Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Siyasətnamə" və ya digər adı ilə "Siyərül-mülük" — XI əsrdə yaşamış məşhur Səlcuqlu dövlət xadimi və baş vəziri Nizamülmülk tərəfindən yazılmış əsər.

Siyasətnamə

  • Ana Səhifə
  • Vikipediya
  • Siyasətnamə

"Siyasətnamə" və ya digər adı ilə "Siyərül-mülük" — XI əsrdə yaşamış məşhur Səlcuqlu dövlət xadimi və baş vəziri Nizamülmülk tərəfindən yazılmış əsər.

Siyasətnamə
fars. سیاست نامہ‎
Müəllif Nizamülmülk
Orijinalın dili fars dili
Orijinalın nəşr ili 1092

Bu əsər, dövlət idarəçiliyi, siyasi və ictimai məsələlərə dair nəzəriyyələri özündə ehtiva edən didaktik-siyasi bir kitabdır. Nizamülmülk bu əsəri Səlcuq Sultanı Məlikşaha həsr etmişdir. Əsər dövlətin idarə olunması ilə bağlı nəsihət və tövsiyələrdən ibarətdir.

"Siyasətnamə" də əsasən dövlət idarəçiliyi, ədalət, qanunların tətbiqi, məmurların və hökmdarların məsuliyyətləri, ordu və məhkəmə sistemi kimi mövzulara toxunur. Əsərdə hökmdarın ədalətli olması, xalqın rifahını düşünməsi və dövlətin güclü olması üçün nələrə diqqət etməli olduğu geniş şəkildə izah edilir.

Mündəricat

Əsərin əsas mövzuları

1. Ədalətli idarəçilik: Hökmdarların və dövlət məmurlarının xalqa qarşı ədalətli davranmasının vacibliyi vurğulanır. Ədalətli idarəçilik dövlətin davamlılığını və xalqın məmnuniyyətini təmin edir.

2. Dövlət qulluqçuları və məmurlar: Nizamülmülk dövlət qulluqçularının dürüst, bacarıqlı və sadiq olmasının əhəmiyyətini bildirir. O, məmurların rüşvətxorluqdan və xalqı əziyyətə salmaqdan uzaq durmalı olduqlarını qeyd edir.

3. Daxili və xarici təhlükəsizlik: Ordunun güclü olmasının və düşmənlərə qarşı mübarizənin əhəmiyyəti haqqında danışır. Eyni zamanda daxili sabitliyin və təhlükəsizliyin qorunmasının zəruriliyini vurğulayır.

4. Dövlət başçısının vəzifələri: Hökmdarın təvazökar, ədalətli, xalqı ilə yaxın və onların rifahını düşünən bir şəxsiyyət olmalıdır. Habelə hökmdarın güclü bir lider olmasının vacibliyi izah edilir.

"Siyasətnamə" həm siyasi, həm də əxlaqi prinsipləri birləşdirir və dövlət məmurları üçün stolüstü bir kitab kimi dəyərləndirilir. Nizamülmülk bu əsərində İslamın ədalət və mənəviyyat prinsiplərinə uyğun idarəetmə qaydalarını əks etdirmişdir. Əsər əsrlər boyu dövlət idarəçiliyi sahəsində əhəmiyyətli bir mənbə kimi qəbul edilmişdir.

Tərcüməsi

Əsər azərbaycanlı şərqşünas alim, professor Rəhim Sultanov tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilmişdir. İlk dəfə 1987-ci ildə çap edilib. 2008-ci ildə “Çıraq” nəşriyyatında təkrar nəşr edilib.

Həmçinin bax

  • Qutadqu-bilik
  • Tutinamə
  • Kəlilə və Dimnə
  • Qabusnamə
  • Sirlər xəzinəsi
  • Gülüstan (kitab)
  • Lisanüt-teyr
  • Bustan
  • Məntiqüt-teyr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Siyasətnamə haqqında məlumat. Siyasətnamə nədir? Siyasətnamə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Sekulyarizm

  • Fevral 19, 2026

    Element

  • Fevral 27, 2026

    Pali

  • Fevral 27, 2026

    Süvari

  • Fevral 27, 2026

    Lepidokrokit

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst