Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Həsən Sirri ibn əl-Muqəllis əs-Səqəti (ərəb. سري السقطي‎; 772, Bağdad – 8 sentyabr 867, Bağdad) — bağdadlı ilk sufilərdən biri.

Sirri əs-Səqəti

  • Ana Səhifə
  • Vikipediya
  • Sirri əs-Səqəti

Əbül-Həsən Sirri ibn əl-Muqəllis əs-Səqəti (ərəb. سري السقطي‎; 772, Bağdad – 8 sentyabr 867, Bağdad) — bağdadlı ilk sufilərdən biri.

Sirri əs-Səqəti
Doğum tarixi 772(0772)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 8 sentyabr 867(0867-09-08) (94–95 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Elm sahəsi sufilik

Həyatı

Hicri 155-ci (772) ildə Bağdadın Kərx məntəqəsində anadan olub. Atasının sənəti olan səqətçiliklə (zibil yığmaqla) məşğul olub. Həyatının ilk dövründə elm öyrənmək üçün Məkkəyə qədər gedib. Onun sufiliyə yönəlməsində Məruf əl-Kərxi ilə Həbib ər-Rəinin mühüm rolu olmuşdur. Məruf əl-Kərxi, Haris əl-Mühasibi, Bişr əl-Həfi kimi dövrün məşhur sufilərinin məclislərində iştirak edən Sirri, Cüneyd əl-Bağdadinin da müəllimi və dayısıdır. Onun sözləri, mənqibələri və görüşləri Cüneyd tərəfindən nəql edilmişdir.

Sirri Cüneyd əl-Bağdadi, Əbu Səid əl-Hərrəz, Əbül-Hüseyn ən-Nuri, Səmnun ibn Həmzə, İbn Məsruq, Əli əl-Qədairi və İsmayıl ibn Abdullah əş-Şami kimi sufilərin rəhbəri və dövrünün şeyxlərindəndir. Məhəmməd ibn Hüseyn əs-Süləmi sonrakı sufilərin çoxunun Sirrinin yolunu getdiklərini qeyd etmişdir. Əbu Nuaym əl-İsfahani ilə Fəridəddin Əttar onu elm, hikmət, mürrüvət, məhəbbət, mərifət və şəfqət əhli olan bir sufi kimi təqdim etmişlər.

Sirri Bağdadın şimal bölgələrinə və Suriyaya da səfərlər etmişdir. Suriyada İbrahim ibn Ədhəmin yolunu davam etdirən sufilərdən olduqca təsirlənmişdir.

Sirri bir müddət Dəməşq, Rəmlə, Qüds və Tarsusda yaşamış, Bizansa qarşı döyüşlərdə iştirak etmişdir. Hicri 218-ci (833) ildə Bağdada gələrək ömrünün axırına kimi burada yaşamışdır. Onun məzarı Bağdaddakı Şuniziyyə qəbiristanlığında, Cüneyd əl-Bağdadinin məzarının yanındadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sirri əs-Səqəti haqqında məlumat. Sirri əs-Səqəti nədir? Sirri əs-Səqəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qulat

  • Fevral 27, 2026

    Ərciş

  • Fevral 27, 2026

    Fərqsizlik əyrisi

  • Fevral 27, 2026

    Santa Monika

  • Fevral 27, 2026

    Naukan yupikləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst