Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azə

Kazım Ziya

  • Ana Səhifə
  • Vikipediya
  • Kazım Ziya

Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948).

Kazım Ziya
Doğum adı Kazım Kazımzadə
Doğum tarixi 21 mart 1896
Doğum yeri Yuxarı Əylis, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 noyabr 1956 (60 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Fəaliyyəti aktyor
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19431943 "Stalin" mükafatı — 19481948
  • "Qırmızı əmək bayrağı" ordeni
IMDb ID2151756

Mündəricat

Həyatı

Həyatının erkən dövrü

Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.

Fəaliyyəti

Aktyor kimi

Kazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının formalaşıb şöhrətlənmiş truppasına daxil olub. Kazım Ziyanın Milli Dram Teatrında yaratdığı əsas rollar bunlardır: Arif, Dərviş ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid), Vaqif Söhbət ("Vaqif" və "Xanlar", Səməd Vurğun), Surxay, Usta Segah ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Piri baba ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), İmamyar, Xaspolad ("Yaşar" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirzə Həbib, Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dmitri Petroviç ("İki qardaş", Mixail Lermontov), General Tomson ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Sərdar Eldarov ("Son gülən", Kondrat Krapiva), Baturin ("O tayda", Anatoli Boryanov), Kastenov ("Bir evin sirri", Tur qardaşları).

Tərcüməçi kimi

"Bismillah", "Səbuhi" filmlərinə çəkilən Kazım Ziya Lev Tolstoyun "Canlı meyit", Henrik İbsenin "Cəmiyyət sütunları", Vadim Sobkonun "İkinci cəbhə arxasında", Aleksandr Dümanın "Qanlı qala" ("Nel qülləsinin sirri") pyeslərini və digər dramları dilimizə tərcümə edib.

Mükafatları

Kazım Ziya 17 iyun 1943-cü ildə əməkdar artist olmadan birbaşa "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülüb. O, 1948-ci ildə "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasının bir qrup yaradıcı heyəti ilə birgə General Tomson roluna görə "Stalin" mükafatı laureatı olub.

Ölümü

Kazım Ziya 20 noyabr 1956-cı ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Xatirəsi

Kazım Ziyanın Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il
  • 1964-cü ildə yaradılmış Ordubad xalq teatrı Kazım Ziyanın adını daşıyır.

Filmoqrafiya

  1. Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
  2. Bismillah (film, 1925) (tammetrajlı bədii film) — rol: Molla Rövzəxan
  3. Səbuhi (film, 1941)
  4. Bir ailə (film, 1943)
  5. Sualtı qayıq "T-9" (film, 1943)
  6. Fətəli xan (film, 1947)
  7. Məhəmməd Füzuli (film, 1958)
  8. Onlar belə sevirdilər (veriliş, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kazım Ziya haqqında məlumat. Kazım Ziya nədir? Kazım Ziya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 15, 2026

    Qiymətli kağız

  • Fevral 27, 2026

    Tana gölü

  • Fevral 27, 2026

    Veber aparatı

  • Fevral 27, 2026

    Ölülər (pyes)

  • Fevral 23, 2026

    17 oktyabr

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst