Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məntiqüt-teyr (fars. منطق‌الطیر‎; azərb. "Quşların nitqi"‎) — fars şairi Fəridəddin Əttar tərəfindən XII əsrdə yazılmış məşhur sufi poeması.

Məntiqüt-teyr

  • Ana Səhifə
  • Vikipediya
  • Məntiqüt-teyr

Məntiqüt-teyr (fars. منطق‌الطیر‎; azərb. "Quşların nitqi"‎) — fars şairi Fəridəddin Əttar tərəfindən XII əsrdə yazılmış məşhur sufi poeması.

Məntiqüt-teyr
fars. منطق‌الطیر‎
Müəllif Fəridəddin Əttar
Orijinalın dili fars dili
Orijinalın nəşr ili 1177

Mündəricat

Əsər

Bu əsər sufi fəlsəfəsinin əsas prinsiplərini ədəbi dildə ifadə edən və insanın mənəvi yolçuluğunu simvolik şəkildə təqdim edən ən mühüm ədəbi əsərlərdən biridir. Əsərin adı metaforik mənada quşların söhbətini dinləmək, yəni ruhun və mənəviyyatın dilini anlamaq deməkdir.

"Məntiqüt-Teyr"də quşlar insan ruhunun müxtəlif hallarını və mənəvi inkişaf yolunu təmsil edir. Əsərin əsas mövzusu, müxtəlif quşların öz padşahları olan Simurq quşunu tapmaq üçün etdikləri uzun və çətin səyahətdir. Simurq burada haqqın və həqiqətin simvolu kimi göstərilir.

Əsərdəki quşlar dünya həyatının müxtəlif xarakterləri ilə müqayisə edilir. Quşlar səyahət əsnasında müxtəlif mərhələlərdən keçirlər və hər biri öz mənəvi zəifliyini etiraf edir. Onlar mənəvi kamilliyə çatmaq üçün çətinliklərlə qarşılaşırlar. Bu mərhələlər sufi yolunda olan insanın keçməli olduğu mənəvi inkişaf proseslərini təmsil edir.

Quşlar Simurq quşunu tapmaq üçün yeddi vadidən keçməli olurlar:

1. Tələb vadisi – Arzular və məqsədlər uğrunda səy.

2. Eşq vadisi – Eşq və sevgiyə qovuşmaq üçün hər şeydən keçmək.

3. Mərifət vadisi – Allaha dair biliyin dərk edilməsi.

4. İstiğna vadisi – Öz mənliyindən və hər şeydən imtina etmək.

5. Tövhid vadisi – Allah ilə birlik, vahidlik.

6. Heyrət vadisi – Allahın ucalığı qarşısında heyrətə düşmək.

7. Fəna vadisi – Mənliyin yox olması və Allahla birləşmə.

Səyahətin sonunda yalnız otuz quş Simurqa çatır və nəticədə anlayırlar ki, axtardıqları Simurq elə özləridir. Yəni Simurq onların birliyini və mənəvi axtarışlarının son nöqtəsini simvolizə edir. Bu, sufizmin ən dərin prinsiplərindən biri olan "Haqqın insanda olması" ideyasını ifadə edir.

"Məntiqüt-Teyr" əsəri sufi düşüncəsinin ən önəmli ədəbi ifadələrindən biridir və insanın Allaha çatmaq üçün keçməli olduğu mənəvi inkişaf mərhələlərini simvolik şəkildə çatdırır. Fəridəddin Əttar bu əsərində insanın ruhsal səyahətini, nəfsini təmizləmə və həqiqi biliklə aydınlanma prosesini çox zəngin bir ədəbi dillə təsvir etmişdir.

Təsiri

Özbək şairi Əlişir Nəvai bu məsnəvidən təsirlənərək "Lisanüt-teyr" əsərini yazıb.

Həmçinin bax

  • Tutinamə
  • Qutadqu-bilik
  • Siyasətnamə
  • Kəlilə və Dimnə
  • Qabusnamə
  • Sirlər xəzinəsi
  • Gülüstan (kitab)
  • Lisanüt-teyr
  • Bustan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məntiqüt-teyr haqqında məlumat. Məntiqüt-teyr nədir? Məntiqüt-teyr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mehdi Hüseyn

  • Fevral 24, 2026

    III Salmanasar

  • Fevral 27, 2026

    Kapella

  • Fevral 28, 2026

    Amyen sülhü

  • Fevral 27, 2026

    Çində islam

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst