Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakirə Məryəmin doğması  · İsanın çarmıxa çəkilməsi  · İsanın dirilməsi  · Pasxa  · İsa Xristianlıqda

Vəftiz

  • Ana Səhifə
  • Vikipediya
  • Vəftiz

Xristianlıq

İsa

Bakirə Məryəmin doğması  · İsanın çarmıxa çəkilməsi  · İsanın dirilməsi  · Pasxa  · İsa Xristianlıqda

Erkən Dövr

Həvari  · Kilsə  · İnanc  · İncil  · Allahın Padşahlığı  · Septuaginta  · Yeni Əhd

Bibliya
Əhdi-Ətiq  · Əhdi-Cədid  ·
Xristian kanonları  · Apokrif

Teologiya
Bağışlanma  · Vəftiz  · Xristologiya  · Ata  · Oğul  · Müqəddəs Ruh  ·
İnsan  · Xilas  · Esxatologiya  · Üç üqnum
Tarix və Ənənələr
Xronologiya  · Məryəm  · Pyotr  · Pavel  ·
Erkən  · I Konstantin  ·
Kilsə məclisi  ·
Xristianlıqda bölünmə  · Xaç yürüşləri  ·
Reformasiya
Məzhəblər və Hərəkatlar
Qərbi
Adventist · Anabaptist · Anglikan · Baptist · Kalvinizm · Evangelizm · Müqəddəslik · Luteran · Medotist · Qədim Kilsə · Protestant · Əllinci · Katolik kilsəsi
Şərqi

Pravoslav · Katolik kilsəsi · Şərqi Pravoslav · Konstantinopol Pravoslav Kilsəsi

Hərəkatlar

Yehova şahidləri · Sonuncu gün · Unitarianizm · Kristafel · Birlik pentekostalizmi


Əsas mövzular
Mədəniyyət  · Xristianlığın tənqidi  · Ekumenizm  · Ayin ili  · Liturgiya  · Musiqi  · Vəftiz  · Digər dinlər  · Dua  · Vəz  · Simvolizm

Xristianlıq

  • bax
  • müzakirə
  • redaktə

Vəftiz — (yunanca – βάπτισμα — "suya batırma") xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi.

Mündəricat

Vəftiz mərasiminin yaranması

Su qədimdən bir çox xalqlarda həyat və paklanma rəmzi olmuşdur. Yəhudilərin adəti üzrə, başqa bir millətdən yəhudiliyə dönən şəxs müqəddəs paklanma mərasimini yerinə yetirməli idi və həmin mərasim ibrani dilində "טבילה" (tvila), yunan dilində isə "βάπτισμα" (baptisma) adlanırdı. Qüdsdə bu mərasim üçün xüsusi bir hovuz var idi. Yəhudi olmayan bir şəxs "tvila" mərasimini yerinə yetirdikdən sonra yenidən doğulmuş sayılırdı. Bəzi yəhudi təriqətlərində (məs. Yesseylər təriqəti) gündəlik "müqəddəs yuyulma" yerinə yetirmək adəti var idi. Vəftizçi Yəhya İordan çayında xalqın tövbə etməsi və gələcək olan Məsihə hazırlanması üçün vəftiz edirdi. İnsanlar vəftiz olunduqları zaman öz günahlarını etiraf edirdilər.

Erkən kilsədə vəftiz

XV əsrə aid vəftiz prosesi.

Əhdi-Cədidə və digər qədim tarixi mənbələrə əsasən, vəftiz erkən xristian dinində zəruri bir şərt sayılırdı. Buna səbəb, İsa Məsihin Matta və Mark Müjdələrində yazılmış sözləridir:

"İsa şagirdlərinə dedi: "Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin. İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyən isə məhkum olacaq"

"İsa yaxınlaşıb onlara dedi: "Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm""

İsa Məsihin həvarisi Paul vəftiz mərasimində möminin İsa Məsihlə birləşərək suya girəndə ölməyini, sudan çıxanda isə dirilməyini görürdü:

"Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq"

Erkən xristianların I əsrin axırlarında vəftizi necə yerinə yetirdiklərindən daha konkret olaraq I–II əsrlərdə yazılmış "Didaxe" yaxud On İki həvarinin təlimi adlı əsərdən öyrənirik:

"Vəftizə gəlincə, belə vəftiz edin: bütün bunları (Məsihin Müjdəsini) öyrədəndən sonra axan suda Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz et. Əgər axan su yoxdursa, başqa cür suda; soyuq suda mümkün deyilsə, isti suda vəftiz et. Nə soyuq, nə də isti su hövzəsi yoxdursa, onda vəftiz olunan adamın başına üç dəfə Ata, Oğul və Müqəddəs Ruh adı ilə su tök. Mərasimdən əvvəl vəftiz edən də, olunan da və mümkünsə başqaları da oruc tutsunlar, vəftiz olunan adama isə bir-iki gün əvvəl oruc tutmağı tapşır"

Uşaqları vəftiz etmək adəti

Erkən kilsədə xristianlığı qəbul edənlərin əksəriyyəti bütpərəstlikdən xristianlığa dönən böyük yaşlı adamlar idi. Lakin II əsrdə yaşamış Tertullianın öz əsərlərində uşaqların vəftiz olunmasına qarşı etiraz etdiyindən bəlli olur ki, uşaqların vəftiz olunması II əsrə qədər olduqca yayılmış bir adət idi. Pravoslav və Katolik kilsələrində bu adət indiyə kimi saxlanmışdır. Reformasiya zamanı katolik kilsəsindən ayrılan protestant hərəkatı içərisində lüteran, reform və anqlikan kilsələri də uşaqları vəftiz etmək adətini qoruyub saxlamışlar. Lakin islahatçılardan çıxan anabaptistlər yalnız şüurlu şəkildə iman əqidəsini iqrar edən insanların vəftiz oluna biləcəklərini öyrədərdilər. Bu gün uşaqların vəftizini rədd edən çoxlu protestant məzhəbləri vardır: baptistlər, adventistlər, əllincilər və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəftiz haqqında məlumat. Vəftiz nədir? Vəftiz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Emin Sabitoğlu

  • Fevral 21, 2026

    Boşnaklar

  • Fevral 23, 2026

    Osmanlı əlifbası

  • Fevral 23, 2026

    Frakiya

  • Fevral 21, 2026

    Danimarka kronu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst