Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Su təchizatı- əhali, sənaye müəssisələri, nəqliyyat və s-in lazımi keyfiyyətli su ilə təchiz edilməsi. Su təchizatı məsələlərini həyata keçirən mühəndis qurğula

Su təchizatı

  • Ana Səhifə
  • Vikipediya
  • Su təchizatı

Su təchizatı- əhali, sənaye müəssisələri, nəqliyyat və s-in lazımi keyfiyyətli su ilə təchiz edilməsi. Su təchizatı məsələlərini həyata keçirən mühəndis qurğuları kompleksinə də su təchizatı (və ya su kəməri) sistemi deyilir. Təsərrüfat içməli, yaxud kommunal (şəhər, qəsəbə, kənd) və texniki su təchizatına bölünür. Bundan əlavə, mərkəzləşdirilmiş (bütün su işlədicilərinin), qrup, yaxud rayon (iri rayonlarda bir neçə yaşayış məntəqəsinin) və yerli (ayrıca bir obyektin) su təchizatına ayrılır. Yaşayış yerlərindəki bütün müasir su təchizatı sistemləri mərkəzləşdirilmişdir.

Su maşını ilə təchizat- lüləkdən su toplanır
Su maşını ilə təchizat- lüləkdən su toplanır.

Mündəricat

Tarixi

Herne Bay muzeyində 1880-ci illərin nasos mühərriki modeli
Herne Bay muzeyində 1880-ci illərin nasos mühərriki modeli

Su təchizatının bir neçə minillik tarixi var. Hələ qədim Misirdə Yer altından su çıxarmaq üçün ən sadə suqaldırıcı mexanizmlərlə təchiz olunan çox dərin quyular tikilirdi; burada gil, taxta və hətta metal (mis, qurğuşun) borular işlədilirdi. Qədim Romada iri mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud idi, su kanallarını dərə və yarğandan keçirən akveduklar burada indi də qalmaqdadır. Qazıntılar nəticəsində Novqorodda XI əsrin sonu XII əsrin əvvəlinə aid taxta borulardan hazırlanmış su kəməri xətti olduğu aşkar edilmişdir. Bakıda, Lahıcda və s. də qədim su kəmrələrinin izləri tapılmışdır.

Müasir su kəmərləri, təyinatından asılı olaraq, kommunal və istehsalat (sənaye, yaxud kənd təsərrüfatı) kəmərlərinə bölünür. Ən iri su işlədiciləri metallurgiya, kimya, neft emalı sənayeləri, habelə İES-lərdir. Su təchizatı məqsədləri üçün səthi (çay, su anbarı, göl, dəniz) və yeraltı sulardan (qrunt və artezian suları, bulaq) istifadə edilir. İri şəhər və sənaye obyektlərinin su təchizatında başlıca olaraq səthi (şirin) sular işlədilir.

İstifadə olunan qurğular

Gənc qız komunal su təchizatı sistemindən təmiz su götürür, Kawempe, Uqanda.
Gənc qız komunal su təchizatı sistemindən təmiz su götürür, Kawempe, Uqanda.

Suyu təbii mənbələrdən götürmək, təmizləmək və aparmaq üçün aşağıdakı qurğular işlədilir:

  • Suqəbuledici qurğular (məsələn, çay, göl, dəniz suqəbulediciləri, yeraltı sular üçün su quyusu, kaptaj və s.);
  • Suyu təmizləyici qurğulara və işlədicilərə vermək üçün nasos stansiyaları;
  • Təmizləyici qurğular;
  • Təmiz su ehtiyatını saxlamaq üçün qurğular;
  • Suyu işlədicilərə vermək üçün su kəməri sistemi.

Həmçinin bax

  • Azərsu
  • Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
  • Su səviyyəsi (çay və göllərdə)

Xarici keçid

  • Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu
  • SU TƏCHİZATI VƏ MELİОRATİV HIDRОGEОLОGİYA

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Su təchizatı haqqında məlumat. Su təchizatı nədir? Su təchizatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mikroiqlim

  • Fevral 27, 2026

    Titan(III)xlorid

  • Fevral 27, 2026

    Nazim Mirişli

  • Fevral 27, 2026

    Mokşan dili

  • Fevral 27, 2026

    Georgiyevsk traktatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst