Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Tutinamə" Şərq abidəsi hesab olunur. Əsər 52 dastan-rəvayət ilk dəfə qədim hind dilində yaranmış yazılı və şifahi mənbələr əsasında XIV əsrdə fars dilinə tərcü

Tutinamə

  • Ana Səhifə
  • Vikipediya
  • Tutinamə

"Tutinamə" — Ziyaəddin Nəxşəbinin 1330-cu ildə qələmə aldığı əsər.

"Tutinamə"nin bir səhifəsi

"Tutinamə" Şərq abidəsi hesab olunur. Əsər 52 dastan-rəvayət ilk dəfə qədim hind dilində yaranmış yazılı və şifahi mənbələr əsasında XIV əsrdə fars dilinə tərcümə edilmiş və sonradan müxtəlif variantlarda işlənərək dünya xalqlarının çoxunun dilinə çevrilmişdir.

Əsər qədim Şərqin adət və ənənələri etik qayda-qanunları haqqında maraqlı məlumat verməklə yanaşı, oxucunu həm əyləndirir, həm də düşündürür.

Mündəricat

Məzmun

"Tutinamə" (fars dilində "Tuti Namə", yəni "Tutuquşu kitabı") qədim dövrlərin məşhur ədəbiyyat nümunələrindən biridir və əsasən, öyüd-nəsihət xarakterli hekayələr toplusu kimi tanınır. Əsər XIV əsrdə fars ədəbiyyatında yaranmış, daha sonra müxtəlif dillərə, o cümlədən türk dilinə tərcümə edilmişdir.

"Tutinamə"nin məzmunu əsasən bir tutuquşunun (tuti) danışdığı maraqlı hekayələrdən ibarətdir. Əsərdə əsas hekayə bir gənc ticarətçinin səfərə getməsi və bu müddətdə onun arvadının evdə qalması ilə başlayır. Ticarətçi arvadını bir tutuquşu ilə baş-başa buraxır. Qadın ərinə xəyanət etmək istəyəndə, tutuquşu hər gecə ona bir hekayə danışaraq, səhərə qədər onu fikrindən yayındırır. Nəticədə, qadın səhvə yol vermir və əri geri dönür.

Hekayələr əxlaqi, mənəvi dəyərləri və həyat dərslərini çatdırmaq məqsədi daşıyır. Tutuquşunun danışdığı hekayələr vasitəsilə insanlar doğru yolda qalmağın, sadiqliyin, ağıllı və ehtiyatlı olmağın əhəmiyyətini öyrənirlər. Bu hekayələrdə sevgi, dostluq, doğruluq, mərhəmət, hiyləgərlik və s. kimi mövzular əks olunur.

"Tutinamə" oxşar quruluşa malik başqa klassik əsərlər kimi dünyanın müxtəlif ədəbiyyatlarına təsir göstərmişdir və hekayəçilik sənətinin inkişafında mühüm rol oynamışdır.

Təsiri

Azərbaycan yazıçısı Möhsün Nəsirinin Azərbaycanca yazdığı "Lisanüt-teyr" əsəri məzmunca Ziyaəddin Nəxşəbinin "Tutinamə" əsərilə, demək olar, eynidir.

Həmçinin bax

  • Vikianbar Vikianbarda Tutinamə ilə əlaqəli mediafayllar var.
  • Qutadqu-bilik
  • Siyasətnamə
  • Kəlilə və Dimnə
  • Qabusnamə
  • Sirlər xəzinəsi
  • Gülüstan (kitab)
  • Lisanüt-teyr
  • Bustan
  • Məntiqüt-teyr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tutinamə haqqında məlumat. Tutinamə nədir? Tutinamə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Həsənabad (Neftçala)

  • Mart 01, 2026

    İnformasiya bərabərsizliyi

  • Fevral 27, 2026

    İmam Əsgəri

  • Fevral 27, 2026

    Gülşən (balet)

  • Fevral 27, 2026

    Azərbaycan milliyətçiliyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst