Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsənqaya — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-c

Həsənqaya (Tərtər)

  • Ana Səhifə
  • Vikipediya
  • Həsənqaya (Tərtər)

Həsənqaya — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.

Həsənqaya
40°19′31″ şm. e. 46°50′52″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Həsənqaya xəritədə
Həsənqaya
Həsənqaya

Mündəricat

Toponimikası

Kəndin keçmiş adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır.

Tarixi

Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib.

2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb. Məlumata görə döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri artilleriyadan istifadə edib.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin İcra nümayəndəsi Ağdərə rayonu, Umudlu kənd sakini İlqar Qasımovdur. İşlədiyi dövrdə kəndin abadlaşdırılması üçün heç bir səyi əsirgəməmişdir. Əraziyə bütün təşkilatları cəlb edərək, orada yaşayış üçün bütün imkanların yaradılması ən prioritet vəzifə prinsipidir.

Əhalisi

Kənddə işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar məskunlaşıb. Burada əsasən Kəlbəcər və Laçın rayonundan olan qaçqınlar məskunlaşıb. Təxminən 20 ailə evini burada qismən düzəldə bilib və kənddə yaşayış davam edir.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

Beynəlxalq Qızıl Xaç Komitəsi kəndi içməli su ilə təchiz edib.

Təhsil

2009-cu ildə tam şəkildə təmir edilən kənd məktəbində 5 şagird rahat şəkildə təhsil ala bilir. Kənddə uşaq bağçası mövcud deyil.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcud deyil.

Həmçinin bax

  • Həsənqaya əməliyyatı
  • 2008 Ağdərə toqquşması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həsənqaya (tərtər) sözünün mənası, həsənqaya (tərtər) haqqında məlumat. həsənqaya (tərtər) nədir? həsənqaya (tərtər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sloven toları

  • Fevral 24, 2026

    Arazboyu əməliyyatlar

  • Fevral 28, 2026

    Arseni Yatsenyuk

  • Fevral 24, 2026

    Assembler

  • Fevral 27, 2026

    Zvinitsa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst