Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulla Səlim oğlu Bayramov (1912, Ağamalıoğlu, Yelizavetpol qəzası – may 1977, Bakı) — Azərbaycan geoloqu və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri

Abdulla Bayramov

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla Bayramov

Abdulla Səlim oğlu Bayramov (1912, Ağamalıoğlu, Yelizavetpol qəzası – may 1977, Bakı) — Azərbaycan geoloqu və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1955–1958), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1956–1960), Azərbaycan SSR mədəniyyət naziri (1960–1963), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri (1963–1965) və Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi (1965–1974).

Abdulla Bayramov
Azərbaycan SSR Ali Sovetinin sədri
25 mart 1955 – 23 yanvar 1958
ƏvvəlkiMustafa Topçubaşov
SonrakıMirzə İbrahimov
Azərbaycan SSR mədəniyyət naziri
15 mart 1960 – 22 oktyabr 1963
ƏvvəlkiMəmməd Qurbanov
SonrakıMəmməd Qurbanov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
28 yanvar 1956 – 16 fevral 1960
Birinci katibİmam Mustafayev
Vəli Axundov
Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi
30 noyabr 1965 – 5 aprel 1974
SonrakıƏkrəm Şəkinski
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri
22 oktyabr 1963 – 30 noyabr 1965
Əvvəlkikomitə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1912(1912)
Doğum yeri
  • Ağamalıoğlu, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi may 1977(1977-05) (64–65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1939–1977)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (1933–1938)
Həyat yoldaşı
  • Tahirə Tahirova
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • mayor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri namizədi

Təltifləri "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı və fəaliyyəti

Abdulla Səlim oğlu Bayramov 1912-ci ildə hazırkı Goranboy rayonunun Düzqışlaq kəndində yoxsul ailədə anadan olmuşdur. Səkkiz yaşında olarkən atası vəfat etmiş, anasının himayəsində böyümüşdür. İkisinifli kənd məktəbini bitirdikdən sonra o, Gəncəyə gələrək burada təhsilini məktəbdə davam etdirmiş, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuşdur. Təhsilini bitirdikdən sonra o, Goranboy rayonuna gedərək burada yeddiillik məktəbin müəllimi, məktəb direktoru, RXMŞ-nın təlimatçı-metodisti işləmişdir.

1933-cü ildə Abdulla Bayramov Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1929-cu ildən komsomol sıralarına qoşulan Abdulla Bayramov institutda təhsil aldığı illərdə komsomol komitəsi katibinin müavini seçilmişdir. İnstitutu bitirdikdən az sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. Böyük Vətən müharibəsi illərində Abdulla Bayramov Sovet Ordusu sıralarında əlahiddə zenit-topçu diviziyasının partiya bürosunun katibi, polk komandirinin siyasi hissə üzrə müavini, diviziya siyasi şöbəsi rəisinin müavini olmuşdur. O, Krım və Şimali Qafqaz cəbhələrində döyüşlərdə iştiraş etmişdir. 1946-cı ildə ehtiyata buraxıldıqdan sonra o, öz ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi olmuşdur. 4 il sonra, 1950-ci ildə isə bu institutunun direktoru təyin edilmişdir. Elə həmin il o, namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmi dərəcəsini almışdır.

1954-cü ildən Abdulla Bayramov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət şöbəsinin müdiri işləmiş, 1956-cı ildə isə Mərkəzi Komitənin katibi seçilmişdir. 1960-1963-cü ildə Azərbaycan SSR mədəniyyət naziri, 1963-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri işləmişdir. 1965-ci ildən 1974-cü ildə təqaüdə çıxanadək o, Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi olmuşdur.

Abdulla Bayramov 1939-cu ildən isə Kommunist Partiyası üzvlüyünə daxil olmuş, 1956–1960-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü olmuşdur.

Abdulla Bayramov 1977-ci ilin may ayında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla Bayramov haqqında məlumat. Abdulla Bayramov nədir? Abdulla Bayramov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Təxəllüs

  • Fevral 27, 2026

    Femistokl

  • Fevral 27, 2026

    Fliqeli burnu

  • Fevral 27, 2026

    Bilal

  • Fevral 27, 2026

    Səlcuqilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst