Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və

Abstraksiya

  • Ana Səhifə
  • Vikipediya
  • Abstraksiya

Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə, onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdirməyə imkan verir.

Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir.

Abstraksiyanın öz hüdudları var: necə deyərlər, yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ. Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır.

İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir. Abstrakt obyektlər gerçəklikdə mövcud deyildirlər, lakin real aləmdə onların nümunəsi, yəni fikrən quraşdırılması mümkündür. İdeallaşdırma elə anlayışların yaardılması prosesidir ki, onların prototiplərinə yalnız təxmini işarə etmək olar. İdeallaşdırmanın nəticəsi olan analyışlara misal olaraq "nöqtə" (nə uzunluğu, nə hündürlüyü, nə də eni olmayan obyekt), "düz xətt" və sş anlayışları göstərmək olar. Ümumiyyətlə, elmi idrakda gerçəlikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur.

Tədqiqat prosesinə ideallaşdıırılmış obyektlərin daxil etdirilməsi real proseslərin qanunauyğunluqlarına daha dərindən varmaq üçün onların abstrakt sxemlərini qurmaq imkanını verir.

Həmçinin bax

  • Məntiq
  • Nəzəriyyə
  • Bəhmənyar Azərbaycani

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abstraksiya haqqında məlumat. Abstraksiya nədir? Abstraksiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tifon (mifologiya)

  • Fevral 27, 2026

    Hemorroy xəstəliyi

  • Fevral 24, 2026

    Tequ

  • Fevral 27, 2026

    Taymır yarımadası

  • Fevral 24, 2026

    Hind-ari dilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst