Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[…], Akton[d] – 14 yanvar 2016[…], London) - teatr tamaşaları və filmlərdə daha çox an

Alan Rikman

  • Ana Səhifə
  • Vikipediya
  • Alan Rikman

Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[…], Akton[d] – 14 yanvar 2016[…], London) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir.

Alan Rikman
ing. Alan Rickman
Alan Rikman 2011-ci ilin noyabrında Con Qolden Teatrında seminardan sonra
Alan Rikman 2011-ci ilin noyabrında Con Qolden Teatrında seminardan sonra
Doğum adı Alan Sidni Patrik Rikman
Doğum tarixi 21 fevral 1946
Doğum yeri London, Birləşmiş Krallıq
Vəfat tarixi 14 yanvar 2016 (69 yaşında)
Vəfat yeri London, Birləşmiş Krallıq
Vəfat səbəbi Xərçəng xəstəliyi
Milliyyəti ingilis
Vətəndaşlığı  Böyük Britaniya
Həyat yoldaşı Rima Horton (2012-2016)
Fəaliyyəti aktyor, rejissor, film prodüseri, ssenari müəllifi
Fəaliyyət illəri 1964-2016
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (1972–1974)
İstiqamət dram, fantaziya, macəra, komediya
Tanınma səbəbi Severus Sneyp
Mükafatları "Qızıl Qlobus Mükafatı" (1997)
"Emmi mükafatı" (1996)
BAFTA (1992)
IMDb ID0000614
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır.

1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır.

Aktyor Tom Byörkun xaç atasıdır. Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.

Mündəricat

Həyatı

Erkən dövr və təhsili

Rikman Akton, Londonda işçi ailəsində dünyaya gəlmişdir. Evdar xanım olmuş Marqaret Dorin Rouz (Barlett) və fabrika işçisi olmuş Bernard Rikmanın övladıdır. Onun nəsil şəcərəsində ingilis, irland və uelslilər daxil olmuş, atası katolik, anası isə metodist olmuşdur. Onun Devid adlı özündən böyük (doğ.1944) qardaşı qrafik dizayner, Maykl adlı kiçik qardaşı (doğ. 1947) tennis hakimidir. Şeyla (doğ. 1950) adlı kiçik bacısı da vardır. Alan Aktondakı Deruonuoter İbtidai Məktəbində təhsilə başlamış, daha sonra isə təhsilini montessori metodu ilə davam etdirmişdir.

Rikmanın səkkiz yaşı olduqda atası vəfat etmiş və anası onları tək böyütməli olmuşdur. Bir müddət sonra anası yenidən evlənsə də, üç il sonra boşanmışdır. Rikman sonradan anasını xatırlayaraq qeyd edirdi ki, “Onun həyatında yalnız bir sevgi olmuşdur.” Rikman kalliqrafiya və akvarel istedadı ilə fərqlənmişdir. Rikman Deruonuoter Kiçik Məktəbinə daxil olmuş, daha sonra təhsilini Latimer Yuxarı Məktəbində davam etdirmişdir. Burada o, dram ilə maraqlanmağa başlamışdır. Latimer məktəbini bitirdikdən sonra Alan təhsilini Çelsi Sənət Kollecində, daha sonra isə Kral Sənət Kollecində davam etdirmişdir. Bu təhsil Alana “Nottinq Hill Herald” üçün qrafik dizayner fəaliyyətinə başlamağa kömək etmiş və Rikman bu işi aktyorluqdan daha sabit iş hesab etmişdir. “18 yaşlı gənc üçün dram məktəbi ağıllı seçim deyildi.”

Təhsilini başa vurduqdan sonra, Rikman bir neçə dostu ilə birlikdə “Graphiti” adlı qrafik dizayn studiyası açır, lakin, üç illik uğurlu fəaliyyətdən sonra, Rikman, nəhayət ki, peşəkar aktyorluqla məşğul olmaq qərarına gəlir. O, Kral Dram Sənəti Akademiyasına (RADA) müraciət edir və 1972-1974-cü illərdə burada təhsil alır. Şekspiri öyrəndiyi müddətdə Rikman Ser Naycel Hotorn və Ser Ralf Riçardson üçün geyim hazırlayan (səhnə dərzisi) işləyir.

Şəxsi həyatı

1965-ci ildə 19 yaşlı Alan 18 yaşlı Rima Hortonla tanış olur və bu gənc xanım, Rikmanın ilk qız dostu olur. Sonradan Rima Horton Kensinqton və Çelsi London Boro Şurasının Leyboristlər Partiyasının müşaviri (1986-2006) olur, həmçinin Kensinqton Universitetində iqtisadiyyatla bağlı mühazirələr oxuyur. 2015-ci ildə Rikman onların 2012-ci ildə Nyu-Yorkda gizli mərasimlə evləndiklərini açıqlamışdır. Onlar 1977-ci ildən 2016-cı ilin yanvarında Rikman vəfat edənə kimi birlikdə yaşamışlar.

“Üzlərin Saxlanması” tədqiqat fondunun rəhbəri olmuş Rikman həm də, bütün dünyada kasıblıqdan əziyyət çəkən artistlərə kömək edən Beynəlxalq Artistlərə Yardım Təşkilatının fəxri rəhbəri olmuşdur. Siyasətdən danışarkən Rikman demişdi ki, o, “Leyboristlər Partiyasının kart-daşıyan üzvü kimi doğulub.”

Rikman aktyor Tom Byörkun xaç atası olmuşdur.

Xəstəliyi və vəfatı

2015-ci ilin avqustunda Rikman kiçik insult keçirmiş, lakin, həkim baxış zamanı onda mədəaltı vəzi xərçəngi olduğunu da aşkarlamışdır. Yaxın ətrafı istisna olmaqla, aktyor hər kəsdən ağır xəstə olduğunu gizlətmişdir. 14 yanvar 2016-cı ildə Rikman dostları və qohumlarının əhatəsində London hospitalında vəfat etmişdir. Aktyorun ölümündən sonra onun fanatları Londonun Kral Xaçı Dəmir Yolu Stansiyasındakı "9¾ Platforması"-na çiçəklər gətirməyə başlamışlar.

Rikmanın xəstəliyi hər kəsdən gizlədildiyi üçün onun vəfatı da gözlənilməz olmuş, bir çox həmkarları və müasirləri bu hadisədən təəssüfləndiklərini bildirmişlər. Ralf Fayns “onun getdiyinə inana bilmirəm”, Ceyson Ayzek isə “dəhşətli xəbərdir” deyə qeyd etmişlər. Harri Potter romanlar seriyasının müəllifi olan yazıçı Coan Roulinq Rikmanın “möhtəşəm aktyor və gözəl insan” olduğunu demişdir. Emma Uotson yazır: “Bu cür xüsusi insan və aktyorla bir yerdə işlədiyimə görə çox xoşbəxtəm. Mən həqiqətən də bizim söhbətlərimiz üçün darıxacam.” Deniel Redkliff isə qeyd edir ki, “Mən əmin idim, o, London və Nyu-York səhnələrində elədiyim hər şeyi izləyir. O, bunu eləməli deyildi.” Evanna Linç deyir ki, “Rikmanın canladırdığı Sneyp obrazı ilə qarşılaşmaq çox qorxulu idi, lakin Sneyp olmadığı vaxt o, çox xeyirxah və səxavətli idi.” Rupert Qrint deyir ki, “hətta getmiş olsa belə, mən həmişə onun səsini eşidəcəyəm.”

London Film Tənqidçiləri Dairəsi Mükafatının təqdimetmə mərasimində göz yaşları içində nitq söyləyən Keyt Uinslet Rikmanı isti və səxavətli sözlərlə yad etmişdir. Helen Mirren deyir ki, “onun səsi bal və ya stiletto ülgüc təklif edə bilərdi”. Emma Tompson bildirir ki, “Barışmazlıq, bir çox şeyi, o cümlədən məni aydın gördüyü... təsvir edilməz və sinik ağlı onu böyük aktyor etmişdi ... Mən ondan çox şey öyrənmişdim.” “The Hollywood Reporter”-ə verdiyi müsahibədə Kolin Fört qeyd etmişdi ki, “bir aktyor kimi Rikman müəllim idi”. “Məğlubedilməz” filminin rejissoru Con MakTirnan qeyd edir ki, Rikman “ekranda daha çox məşhur olduğu mənfi obrazların antitezisi olmuşdur.” Ser Yan MakKellen yazır: “[Rikmanın] sevincli olduğu qədər gözəl olan kədərli üzünün arxasında axtarıcı və nail, super-qəhrəman, təvazökar, lakin ölümcül effektiv olan super-aktiv ruh yaşayırdı.”

Fəaliyyəti

Teatr

Alan Rikman Brodveyin Con Qolden Teatrı, 11 noyabr 2011

RADA-da təhsilini başa vurduqdan sonra, Britaniya repertuarı üzərində aktiv çalışan Rikman, eksperimental teatr truppası ilə birlikdə Çexovun “Qağayılar” və Snu Uilsonun “Şən dul” pyeslərinin Royal-Kort Teatrında səhnələşdirilməsində iştirak etmiş, üç dəfə Edinburq Beynəlxalq Festivalında iştirak etmişdir. 1978-ci ildə Kort Dram Qrupu ilə “Romeo və Cülyetta” və "Körpüdən görünüş” pyesləri də daxil olmaqla bir neçə əsərin səhnələşdirilməsində iştirak etmişdir. Kral Şekspir Kompaniyasında (RSC) işlədiyi müddətdə o, “Sizə necə xoşdursa” tamaşasında iştirak etmişdir. Həmin dövrdə BBC-nin istehsalı ilə Entoni Trollopun ilk iki Barçester romanlarının ekranlaşdırılmasında iştirak etmişdir. Bunlar “Barçester xronikaları” (1982) və “Möhtərəm Obadiya Slop” əsərləridir.

1985-ci ildə Rikman Kral Şekspir Kompaniyasında Hovard Devisin rejissorluğu ilə hazırlanmış Kristofer Hemptonun “Təhlükəli əlaqələr” (fr. Les Liaisons Dangereuses) adaptasiyasında əsas kişi rolu olan Vikomt de Valmont obrazını canlandırmışdır. Kral Şekspir Kompaniyası istesalının 1987-ci ildə Brodveyə köçürülməsindən sonra, Rikman bu roluna görə Toni mükafatına və Drama Desk mükafatına namizəd göstərilmişdir.

Alan Rikman Noel Kauardın romantik-komediya tamaşası olan “Şəxsi həyatlar” pyesinin səhnələşdirilməsində rol almışdır. 2002-ci ildə Londonun Alberi Teatrında tamaşanın göstərişi uğurla başa çatdıqdan sonra, o, Brodveyə transfer olunmuşdur. Toni mükafatına layiq görülmüş bu səhnələşdirmədə Rikman “Təhlükəli oyunlar” tamaşasında bir yerdə çalışdıqları rejissor Hovard Devis və aktyor Lindsi Dunkanla yenidən bir araya gəlmişdir. Onun növbəti səhnə performansı “Antoni və Kleopatra” tamaşasında Antoni obrazı olmuşdur. Kral Milli Teatrının Londonun Oliver Teatrında səhnələşdirdiyi bu tamaşa 20 oktyabr-3 dekabr 1998-ci ildə göstərilmişdir. Viktoriya Vudun BBC-də yayımlanmış “Viktoriya Vud bütün haşiyələrlə birlikdə” adlı xüsusi Milad buraxılışında rola alan Rikman Hanisakl Uilksin obrazı ilə əlaqəsini qırmalı olmuş Vaterlo döyüşünün yaşlı polkovnikini canlandırmışdır.

Rikman, "Con Qabriel Brukman" tamaşasının premyerasından sonra Bruklin Musiqi Akademiyası qarşısında, 11 yanvar 2011

1995-ci ildə Rikman Londonun Almeida Teatrında “Qış qonağı” pyesinin səhnələşdirilməsində rejissor kimi iştirak etmiş, həmin tamaşa əsasında Rikmanın rejissorluğu ilə çəkilmiş, baş rollarını Emma Tompson və onun həyatda da anası olan Fillida Lavın canlandırdığı film isə 1997-ci ildə çıxarılmışdır. Rikmanın Ketrin Vaynerlə birgə baş rolları bölüşdüyü “Mənim adın Raşel Korridir” tamaşasının açılışı 2005-ci ilin aprelində Royal-Kort Teatrında baş tutmuşdur. Həm də tamaşanın rejissoru olan Rikman Ən Yaxşı Rejissor nominasiyasında Teatra Gələnlərin Seçimi Mükafatına layiq görülmüşdür. Korri ailəsi ilə dostlaşmış Rikman onların etibarını qazanmış və tamaşa 2005-ci ildə Londonda çox yaxşı qəbul edilmişdir. Lakin, növbəti il, tamaşanın Nyu-York premyerası onda “Anti-İsrail agit-prop” görənlərin boykot ehtimalı nəzərə alınaraq təxirə salınmışdır. Rikman bildirmişdi ki, “senzura qorxudan doğur”. Toni Kuşner, Harold Paynter, Vanessa Redqreyv və başqaları tamaşanın təxirə salınmasına etiraz etmişdilər. Növbəti ilə tamaşa başqa bir teatrda səhnələşdirilmiş və bu günə kimi dünyanın müxtəlif teatrlarında səhnələşdirilməkdədir.

2009-cu ildə Rikman Dublin Universitet Kollecinin Ədəbiyyat və Tarix Cəmiyyətinin Ceyms Coy Mükafatına layiq görülmüşdür. 2010-cu ilin oktyabr-noyabr aylarında Rikman Dublinin Abbey Teatrında Lindsi Dunkan və Diona Şou ilə birlikdə Henrik İbsenin “Con Qabriel Brukman” tamaşasında Con obrazını canlandırmışdır. "Irish Independent” qəzeti Rikmanın performansını “nəfəskəsən” adlandırmışdı.

21 noyabr 2011-ci ildə Brodveyin Con Qolden Teatrında Tereza Rebekin eyniadlı pyesi əsasında Alan Rikmanın əsas rolu canlandırdığı “Seminar” tamaşası təqdim edilmişdir. Tamaşanı 1 apreldə tərk etmiş Rikman Sevilən Aktyor nominasiyasında “Broadway.com”-un İzləyicilərin Seçimi Mükafatına layiq görülmüş, həmçinin, Dram Liqası Mükafatına namizəd göstərilmişdir.

Kino

Rikman "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filminin Nyu-York premyerasında, iyul, 2011

Rikmanın fəaliyyəti çoxşaxəli olmuşdur. O, “Eşq və Yaşam” (1995) filmində Kolonel Brendon, "Həqiqətən, dəlicəsinə, dərindən" (1991) filmində Ceymi kimi romantik qəhrəman rollarını, "Məğlubedilməz" (1988) filmində alman terrorist Hans Qruber obrazını, "Robin Hud: Oğrular Şahzadəsi" (1991) filmində Nottingem Şerifi kimi müxtəlif böyük büdcəli Hollivud filmlərində mənfi qəhrəmanları canlandırmış, 1996-cı ildə çəkilmiş “Rasputin” filmində canlandırdığı Rasputin obrazına görə Qızıl Qlobus və Emmi mükafatlarını qazanmışdır.

Rikmanın “Məğlubedilməz” filmində canlandırdığı Hans Qruber obrazı “AFİ-nin 100 il...100 Qəhrəman və Xəbis” siyahısında film tarixinin 46-cı ən yaxşı xəbisi kimi qeyd edilmiş, lakin, o, bir daha bu cür rol oynamayacağını bəyan edərək “Məğlubedilməz” kimi filmlərdə çəkilmək istəmədiyini açıqlamışdır. “Robin Hud: Oğrular şahzadəsi” filmində canlandırdığı Nottingem Şerifi obrazı isə onun filmlərdə mənfi qəhrəman canlandıran ən yaxşı aktyorlardan biri olduğunu sübut etmişdir.

Rikman həmişə qəddar adamlar olmaqdan çəkinilməli olunduğunu desə də, yaratdığı “sevilməyən obrazlar”la yadda qalmışdır. Onun Harri Potter filmlər seriyasında (2001-2011) yaratdığı qaranlıq Severus Sneyp obrazının motivasiyası erkən filmlərdə bəlli deyildi. Yaradıcılığı boyunca Rikman “Qalaktika axtarışında” (1999) filmində Ser Aleksandr Deyn/Dr. Lazarus, “Doqma” (1999) filmində Tanrının səsi olan mələk Metatron, Milad mövzulu Britaniya komediya filmi olan “Həqiqətən sevgi” filmində (2003) Emma Tomsonun axmaq əri Harri, “Avtostopla qalaktikada” filmində (2005) Paronoik android Mervin, “Nobelin oğlu” filmində (2007) Nobel mükafatı qazanmış eqoist ata kimi komedik obrazlar da yaratmışdır.

Rikman Severus Sneyp rolunda

HBO-nun “Tanrının yaratdığı” (2004) filmində canlandırdığı Dr. Alfred Blalok obrazına görə Rikman Emmi mükafatına namizəd göstərilmişdir. Rikman, Siqurni Uiver və Kerri-Enn Mossla birlikdə Berlin Beynəlxalq Film Festivalında debüt etmiş “Qar Piroqu” (2006) filmi və Tom Tikverin rejissorluğu ilə çəkilmiş “Parfümer” filmi kimi müstəqil filmlərdə də rol almışdır. Rikman, Harri Potter filmlərində də rol almış Helena Bonem Karter və Timoti Spalla birlikdə Tim Börtonun tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış “Svini Todd:Flit-stritdən olan şeytan bərbər” filmində qəddar Hakim Turpin obrazını canlandırmışdır. Bundan sonra isə Börtonun “Alisiya möcüzələr ölkəsində” filmində Soxulcan Absolem obrazını səsləndirmişdir.

2011-ci ildə Rikman Harri Potter filmlər seriyasından olan “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmində yenidən Severus Sneyp rolunu canlandırmışdır. Bu seriyadan olan bütün filmlərdə onun yaratdığı obraz tənqidçilər tərəfindən müsbət qəbul edilmişdir. “Los Angeles Times”dan Kennet Turan qeyd edir ki, “həmişəki kimi Rikman ən uzunmüddətli təəssüratı yaradır”. “Rolling Stone” jurnalından Piter Travers isə Rikmanı “sərt simanın arxasında qayğıkeş ürəyi gizlədən...Sneypin maskasını yaxşı daşımış” aktyor adlandırır.

Mətbuatda Rikmanın Sneyp rolunu canlandırmasının Ən Yaxşı İkinci dərəcəli rola görə Oskar mükafatına layiq olması qeyd edilmişdir. Bu roluna görə ən yaxşı ikinci dərəcəli rol aktyoru kimi o, 2011 Qadın Film Jurnalistləri Assosasiyasının mükafatına, 2011 Saturn mükafatına, 2011 Skrim mükafatına, 2011 Sent Luis Geytvey Film Tənqidçiləri Assosasiyasının mükafatına namizəd göstərilmişdir.

2012-ci ildə Rikman Kolin Fört və Kameron Diazla birlikdə Maykl Hoffmanın “Qambit” filminə çəkilmişdir. Film 1966-cı ilə aid eyni adlı filmin remeyki idi. 2013-cü ildə Harri Potter filmlərində bir yerdə işlədikləri Rupert Qrintlə birlikdə Rikman, “CBGB” filmində İst-Vilic pank-rok qrupu CBGB-nin banisi Hilli Kristalı canlandırmışdır.

Filmoqrafiyası

Filmlərin xronoloji ardıcıllıqla siyahısı
İl Ad Rol Qeydlər
1978 Romeo və Cülyetta Tibalt BBC Televiziyası Şekspir
1980 Tereza Raken Vidal BBC serial
1980 Şelli Klayv Seriya No. 1.7
1982 Çökmüş Saymon BBC TV film
1982 Smaylinin adamları Mr Braunlou Seriya No. 1.2
1982 Barçester xronikaları Revd Obadiyaa Slop BBC serialı
1985 Yay mövsümü Krup BBC serialı
1985 Qızlar zirvədə Dimitri / RADA-nın səsi CIT TV serialı
1988 Məğlubedilməz Hans Qruber
1989 İnqlab şahidi Jak Rua BBC TV qısa
1989 Yanvar adamı Rəssam Ed
1989 Ssenari İsrael Yets BBC TV serialı
1990 Kuiqli Avstraliyada Elliot Marston
1991 Həqiqətən, dəlicəsinə, dərindən Ceymi
1991 Robin Hud:Oğrular şahzadəsi Nottingem Şerifi
1991 Gözlərimi yum Sinkleir Brayant
1991 Qapalı ölkə İnterroqator
1992 Bob Roberts Lukas Hart III
1993 Düşən mələklər Dvayt Billinqs teleserial
1994 Mesmer Frans Mesmer
1995 Dəhşətli böyük macəra P.L. O'Hara
1995 Eşq və Yaşam Colonel Brendon
1996 Rasputin Qriqori Rasputin
1996 Maykl Kollins İmon de Valera
1996 İrlandiyanın ruhlar qəsri Tid Sənədli film
1997 Qış qonağı Küçədə dayanmış kişi (titrlərdə göstərilmir) Həm də filmin rejissoru və ssenari həmmüəllifidir.
1998 İudanın öpüşü Detektiv Devid Fraydmen
1998 Qaranlıq liman Devid Veynberq
1999 Doqma Metatron
1999 Qalaktika axtarışında Aleksandr Deyn/Dr Lazarus
2000 Kömək edin! Mən balığam Co (səs)
2001 Tamaşa Men
2001 Qurutma Fil Allen
2001 Mammotların torpağı Ovçu Kro Maqnon Sənədli film
2001 Con Gissinq üçün axtarış John Gissing
2001 Harri Potter və Fəlsəfə Daşı Severus Sneyp Həm də Harri Potter və Sehrbaz Daşı adıyla çıxarılıb
2002 Harri Potter və Sirlər Otağı Severus Sneyp
2002 Dağ kralı Kral Filip (səs) Seriya: "Sadəcə qadın kimi"
2003 Gerçək sevgi Harri
2004 Tanrının yaratdığı Dr Alfred Blalok
2004 Harri Potter və Azkaban Məhbusu (film, 2004) Severus Sneyp
2005 Harri Potter və Alov Kuboku (film, 2005) Severus Sneyp
2005 Avtostopla qalaktikada Paranoyik android Marvin (səs)
2006 Parfümer Antuan Rişis
2006 Qar piroqu Aleks Hyugs
2007 Nobelin oğlu Eli Mayklson
2007 Harri Potter və Simurq Ordeni Severus Snape
2007 Suini Todd:Flit-stritdən olan şeytan bərbər Hakim Turpin
2008 Butulka şoku Steven Spurrier
2009 Harri Potter və Mələz Şahzadə Severus Sneyp
2010 Alisa möcüzələr ölkəsində Soxulcan (səs)
2010 Harri Potter və Ölüm Hədiyyələri. I hissə Severus Sneyp
2010 Vəhşi arzu Noel Odell (səs) National Geographic sənədli filmi
2010 Nahar nəğməsi O BBC Drama Production
2011 Harri Potter və Ölüm Hədiyyələri. II hissə Severus Sneyp
2011 Köpükdə oğlan Hekayəçi Qısa animasiya filmi
2011 Axıra qayıtma General Elien Seriya: "Elienlər"
2012 Qambit Lord Şahbəndər
2013 Eşikağası Ronald Reyqan
2013 Vədə Karl Hoffmeyster
2013 CBGB Hilli Kristal
2013 Toz Todd
2015 Kiçik xaos XIV Lüdovik Həmçinin rejissor və ssenari həmmüəllifidir.
2015 Səmadakı göz Frank Benson Kinoteatr çıxışı: 8 aprel 2016
2016 Alisiya güzgüdə Soxulcan Absolem (səs) Kinoteatr çıxışı: 27 may 2016 (ölümündən sonra)

Mükafat və nominasiyaları

Mediada

Rikman və Keyt Uinslet 2014 Toronto Beynəlxalq Film Festivalında.

1995-ci ildə “Empire” jurnalının “Film tarixinin 100 ən seksual ulduzu” siyahısında Rikman 34-cü yerdə qərarlaşdırılmışdır. 1997-ci ilin oktyabrında həmin jurnalın “Bütün zamanların Top 100 film ulduzu” siyahısında isə Rikman 59-cu yerdə qərarlaşdırılmışdır. 2009-2010-cu illərdə Rikman yenidən iki dəfə “Empire” jurnalının 100 Ən Seksual Ulduz siyahısına salınmış, hər dəfə seçilmiş 50 aktyor arasında 8-ci yerdə qərarlaşdırılmışdır. 1993-cü ildə Rikman Kral Dram Sənəti Akademiyası (RADA) Şurasına seçilmişdir; o, RADA-nın sədr müavini, Bədii Məşvərət və Təhsil komitələrinin, həmçinin İnkişaf Kollegiyasının üzvü olmuşdur.

“Empire” jurnalının keçirdiyi “50 yaşından yuxarı yaşayan Ən böyük film ulduzları” sorğusu nəticəsində Alan Rikman 19-cu yerə layiq görülmüşdür. Rikman iki dəfə Ən Yaxşı Aktyor (tamaşada) kimi Brodveyin Toni mükafatına namizəd göstərilmişdir: 1987-ci ildə “Təhlükəli əlaqələr” və 2002-ci ildə Noel Kauardın “Şəxsi həyatlar” tamaşalarında canlandırdığı obrazlara görə. “The Guardian” qəzetinin heç vaxt Oskar mükafatına namizəd olmamış ən yaxşı aktyorlar siyahısında Alan Rikman “fəxri qeyd” kimi xüsusi vurğulanmışdır.

Linqvist və səs mühəndisi olan iki müstəqil tədqiqatçı 50 səs nemunəsi əsasına Rikman və Ceremi Ayronun “mükəmməl kişi səsi”nə malik olduqlarını açıqlamışlar.

Adam Leonard tərəfindən bəstələnmiş "Not Alan Rickman" mahnısı da daxil olmaqla aktyor bir neçə musiqi əsərinin mövzusu olmuşdur. Mayk Oldfildin “Tubular Bells II” (1992) albomuna daxil olan “The Bell” musiqisində aktyor "Master of Ceremonies" hissəsini ifa etmişdir. Rikman “When Love Speaks” (2002) albomunda Şekspir sonetlərini səsləndirmiş aktyorlardan biri olmuşdur. Alan Rikman Texas qrupunun 2000-ci ildə MTV telekanalında təqdim edilmiş “In Demand” musiqi videosunda yer almışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alan Rikman haqqında məlumat. Alan Rikman nədir? Alan Rikman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xora

  • Fevral 27, 2026

    Komplement sistemi

  • Fevral 27, 2026

    Black Bullet

  • Fevral 27, 2026

    Besət

  • Fevral 27, 2026

    Naziat surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst