Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Stefan Nemanya (təq. 1113 və ya 1114 – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi.

Stefan Nemanya

  • Ana Səhifə
  • Vikipediya
  • Stefan Nemanya

I Stefan Nemanya (təq. 1113 və ya 1114 – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi.

Stefan Nemanya
Studenitsa monastırının Allahın anası kilsəsində freska. 1568. Böyük jupan çar tacı ilə təsvir olunub, amma əynindəki rahib paltarıdır. O, əlində tikdiyi məbəd modelini tutub.
Studenitsa monastırının Allahın anası kilsəsində freska. 1568. Böyük jupan çar tacı ilə təsvir olunub, amma əynindəki rahib paltarıdır. O, əlində tikdiyi məbəd modelini tutub.
Raşkanın böyük jupanı
1168 – 1196
ƏvvəlkiTixomir Zavidoviç
SonrakıStefan Prvovençani
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1113(1113) və ya 1114(1114)
Vəfat tarixi 13 fevral 1199(1199-02-13) (84–86 yaşında)
Dəfn yeri
  • Studenitsa (monastır)
Fəaliyyəti rəhbər, hərbi lider[d]
Atası Zavida
Anası Anna Nemaniç
Uşaqları
  • Vukan Nemaniç,
  • Stefan Nemaniç
Ailəsi Nemaniçlər
Dini ortodoks xristianlıq və Serb Pravoslav Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi.

Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi.

1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.

Serb Pravoslav Kilsəsi tərəfindən müqəddəs Simeon Mirotoçivı adı verildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, stefan nemanya sözünün mənası, stefan nemanya haqqında məlumat. stefan nemanya nədir? stefan nemanya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Yurdçu

  • Fevral 25, 2026

    Cladotheria

  • Fevral 27, 2026

    Qıpçaq bələdiyyəsi

  • Fevral 27, 2026

    Neft məhsulları

  • Mart 01, 2026

    Gavialoidea

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst