Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmu

Sumas (Vaşinqton)

  • Ana Səhifə
  • Vikipediya
  • Sumas (Vaşinqton)

Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Şəhər ərazisində 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsi vardır.

Şəhər
Sumas
ing. Sumas
48°59′50″ şm. e. 122°15′56″ q. u.HGYO
Ölkə  ABŞ
Region [[Vaşinqton ştatı]]
Rayon Uatkom Əyaləti, Vaşinqton
Mer Bob Bromley
Tarixi və coğrafiyası
Əsası qoyulub 18 İyun, 1891
Sahəsi 3.83 km²
Mərkəzin hündürlüyü 13 m
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 1.307 nəfər (2010)
Sıxlığı 341.0 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 360
Poçt indeksi 98295
Digər
City of Sumas  (ing.)
Sumas xəritədə
Sumas
Sumas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Sumas sözünün mənası "ağaçsız torpaq" deməkdir. 1850-ci ildə əraziyə ağdərililər gəldikdə burada Nuksak qəbiləsindən olan hindular yaşayırdılar. 1872-ci ildə Robert Conson burada yaşamağa başlayan ilk ağdərili oldu. 1875-ci ilin sonunda Bellinqhamdan indiki Everson şəhərinin ərazisinə ilk yol çəkilsə də, hələ də bu ərazidən Sumasa getmək üçün yeganə vasitə su yolu idi. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı. 24 aprel 1889-cu ildə qəsəbənin ərazisi qeydə alındı. Əvvəllər ərazidə yaşayanlar çadırlarda yaşasalarda 1890-cı ildə ilk bina tikildi. Bu binada mağaza və meyxana yerləşirdi. 18 iyun 1891-ci ildə rəsmi olaraq qeydiyyata alındı. Artıq şəhər 3 böyük dəmiryolunun mərkəzi idi. Əhalisi 2000-ə çatmışdı. Sərhəd keçid məntəqəsi yaradıldı. 1892-ci ildə məktəb binası inşa edildi. 1892–1897-ci illər şəhər üçün böhran dövrü oldu. Bir çox insan buranı tərk etdi. Lakin 23 avqust 1897-ci ildə Jack Post tərəfindən yaxın ərazidə qızılın kəşf edilməsi şəhərin yenidən inkişafına təkan verdi. Əhalinin sayı təkrar 2000 nəfərə çatdı. Burada artıq 2 qəzet, 5 otel, 3 dükan və 2 xəstəxana fəaliyyət göstərirdi. The Lone Jack Mind (daha sonralar Post adı ilə) 1924-cü ilə qədər fəaliyyət göstərdi. Ərazidə fəaliyyət göstərən ikinci mədən olan Boundary Red Mountain Mine 1913–1946-cı illərdə 1 milyon dollardan artıq dəyərdə qızıl hasil etdi. Sumas tarixində ikinci əhəmiyyətli hadisə 1920-ci illərdə keçirilməyə başlayan rodeo yarışları oldu. 1923-cü ildə 5000, 1924-cü ildə 25000, 1925-ci ildə isə 40000-dən artıq insan bu yarışlarda iştirak etdi. 1930–1986-cı illərdə Böyük böhran səbəbi ilə bu yarış dayandırıldı.1937-ci ildə təkrar yarışlara başlanılsa da, 1940-cı ildə İkinci dünya müharibəsi səbəbi ilə daimi təxirə salındı. Hal-hazırda şəhərdə kiçik rodeo yarışları təşkil olunur. 1990-cı ilin noyabr ayında baş vermiş sel daşqınları nəticəsində əraziyə milyonlarla dollar ziyan dəymişdir. 1999-cu ildə şəhərdə Sumas 2 adlı yeni elektrik stansiyası tikilməsi haqqında təklif verilsə də, 2006-cı ildə bu proyekt təxirə salındı.

İqlimi

Orta illik temperatur 10,5 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 18,5 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 3,5 °C). Ən yüksək temperatur 38,0 °C, ən aşağı temperatur isə −16.4 °C olmuşdur.

Orta illik yağıntı miqdarı 1577 mm-dir.

Sumas şəhərinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 18,1 19,3 25,0 29,0 32,0 34,0 38,0 35,0 33,0 27,0 19,2 17,2 38,0
Maksimum orta, °C 7,3 9,8 12,3 16,0 19,3 21,9 25,3 25,4 22,7 16,0 10,4 7,0 16,1
Orta temperatur, °C 3,5 4,5 7,0 10,0 13,0 15,5 18,5 18,0 15,5 10,5 6,0 3,5 10,5
Minimum orta, °C 0,1 0,5 2,2 4,5 7,5 10,3 12,0 11,8 9,0 5,9 2,7 0,1 5,6
Mütləq minimum, °C −16,4 −15,3 −7,4 −3 0,0 4,0 6,2 6,0 1,5 −4,6 −11,6 −15 −16,4
Yağıntı norması, mm 232,0 122,8 154,0 116,4 91,7 79,0 41,2 54,2 67,8 158,9 250,8 208,5 1.577
Mənbə: http://www.meoweather.com/history/United%20States/na/49.0002778/-122.2636111/Sumas.html

Əhalisi

2010-cu il əhalinin siyahıyaalınması

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1307 nəfər əhali, 482 şəxsi təsərrüfat və 329 ailə vardı. Əhalinin sıxlığı 341.0 nəfər/km²-di. Burada 531 ev var və evlərin sıxlığı 138.5/km²-di. Əhalinin etnik tərkibini 83,7%-i Ağ amerikalılar, 1,5%-i Afroamerikalılar, 2,4%-i Hindilər, 1,5%-i Asiyalılar, 6,6%-i digər irqdən olanlar və 4,2%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

482 şəxsi təsərrüfatın 39,8%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 49,6%-ində evli ailə, 11,6%-ində əri olmayan qadın, 7,1%-ində arvadı olmayan kişi, 31,7%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 26,3%-ində tək bir şəxs və 6,4%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.71 nəfər, hər ailədə isə ortalama 3.27 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 30.6-dır. Əhalinin 28,8%-i 18 yaşdan kiçik, 12,1%-i 18–24 yaş arasında, 27,2%-i 25–44 yaş arasında, 21,3%-i 45–65 yaş arasında, 10,6%-i isə 65 yaşdan böyükdür. Əhalinin 49,2%-i kişi, 50,8%-i qadındır.

2000-ci il əhalinin siyahıyaalınması

2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 960 nəfər əhali, 346 şəxsi təsərrüfat və 236 ailə vardı. Əhalinin sıxlığı 264.8 nəfər/km²-di. Burada 401 ev var və evlərin sıxlığı 110.6/km²-di. Əhalinin etnik tərkibini 86,15%-i Ağ amerikalılar, 3,23%-i Hindilər, 4,17%-i Asiyalılar, 4,79%-i digər irqdən olanlar və 1,67%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

346 şəxsi təsərrüfatın 39,9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 51,2%-ində evli ailə, 11,3%-ində əri olmayan qadın, 5,7%-ində arvadı olmayan kişi, 31,8%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 26,6%-ində tək bir şəxs və 9,2%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.77 nəfər, hər ailədə isə ortalama 3.42 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 31-dir. Əhalinin 35,0%-i 18 yaşdan kiçik, 8,2%-i 18–24 yaş arasında, 29,0%-i 25–44 yaş arasında, 17,6%-i 45–65 yaş arasında, 10,2%-i isə 65 yaşdan böyükdür.

Hər şəxsi təsərrüfatın orta illik gəliri $29,297, hər ailənin orta illik gəliri isə $36,250 təşkil edir. Kişilərin orta illik gəliri $30,227, qadınların orta illik gəliri isə $20,268 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $13,497 olmuşdu. Ailələrin 13,9%-i, əhalinin isə 18,0%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 23,1%-ini 18 yaşdan kiçik olanlar, 14,9%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.

Qalereya

  • Sumas, 1907-ci il
    Sumas, 1907-ci il
  • Sumas, 1907-ci il
    Sumas, 1907-ci il
  • Sumas Rodeo Yarışının afişası, 15 Avqust 1940-cı il
    Sumas Rodeo Yarışının afişası, 15 Avqust 1940-cı il
  • Sumas 1950-ci illər
    Sumas 1950-ci illər
  • Çeri küçəsi (Cherry Street), 19 Avqust 2009-cu il
    Çeri küçəsi (Cherry Street), 19 Avqust 2009-cu il
  • Sumas sərhəd keçid məntəqəsi
    Sumas sərhəd keçid məntəqəsi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sumas (vaşinqton) sözünün mənası, sumas (vaşinqton) haqqında məlumat. sumas (vaşinqton) nədir? sumas (vaşinqton) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hərəmxana

  • Fevral 27, 2026

    Kompensasiya

  • Fevral 27, 2026

    Əfsanə

  • Fevral 27, 2026

    Cüneyt Arkın

  • Mart 06, 2026

    Abarema

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst