Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Studenitsa monastırı (serb. Манастир Студеница) ― Serbiyada 12-ci əsr aid Serb Pravoslav monastırı. Ən böyük və zəngin Serb Pravoslav monastırlarından biridir.

Studenitsa (monastır)

  • Ana Səhifə
  • Vikipediya
  • Studenitsa (monastır)

Studenitsa monastırı (serb. Манастир Студеница) ― Serbiyada 12-ci əsr aid Serb Pravoslav monastırı. Ən böyük və zəngin Serb Pravoslav monastırlarından biridir.

Studenitsa
Манастир Студеница
Ölkə
  •  Serbiya
Yerləşir Raşka dairəsi
Tikilmə tarixi XII əsr
Sahəsi
  • 1,16 ha
Rəsmi sayt manastirstudenica.rs
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Studenica Monastery
TipiMədəni
Kriteriyai, ii, iv, vi
Təyin edilib1986 (10-cu sessiya)
İstinad nöm.389
Ölkə Serbiya
43°29′12″ şm. e. 20°31′53″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monastır 1190-cı ildə orta əsr Serb dövlətinin qurucusu Stefan Nemanya tərəfindən tikdirilmişdir. Studenitsa monastırı ən çox Bizans üslubundakı 13 və 14-cü əsrlərə aid freska kolleksiyası ilə tanınır.

Studenitsa monastırı 1979-cu ildə "istisna əhəmiyyətli mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Mündəricat

Tarix

Müqəddəs Məryəmə həsr olunmuş Studenitsa monastırı bütün serb məbədlərinin ana-kilsəsidir. Tikili olduqca uzun müddət ərzində tikilmişdir. İşlərin birinci mərhələsi 1196-cı ilin yazında, Stefan Nemanya taxtdan imtina edərək monastırda əhd götürdükdən sonra başa çatdı. Ondan sonra hakimiyyətə gələn oğlu və xələfi Stefan Nemaniç da monastırın qayğısına qaldı. Nemanyanın ölümündən sonra onun nəşi oğulları tərəfindən monastıra gətirilərək burada bastırıldı. Studenitsa monastırı Müqəddəs Savanın dövründə orta əsrlər Serbiyasının siyasi, mədəni və mənəvi mərkəzi oldu.

Kral Milutin Kral kilsəsinin modeli ilə. Kral kilsəsindən freska

Studenitsa monastırı Nemaniçlər sülaləsinin üzvləri tərəfindən davamlı olaraq təmir edilirdi. Kral Radoslav 1235-ci ildə kilsəyə möhtəşəm bir narteks əlavə etdi. Kral Milutin isə burada müqəddəslər İoakim və Annaya həsr olunmuş kiçik, lakin sevimli bir kilsə tikdirdi.

1459-cu ildə orta əsr Serbiya dövlətlərinin sonuncusunun süqutundan sonra türklər tez-tez oanastıra hücum edirdilər. 17-ci əsrin əvvəllərində baş verən zəlzələ və yanğın monastıra əhəmiyyətli dərəcədə zərər verdi: tarixi sənədlər və bədii irsin əhəmiyyətli bir hissəsi məhv oldu və əbədi itdi.

Memarlıq

Monastıra daxil olan kilsə qübbəli, tək nefli bazilikadır. Tikilinin şərq küncündə üç tərəfli apsis, qərbində isə genişləndirilmiş narteks yerləşir. Geniş narteks 1230-cu illərdə əlavə edilmişdir. Fasadlar ağ mərmər plitələrlə, içəridəki kilsə isə tuf blokları ilə bəzədilmişdir. Kilsənin xarici interyeri Roman və Bizans kimi iki fərqli memarlıq üslubunu ahəngdar bir şəkildə birləşdirir. Bu iki üslubun qarışığı nəticəsində Raşka məktəbi adlanan xüsusi memarlıq üslubu meydana çıxmışdır.

Əsas kilsənin şimal-qərbində qurucusu kral Milut ilə bağlı olaraq Kral Kilsəsi olaraq da bilinən Müqəddəslər İoakim və Annaya həsr olunmuş kilsə var. Kilsə 1314-cü ildə səkkizguşəli günbəz ilə örtülmüş xaç şəklində inşa edilmişdir.

Qalereya

  • Studenitsa monastır kompleksinin xəritəsi
    Studenitsa monastır kompleksinin xəritəsi
  • Monastır hecrələri.
    Monastır hecrələri.
  • Kilsələrin bəzəklərinin detalı.
    Kilsələrin bəzəklərinin detalı.
  • Bakirə Kilsəsi
    Bakirə Kilsəsi
  • Kral Kilsəsi
    Kral Kilsəsi
  • "Ən Müqəddəs Thotokosların məbədə girişi". Kral kilsəsindən freska, Studenitsa, 1314.
    "Ən Müqəddəs Thotokosların məbədə girişi". Kral kilsəsindən freska, Studenitsa, 1314.
  • Monastırın girişi
    Monastırın girişi
  • Manastır ərazisindəki daş qüllə
    Manastır ərazisindəki daş qüllə

Həmçinin bax

  • Jiça
  • Mileşeva
  • Qraçanitsa

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, studenitsa (monastır) sözünün mənası, studenitsa (monastır) haqqında məlumat. studenitsa (monastır) nədir? studenitsa (monastır) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yer oxu

  • Mart 02, 2026

    Salvia appendiculata

  • Mart 06, 2026

    Rüstəm Mustafayev

  • Fevral 28, 2026

    Təkə yarımadası

  • Fevral 10, 2026

    Babur

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst