Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Q

Severus Sneyp

  • Ana Səhifə
  • Vikipediya
  • Severus Sneyp

Severus Sneyp (9 yanvar 1960 – 2 may 1998) — Harri Potter romanlar seriyasının qəhrəmanı.

Severus Sneyp
ing. Severus Snape
Harri Potter obrazı
Alan Rikman tərəfindən Harri Potter filmlərində
canlandırılmış Severus Sneyp obrazı
Yaradan Coan Roulinq
Canlandıran Alan Rikman
Məlumat
Ləqəb(lər)i Snivellus, Slytherus
Təxəllüslər Yarımqan prins
Cinsi kişi
Peşə müəllim
Milliyyəti ingilis

Mündəricat

Romanlarda

Harri Potter və Fəlsəfə Daşı

Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir. Sneyp özü də "Simurq Ordeni" romanında bunu təsdiqləyir. Sneyp qəddar və tərs müəllimdir, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır. Əsərin sonuna kimi oxucu Sneypin əsas antoqonist obraz olduğunu düşünür. Çünki Harri və dostları əvvəlcə Sneypin Fəlsəfə Daşını oğurlamaq istədiyini düşünürlər. Daha sonra isə Harri Sneypin Lord Voldemorta işlədiyini düşünür. Həmçinin uşaqlar Qviddiç oyunu zamanı Sneypin Harrini öldürməyə cəhd etdiyini fikirləşirlər. Lakin sonda məlum olur ki, Harrinin atası Ceyms Sneypin həyatını xilas etdiyinə görə, Sneyp də onun oğlunu qorumağa çalışırmış.

Harri Potter və Sirlər Otağı

İkinci romanda Professor Sneyp obrazı kiçik rola malikdir. O, Gilderoy Lokhartın yaratdığı duel klubunda kömək edir, lakin əsas süjetdə iştirak etmir. Sneypin Ekspelliarmus sehrindən istifadə etdiyini görən Harri də bu sehri öyrənir ki, bu da sonrakı romanlarda mühüm rol oynayır.

Harri Potter və Azkaban Məhbusu

"Harri Potter və Azkaban Məhbusu" romanında yeni gəlmiş Qara qüvvələrdən müdafiə müəllimi Remus Lupinin istifadə etməsi üçün Canavar iksiri hazırlayan Sneyp bu sahədə ustad olduğunu göstərir. Bütün roman boyunca Sneyp Lupinin Siriusa Hoqvartsa girmək üçün kömək etdiyindən şübhələnir; Sirius Potterlər ailəsinin gizləndiyi yeri Lord Voldemorta deməklə onların ölümünə səbəb olmaqda günahlandırılırdı. Siriusun şübhələrinin əsasında hələ Hoqvartsda tələbə olduqları vaxt Siriusun Lupin və Harrinin atası Ceyms Potterlə dostluq etməsi dayanırdı. Romanın kuliminasiyasında Sneyp Siriusu tutmağa çalışsa da, Harrinin köməyi ilə Sirius qaça bilir. Sneyp bu hadisə haqqında Dambldora məlumat verir, Harri və Lupinin cəzalandırılmadığını gördükdə isə, Lupinin canavar adam olduğunu açıqlayaraq onun vəzifəsindən istefa verməsinə səbəb olur.

Azkaban Məhbusunda Sneyp və Harrinin atası Ceyms Potterin münasibətləri haqqında detallar açıqlanır. Bir dəfə məktəbdə uşaqlar Sneypi aldadaraq Lupinin canavar adama çevrildiyi yerə göndərsələr də, Ceyms təhlükəni başa düşərək Sneypi dayandırı və onun həyatını xilas edir; birinci romanın sonunda Dambldor məhz bu hadisəyə istinad edirdi. Lakin, Sneyp Ceymsin bu hərəkətinin özünümdafiədən qaynaqlanan bir addım olduğuna inanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Severus Sneyp haqqında məlumat. Severus Sneyp nədir? Severus Sneyp nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çöküntülər (geologiya)

  • Fevral 27, 2026

    Selsus

  • Fevral 26, 2026

    Kizlyar

  • Fevral 27, 2026

    Kəvər

  • Fevral 27, 2026

    Saqa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst