Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mənsur Həllac (ərəb. منصور الحلاج‎; təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) — məşhur sufi.

Mənsur Həllac

  • Ana Səhifə
  • Vikipediya
  • Mənsur Həllac

Mənsur Həllac (ərəb. منصور الحلاج‎; təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) — məşhur sufi.

Mənsur Həllac
ərəb. الحسين بن منصور الحلاج‎
Doğum tarixi təq. 858(0858)[…]
Doğum yeri
  • Vasit, Fars ostanı, Abbasilər xilafəti
Vəfat tarixi 26 mart 922(0922-03-26) (63–64 yaşında)
Vəfat yeri
  • Bağdad, İraq, Abbasilər xilafəti
Vəfat səbəbi başın kəsilməsi[d]
Fəaliyyəti şair, müəllim, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır. Digər rəvayətə görə isə, onun adı əcdadlarının həllaclıq sənətinə sahib olmaları ilə izah edilmişdir.

O, Tüstərdə sufi Səhl ət-Tüstərinin yanında iki il tələbə olmuşdur. Müəlliminin ölümündən sonra — 18 yaşında Bəsrəyə gedərək, Amr ibn Osmanın dərslərinə qatılmış, iki ilə yaxın orada qalmışdır. Sonra isə müəlliminin etirazına baxmayaraq, məşhur sufi Əbu Yusif əl-Aqtanın qızı Ümmü Hüseynlə evlənmişdir. Həllacın bu seçimi sufilər arasında ikitirəlik yaratmış və o, haqsız tənqid və təhqirlərə məruz qalmışdır. Məhz buna görə də, Bəsrədən getmək istəmişdir. Həmin ərəfədə, o, sufilərin başçısı və piri sayılan Cüneyd Bağdadi ilə tanış olmuşdur. Cüneyd ona öyüd-nəsihət verərək, səbir tövsiyə etmişdir. Fəqət, Həllac bu təhqirlərə dözməyərək Bəsrədən Məkkəyə köçməli olmuşdur. Məkkədə sufi üsulu əsasında nəfsini tərbiyə etmiş, ruhunu meraca yüksəltmək məqsədilə tərkidünyalığa çəkilmişdir. Bu müddət bir il çəkmişdir. Həmin bir il ərzində onun Kəbənin ətrafında oturduğu, oradan yalnız dəstəmaz almaq və Kəbəni təvaf etmək üçün ayrıldığı, gündə çörəyin dörddə-biri və bir neçə qurtum su ilə dolandığı bəzi sufilər tərəfindən rəvayət edilmişdir.

Həllacı sevməyənlər onu burada da rahat buraxmamış, haqqında xeyli şayiələr və dedi-qodular yayaraq, gözdən salmağa, fikirlərini yaymağa imkan verməməyə çalışmışlar. Bütün bu əngəllərə baxmayaraq, Həllac özünə xeyli tərəfdar toplaya bilmişdir. O, Məkkəyə gələn hacılarla söhbət aparmış, onlara Qurani-Kərimi təfsir etmiş, öz düşüncələrini aşılamışdır. Xüsusilə Xorasandan gələnlərlə yaxınlıq etdiyi rəvayət olunmuşdur. Həllac uzun müddət Məkkədə qaldıqdan sonra 900-cü ildə (h. 271) Bəsrəyə qayıtmışdır. O, artıq məqsədinə çatmış, həyata, insana və dinə fərqli prizmadan baxan bir şəxs kimi formalaşmışdır. Həllacın bu vəziyyəti onu sevənlərin sayını artırdığı kimi, düşmənlərini də çoxaldaraq qəzəbləndirmiş, ona qarşı kəskin etiraz səsləri daha da ucalmağa başlamışdır.

Sufiliyə dair yeni düşüncələri, insanların marağını cəlb edən hərəkətləri, ağıllı söhbətlərinə görə getdiyi hər yerdə ətrafına çox sayda insan toplaşan Həllacı, müxtəlif əqidəli insanlar müdafiə etmişlər. Həllac Mənsur 908-ci ildə (h. 280) baş verən Hənbəli üsyanında iştirakda ittiham olunmuşdur. Bundan beş il sonra isə bir qadının xəbərçiliyi ilə Əbül-Həsən Əli ibn Əhməd ər-Rasimbi tərəfindən həbs edilərək, səkkiz il zindanda saxlanılmışdır. Bağdada aparılmış və qazı Əbu Ömər Həmmadinin fətvası, Abbasi xəlifəsi Müqtədirin əmri ilə 922, bəzi məlumatlara görə isə, 919-cu ildə Bağdadda edam edilmişdir. Onun edamı haqqında rəvayətlər bir-birindən xeyli fərqlənir. Bəzi məlumatlara görə, yüz, yaxud min şallaq vurulduqdan sonra Həllacın əlləri, ayaqları, dili, daha sonra da başı kəsilmişdir. Başqa qaynaqlarda isə bildirilir ki, o, əvvəlcə asılmış, daha sonra cənazəsi yandırılaraq, külü Dəclə çayına atılmışdır. Onun həyatda olduğu kimi, edamı zamanında da çoxlu kəramət və möcüzə göstərdiyi, hətta külünün çayda "Ənəl-Həqq" deyə qışqırdığı haqda müxtəlif sufi mənbələrində məlumatlar qeydə alınmışdır.

Həllac Mənsurun düşüncələri, əsasən, iki cür yozulmuşdur. Birinci düşüncəyə görə, onun yolu İnsan-Allah-Varlıq mövzusu ətrafındadır. O, varlığın birliyini müdafiə etmişdir. Həllacın fikrincə, əsl olan "Bir"dir, bu da Allahdır. Ancaq kainat və insan da bu "Bir"in xaricində deyil, daxilindədir. Allahın bütün özəllikləri insanda, insanın bütün özəllikləri də Allahda mövcuddur. Kainatda, dünyada bərabərlik, bütünlük vardır. Hər şəxsin həyatı ölümündə, ölümü isə həyatındadır. Buna görə də, insanın "Ənəl-Həqq" deməsi doğrudur. Başqa izahlara görə isə, Mənsur Həllac Allahı zikr etdiyi zaman ondan başqa hər şeyi, hətta öz nəfsini də unudaraq belə bir ekstaz hallarından (sufilikdə buna səkr halı deyilir) birində, "sən kimsən?", — deyə soruşanlara "Ənəl-Həqq" cavabını vermişdir. Çünki bu sözün əsl mənası "mən yoxam, yalnız Haqq vardır" deməkdir. Bu vəziyyətdə isə insanın ruhu Allaha qovuşur və sufilikdə mövcud olan ən yüksək mövqeyə ucalır. Bu fikrə görə, Həllac Mənsur çox böyük bir vəlidir və tam mənası ilə müsəlman sufilərindəndir. Bu görüşü dəstəkləyənlər arasında İbn Ata, Fəxrəddin Razi, Əbu Abdulla Hafif, Şibli, Əbül-Qasım Nəsrabadi, Şeyx Əbu Səid Əbül-Xeyr, Əbül-Qasım Gürgani, Əbu Əli Fərmədi və Yusif Həmədani kimi böyük şəxslər vardır. Bəzi mənbələrə görə, Mənsur Həllac böyük şair İmadəddin Nəsiminin sələfidir. Çünki "Ənəl-Həqq" sözünü ilk işlədən məhz Həllacdır. Üstündən min ildən çox vaxt keçməsinə baxmayaraq, Mənsur Həllacın həyatı və fəaliyyəti hələ də geniş maraq doğurur.

Əsərləri

  • Təvasin (Ənəl Həqq — Mən Tanrıyam). Mənsurun günümüzə çatmış tək əsəridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mənsur Həllac haqqında məlumat. Mənsur Həllac nədir? Mənsur Həllac nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kariyalılar

  • Fevral 27, 2026

    Adi meşəgilası

  • Fevral 27, 2026

    Nanorelyef

  • Fevral 27, 2026

    Reformizm

  • Fevral 27, 2026

    Kür-Araz düzənliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst