihə rəhbəri və elmi redaktor)
- Azərbaycan Respublikasının tarixi (2003–2016). II cild. İlham Əliyev dövrü. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (layihə rəhbəri və elmi redaktor)
- Azərbaycan xalqına qarşı 1918‐ci il soyqırımları. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (elmi redaktor və ön sözün müəllifi)
- Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix". Bakı: Turxan NPB, 2019. (rus, ingilis və gürcü dillərində də nəşr olunub)
- Azərbaycan tarixi xəritələrdə. Atlas. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2022. (elmi redaktor, ön sözün müəllifi və naşir)
Üzv olduğu akademiyalar
- Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2017)
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019)
- Beynəlxalq Aytmatov Akademiyasının həqiqi üzvü (2009)
- Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (2001)
- İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2022)
- Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (2020)
- İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü (2021)
- Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının həqiqi üzvü (2022)
- Türk Tarix Qurumunun fəxri üzvü (2013)
Filmoqrafiya
- "Azərbaycan: tarixdən səhifələr" sənədli filmi (ssenari müəllifi, 4 seriya: 2006‐2008)
- "Tariximizin keşiyində" sənədli filmi (ssenari müəllifi və aparıcı, 2011)
- "Tarixin izi ilə… Yaqub Mahmudov" sənədli filmi (2011)
- "Şuşa‐Pənahabad" sənədli filmi (ideya müəllifi və elmi məsləhətçi, 2012)
- "İrəvan xanlığı" sənədli filmi (elmi məsləhətçi, 2012)
- "Dahi azərbaycanlı" sənədli filmi (ssenari müəllifi və aparıcı, 2013)
- "İrəvan: gizlədilmiş həqiqətlər" sənədli filmi (Azərbaycan, türk, rus, ingilis və fransız dillərində — baş məsləhətçi, 2016–2021)
- "Zəngəzur" sənədli filmi (Azərbaycan, rus və ingilis dillərində — baş məsləhətçi, 2017)
- "Sürgün" sənədli filmi (elmi məsləhətçi, 2018)
- "Qarabağ: əcdadlarımızın mirası" sənədli filmi (Azərbaycan, türk, rus, ingilis və fransız dillərində — baş məsləhətçi, 2018–2021)
- Real TV-nin "Tarixi Yaqub Mahmudov danışır" layihəsi (50 buraxılış: 2020–2022)
Təltif və mükafatları
- Azərbaycan Respublikasının əməkdar elm xadimi
- Azərbaycan Respublikasının "Şöhrət", "Şərəf" və 1‐ci dərəcəli "Əmək" ordenləri
- Azərbaycan Respublikasının Dövlət Mükafatı
- "Elmdə ad" ("The Name in Science") fəxri titulu
- "Dünya elminə töhfə" ("For contribution to world science") medalı
- Dağıstan Respublikasının əməkdar elm xadimi
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl Ulduz" medalı
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Atatürk Mükafatı
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 2019-cu il üçün "Türk dünyasında ilin elm adamı" Beynəlxalq mükafatı
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "İstiqlal" ordeni
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 2022-ci il üçün "Türk dünyasında ilin adamı" Beynəlxalq mükafatı
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Özgürlük" ordeni
- Avropa Təbiət Elmləri Akademiyasının "Qotfrid Vilhelm Leybnits" medalı
- Avropa Təbiət Elmləri Akademiyasının "Fəxri Legion" ordeni
- Avropa Təbiət Elmləri Akademiyasının "Fenomen" ("Leonardo da Vinçi") ordeni
- Avropa Təbiət Elmləri Akademiyasının 2022-ci il üçün "Avropada ilin alimi" Beynəlxalq mükafatı
- "Simurq" beynəlxalq medalı
- Alman‐Azərbaycan Cəmiyyətinin "Dostluq" medalı
- "Ən yaxşı baş menecer" fəxri adı
- Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatıy" ordeni
- Millətlərin Birləşmiş İctimai Təltif Şurasının "XXI əsrin lider şəxsiyyəti" Beynəlxalq mükafatı
- Millətlərin Birləşmiş İctimai Təltif Şurasının "Lider", "Avropa xidmət" və "Avropa lideri ulduzu" ordenləri
- Millətlərin Birləşmiş İctimai Təltif Şurasının "Sülh səfiri" fəxri titulu
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
- "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı
- "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı
- "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı
- "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
- Milli Məclisin "Parlament" medalı
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı
- "General Səməd bəy Mehmandarov" yubiley medalı
- AMEA‐nın Abbasqulu ağa Bakıxanov adına mükafatı
- "Yusif Məmmədəliyev", "Rəsul Rza", "Qızıl qılınc", "Qızıl qələm", "Samir Əsgərxanov", "Humay", "Gənclərin dostu" və "Ekologiyanın dostu" mükafatları
- "Gənclərin dostu" Milli Mükafatı
Haqqında yazılmış əsərlər
- Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafiya. Bakı: "Altay", 1998.
- AMEA Tarix İnstitutu. Elmi əsərlər. XXX cild (Görkəmli tarixçi alim Yaqub Mahmudovun 70 illiyinə həsr edilmiş xüsusi buraxılış). Bakı, 2009.
- Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafiya. Təkmilləşdirilmiş və yenidən işlənilmiş 2‐ci nəşri. Bakı: "Təhsil", 2012.
- Yeganə Gözəlova. Tarix elmində Yaqub Mahmudov məktəbi. Bakı: "Təhsil", 2013.
- Лятиф Шамхал. Во имя Азербайджана. Беседы журналиста с историком. Баку: ИПО Турхан, 2017.
- Nazim Məmmədov. Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu. Bakı: "Avropa", 2018.
- Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafiya. Təkmilləşdirilmiş və yenidən işlənilmiş 3‐cü nəşri. Bakı: Turxan NPB, 2019.
- Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986–1990). Bakı: Turxan NPB, 2019. (ideya müəllifi, tərtibçi və ön sözün müəllifi: Güntəkin Nəcəfli)
- Yaqub Mahmudovun tarixçilər məktəbi. Bakı: Turxan NPB, 2019. (tərtibçilər: İradə Əliyeva və Zakirə Əliyeva)
- Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov. Bakı: Turxan NPB, 2019. (tərtibçilər: İradə Əliyeva və Zakirə Əliyeva)
- Akademik Tarih ve Düşünce Dergisi, Prof. Dr. Yakup Mahmudov 80. Yıl Armağanı Özel Sayısı, Yıl: 2019, Cilt: VI, Sayı: 5.
- Nazim Məmmədov. Akademik Yaqub Mahmudov irsində Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları tarixi. Bakı: "Avropa", 2021.
- Nazim Xəlilov, Elnur Nəciyev. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı: "Zərdabi‐Nəşr" MMC, 2022.
- Professor Yaqub Mahmudov. Ankara: Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, 2025. (Azərbaycan, türk və ingilis dillərində — tərtibçilər: Elçin İsgəndərzadə, Hayrettin İvgin və Şükufə Əhmədli)
Həmçinin bax
- Əliyevşünaslıq
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası
- Azərbaycan Respublikasının Milli Atlası
- İrəvan xanlığı (film, 2012)
- AAK-ın tərkibi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (26 may 1992-ci il)
- Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin əmri (6 oktyabr 1992-ci il)
Qeydlər
- Yaqub Mahmudovun elmi rəhbəri professor Ədhəm Şahmalıyev (1897–1981) olub.
- Yaqub Mahmudovun iştirak etdiyi rəsmi dövlət səfərləri: İran (29 iyun - 2 iyul 1994-cü il), Pakistan (12-13 aprel 2005-ci il), Xorvatiya (10-12 iyun 2005-ci il) və Cənubi Koreya (23-25 aprel 2007-ci il).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaqub Mahmudov haqqında məlumat. Yaqub Mahmudov nədir? Yaqub Mahmudov nə deməkdir?
