Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir.

Suluk xan

  • Ana Səhifə
  • Vikipediya
  • Suluk xan

Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir.

Suluk Çabiş-çör xaqan
Türgiş xaqanlığı III xaqanı
715 – 738
ƏvvəlkiQapağan xaqan (Göytürk hökmdarı kimi)
SonrakıQut Çor xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr
Vəfat tarixi 738
Vəfat yeri Suyab
Həyat yoldaşı Bilgə xaqanın qızı
Uşağı Qut Çor xaqan
Dini Tenqriçilik

Mündəricat

Hakimiyyətə gəlməsi

Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.

Ərəblərlə mübarizə

Sulukun hakimiyyətə gəlməsi əməvilərin Mərkəzi Asiyanı işğalı ilə eyni ərəfəyə düşmüşdü. 715-ci ildə Qüteybə ibn Müslümün ölümündən sonra ərəblər Mərkəzi Asiyada zəiflədilər. 717-ci ildə göytürk sərkərdəsi Aşina Sin və onun Karluk süvariləri ilə Çin sərkərdəsi Tanq Ciahuy ərəbləri Ağsu döyüşündə ağır məğlubiyyətə uğratmışdı. Bundan istifadə edən Suluk Çinlə yaxınlaşdı və Suyabda möhkəmləndi. 721-ci ildə Sulukun sərkərdəsi Külçör Qəsr əl-Bahilidə ərəblərin qaçmağına imkan versə də, daha sonralar ərəb sərkərdəsi Səid ibn Əbdüləzizə qarşı ilk qələbəsini qazandı. 724-cü ildə Sulukun ordusu ərəb sərkərdəsi Müslüm ibn Səid əl-Kilabini ağır məğlubiyyətə uğratdı və həmin gün ərəb tarixçiliyində Susuzluq günü kimi tanınmağa başladı. 729-cu ildəki Bəykənd döyüşü isə ərəb qalibiyyəti ilə nəticələndi. Bunda Səmərqənd hakimi Qurakın ərəblərin tərəfində keçməsinin də rolu var idi. Eyni il baş verən Kəmərcə mühasirəsi ərəblər üçün növbəti zərbə oldu. Mühasirə vaxtı Sulukun ordusundakılardan biri də III Yezdəgirdin nəvəsi Xosrov idi.

Növbəti döyüş 731-ci ilin iyulunda baş verdi. Yeni Xorasan valisi Cüneyd ibn Əbdülrəhman Daşdaqaraca keçidindən keçərkən Suluk xanın ordusunun hücumuna məruz qalmışdı. Bu döyüşdə 40.000 nəfərdən ibarət ərəb ordusu qırğına məruz qalmış, onlardan təkcə 10.000 nəfər sağ qurtula bilmişdi. Bu döyüş də tarixə Keçid döyüşü olaraq keçmişdi.

737-ci ildə ərəb sərkərdəsi Əsəd ibn Abdullah Xuttal şəhərinə qarşı hücuma başladı. Şəhərin hakimləri eyni zamanda Türgişlərin yeni vassalları olan Xuttalanşahlar idi. Ərəblərin vassalları Çağaniyan hakimləri olan Çağanxudalar da bu barədə Türgişlərə qarşı mübarizə aparırdılar. Xuttala gələn Suluk özü ilə 50000 əsgər gətirmişdi. 30 sentyabr 737-ci ildə baş verən döyüşdə ərəblər daha bir məğlubiyyətə uğradılar, Çağanxuda öldürüldü. Buna baxmayaraq 738-ci ildəki Xaristan döyüşündə Əsədə məğlub olan Suluk öz xalqının gözündən düşdü. Elə həmin il də öz sərkərdəsi Külçör tərəfindən öldürüldü.

Ailəsi

Suluk xaqan üç dəfə evlənmişdir:

  • 717 - Aşina Xuaytaonun qızı Aşina Çhiaoho
  • 733 - Bilgə xaqanın qızı ilə evləndi
  • 734 - Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon

Oğulları:

  • Qut Çor xaqan(738-739)
  • Ton Apa Yabqu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Suluk xan haqqında məlumat. Suluk xan nədir? Suluk xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Taiti

  • Fevral 23, 2026

    Vəftiz

  • Fevral 27, 2026

    Flourovium

  • Fevral 27, 2026

    Yelizavetpol dairəsi

  • Fevral 27, 2026

    Mil düzü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst