Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

III Yezdəgird (624, İstəhr – 652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdü

III Yezdəgird

  • Ana Səhifə
  • Vikipediya
  • III Yezdəgird

III Yezdəgird (624, İstəhr – 652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdüşt təqvimi onun hakimiyyətə gəldiyi ildən hesablanır.

III Yezdəgird
یزدگرد
III Yezdəgird
III Yezdəgird
Sasanilər imperiyasının şahənşahı
16 iyun 632 – 651
ƏvvəlkiIV Xosrov
Sonrakıimperiyanın süqutu
Şəxsi məlumatlar
Doğum tarixi 624
Doğum yeri Ktesifon
Vəfat tarixi 651 (26–27 yaşında)
Vəfat yeri Mərv
Fəaliyyəti hökmdar[d]
Atası Şəhriyar
Həyat yoldaşı Maynanh
Uşaqları
  • Şəhrəbanu
Ailəsi Sasani sülaləsi[d]
Dini Zərdüştlük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Hakimiyyətə gəlişi

Qarışıqlıqdan istifadə edilərək 632-ci ildə gənc yaşlarında hakimiyyətə gətirildi və hakimiyyətinin ilk illərində dövlət işləri ilə məşğul ola bilmədi. Dövləti onun adından yüksək rütbəli əyanlar idarə edirdilər. Onun hakimiyyətə gəldiyi vaxtlarda daxili münaqişələr, saray çəkişmələri, əyanların özbaşınalığı artmışdı. Həmin dövrdən başlayaraq ərəb hücumları kəskinləşmişdi.

Bizansla münasibətlər

Sasanilərin əzəli düşməni olan Bizansla münasibətləri qaydaya salmaq məqsədilə Bizans imperatoru Herakliusun oğlu Konstantinin qızı Maynanh ilə evləndi. Bu evlilikdə III Yezdəgirdin məqsədi ölkənin vəziyyətini yaxşılaşdırmaq və Bizansdan kömək almaq idi. Lakin bu tədbirlər imperiyanın süqutunun qarşısını ala bilmədi.

Ərəb basqını

Ərəblər 633-cü ildən başlayaraq Sasanilər ərazisinə hücumlar etməyə başladılar. Tərəflər arasında ilk döyüşlər Mesopatomiya ərazisində baş vermişdir. İlk döyüş Zincirlər müharibəsi olmuşdur. Sasanilər ilə Ərəblər arasında 633–634-cü illərdə baş verən 9 döyüşdə ərəb sərkərdəsi Xalid ibn Vəlid qələbə qazanmışdır.

İmperiyanın süqutu

Ərəblərlə Sasanilər arasında 636-cı ildə Qadsiyyə döyüşü baş verdi və bu döyüş həlledici döyüş oldu. Bu döyüşdə Cavanşirin başçılıq etdiyi alban ordusu da Sasanilərə kömək edirdi. Sayca qat-qat çox olan ərəblər farsları məğlub etdi, bu döyüşdən sonra imperiyanın süqutu sürətləndi. 637-ci ildə Ərəblər imperiyanın paytaxti Ktesifonu tutdular. III Yezdəgird Xorasana qaçdı. 642-ci ildə baş verən Nəhavənd və Həmədan (bəzən İsfahan kimi də qeyd edirlər) döyüşlərində də azsaylı fars dəstələri məğlub oldu. III Yezdəgird isə 651-ci ildə Mərvdə bir oğru tərəfindən öldürüldü.

Ailəsi

III Yezdəgirdin oğlu Firuz digər fars əyanları ilə birgə Xorasana qaçdı. Farslar orda Samanilər dövlətini qurdular. Firuz isə Çinə qaçdı. III Yezdəgirdin qızı Şəhrbanu şiələrin III imamı Hüseyn ibn Əli ilə evləndi və onun adı fars şiələri tərəfindən xüsusilə yad olunur. Tarixçilərin çoxu onu Sasani şahı III Yezdəgerdin qızı və şiələrin 4-cü imamı Əli ibn Hüseynin anası olaraq bilməkdədir. Lakin müasir dövr tədqiqatçılarının bu mövzuda şübhələri var.

Həmçinin bax

  • Azərbaycan Sasanilər dövründə
  • Qafqaz Albaniyası
  • Nəhavənd döyüşü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, III Yezdəgird haqqında məlumat. III Yezdəgird nədir? III Yezdəgird nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pənah Hüseynov

  • Fevral 27, 2026

    Quru

  • Fevral 27, 2026

    Adsorbsiya

  • Fevral 27, 2026

    Kidar imperiyası

  • Fevral 27, 2026

    Cervidae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst