Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Məhəmməd Səhl ibn Abdullah ibn Yunus ibn İsa ibn Abdullah ibn Rəfi ət-Tüstəri (ərəb. سهل التستري‎; 818, Şuştər, Xuzistan ostanı – 896, Bəsrə) — sufi və təfs

Səhl ət-Tüstəri

  • Ana Səhifə
  • Vikipediya
  • Səhl ət-Tüstəri

Əbu Məhəmməd Səhl ibn Abdullah ibn Yunus ibn İsa ibn Abdullah ibn Rəfi ət-Tüstəri (ərəb. سهل التستري‎; 818, Şuştər, Xuzistan ostanı – 896, Bəsrə) — sufi və təfsirçi.

Səhl ət-Tüstəri
ərəb. سهل التستري‎
Doğum tarixi 818(0818)
Doğum yeri
  • Şuştər, Şuştər şəhristanı, Xuzistan ostanı, İran
Vəfat tarixi 896(0896) (77–78 yaşında)
Vəfat yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Elm sahələri islam etiqad məzhəbləri[d], sufilik, təfsir
Tanınmış yetirmələri Həllac Mənsur

Bioqrafiyası

Hicri 203-cü (818) ildə dünyaya gəlib. Səhlin "Tüstəri" nisbəsindən Xuzistanın (İran) Tüstər məntəqəsində dünyaya gəldiyi məlum olur. Həyatı haqqındakı məlumatların çoxunun mənbəyi mənqibələrdir. Dayısı Məhəmməd ibn Səvvarın təlkin və təşviqi ilə uşaqlıq vaxtlarından sufiliyə yönəlmişdir. Sufiliklə bağlı Bəsrəyə və Abadana səfərlər etdikdən sonra yenidən Tüstərə qayıtmışdır. Həcc ziyarətinə getdiyi vaxtda Zinnun əl-Misri ilə tanış olmuşdur. Yaşadığı ərazi Abbasilər, Səffərilər və Zəncilər arasındaki hakimiyyət mübarizələrinin baş verdiyi bir yeri idi. Ona görə də, Səhl Bəsrəyə köçmək məsburiyyətində qaldı. Bəzi mənbələr onun Bəsrəyə siyasi səbəblərlə bağlı deyil, dini-məzhəbi səbəblərlə bağlı köçmək məcburiyyətində qaldığını qeyd etmişlər. Bir rəvayətə görə onun metafizik varlıqlarla danışdığını iddia etməsi, əhalinin narazılığına səbəb olmuş və o buna görə də Bəsrəyə köçmüşdür. Digər bir rəvayətə görə isə o, "qulun hər nəfəsdə tövbə etməsi fərzdir" demişdir. Onun bu sözü mənəvi elmlərdəki şöhrətinə paxıllıq edən fəqihlərin etirazına səbəb olmuş və əleyhində aparılan fəaliyyətlər ucbatından Bəsrəyə köçmək məcburiyyətində qalmışdır. Səhl ət-Tüstəri Məhərrəm ayında hicri 283-cü (mart 896) ildə Bəsrədə vəfat etmişdir. Həllac Mənsur, Əbu Məhəmməd əl-Cəriri və Bərbəhari onun tələbələrindən bəziləridir.

Əsərləri

Mənbələrdə Səhlin 10-dan əsərin müəllifi olduğu qeyd olunub. Bu əsərlərdən heç birinin Səhl tərəfindən qələmə alınmaması başda təfsiri olmaqla bu əsərlərə şübhə ilə baxılmasına səbəb olmuşdur. Onun nisbət olunan əsərlər bunlardır: Təfsirül-Quranil-əzim (Təfsirüt-Tüstəri), əl-Müərəzə vər-rəd alə əhlil-firaq və əhlid-dəavə fil-əhvəl, Risalə fil-hüruf, Risalə fil-hikəm vət-təsəvvüf (Süleymaniyyə kitabxanası, Ayasofiya, № 4128/4), Mənaqibü əhlil-haqq və mənaqibü əhlil-lah, Lətaifül-qəsas fi qisasil-ənbiya, Məqalə fil-mənhiyyət (Tehran Universitetinin Hüquq Fakültəsinin kitabxanası № 251), Kəlamü (Kəlimətü) Səhl ibn Abdillah ət-Tüstəri.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səhl ət-Tüstəri haqqında məlumat. Səhl ət-Tüstəri nədir? Səhl ət-Tüstəri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Turist

  • Fevral 27, 2026

    Hicri-qəməri təqvimi

  • Fevral 27, 2026

    Abstraksiya

  • Fevral 24, 2026

    Xilafət

  • Fevral 25, 2026

    Saxalin adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst