Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roman memarlığı — Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti adı.

Roman memarlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Roman memarlığı

Roman memarlığı — Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti adı.

Tarixi

Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti olaraq Roman incəsənəti deyilir. Bu dövrdə Avropada memarlıq sənəti insanlara gərəkli baxımdan mühüm əhəmiyyət kəsb etdiyindən təsviri sənət növləri də Roman üslubunda tikilmiş abidələrlə əlaqədar yaranıb və inkişaf edirdi. XI-XII əsrlərdə tikilən kilsələrdə Katolik kilsəsinin tələblərinə cavab verən boyakarlıq, heykəltaraşlıq və s. sənətlərdən geniş istifadə olunurdu. Roman kilsələrinin memarlıq nümunələri kimi həm zahiri görünüşü, həm də daxili quruluşu və bəzəyinə görə asanlıqla tanımaq mümkündür. Kilsənin fasad tərəfindən yanlarından adətən, müdafiə qüllərinə bənzər dairəvi qüllələr tikilirdi. Roman kilsələri bayır tərəfdən çox möhkəm, ağır və bir qədər də kobud görünür. Qapı pəncərələr kiçik olduğundan kilsənin içərisi çox zaman qaranlıq olur. Roman kilsəsi içəridən porlar hissəsi ilə bölünür. Əsasən, Fransada nailiyyətlər qazanmış Roman memarlığı nümunələrində müxtəlif şəhərlərdə tikilmiş kilsələri qeyd etmək olar. İtalıyanın fəxri sayılan Piza şəhərindəki XI əsrə aid olan "Yıxılan qüllə" və bir sıra başqaları Roman memarlığının yadigarıdır. Onlar adətən, möhkəm qala divarları ilə əhatə olunurdu. XII əsrin axırlarına XV əsrin sonuna qədər Qərbi Avropa ölkələrində memarlıq və incəsənət Qotik üslubda yaradılırdı. Bu üslub Orta əsrlər Avropa incəsənətinin ən son mərhələsidir. Qotik kilsələr – səciyyəvi cəhətdən şaqüli şəkildə uzanması, ucalması, boyakarlıq memarlığın heykəltaraşlığın ayrılmaz vəhdətidir. Belə bir yeniliyi də qeyd etmək lazımdır ki, kilsənin inşasında karkas tətbiq olunur və beləliklə, Roman tikililərinə xas ağırlıq azalır. Divarlar yonulmuş daşlardan deyil, kərpicdən kəsilir. Daxili məkan böyük binanın içərisi genişlənir, binanın içərisi böyüyür. Roman kilsələrindən fərqli olaraq, Qotik kilsələrdə pəncərələr qoyulur və onlar vitraj texnikası ilə bəzədilirdi. Nəticədə, Qotik kilsələrində heykəl və barelyef növlərindən daha çox istifadə edilirdi. Bu zaman Roman üslubuna xas hərəkətsiz, sütuna bənzər heykəllər canlı və realist səpkidə yaranmış heykəllərlə bəzədilirdi. Erkən Qotika dövründə Parisdə "Noterdam" kilsəsi, "Reyms qotik" sənətin son mərhələsində tikilmişdir. Bu növ kilsələrin pəncərə çərçivələrdə alovun dillərinə bənzər saysız-hesabsız naxışlar qoyulur. Bu naxışlara "Alovlanan Qotika" sənəti deyirlər. XV əsrin sonunda qotika üslubu tədricən aradan çıxır və sənət aləmində yeni mərhələlər başlayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Roman memarlığı haqqında məlumat. Roman memarlığı nədir? Roman memarlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Feyenoord FK

  • Fevral 27, 2026

    Xırmandalı tayfası

  • Fevral 27, 2026

    Qoboy

  • Fevral 27, 2026

    Sarı jurnalistika

  • Fevral 27, 2026

    Fatmayı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst