Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sergey Yurski (16 mart 1935, Leninqrad – 8 fevral 2019, Moskva) — sovet və rus aktyoru, rejissoru, ssenaristi.

Sergey Yurski

  • Ana Səhifə
  • Vikipediya
  • Sergey Yurski

Sergey Yurski (16 mart 1935, Leninqrad – 8 fevral 2019, Moskva) — sovet və rus aktyoru, rejissoru, ssenaristi.

Sergey Yurski
Doğum tarixi 16 mart 1935(1935-03-16)
Doğum yeri
  • Leninqrad, RSFSR, SSRİ
Vəfat tarixi 8 fevral 2019(2019-02-08) (83 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Vəfat səbəbi ürək dayanması[d]
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Həyat yoldaşı
  • Zinayda Şarko[d] (1961–1968),
  • Natalya Tenyakova[d] (1970–2019)
Uşağı
  • Darya Yurskaya[d]
Fəaliyyəti aktyor, teatr rejissoru, kinorejissor, ssenarist, dramaturq, şair, rejissor, yazıçı, tərcüməçi, mühazirəçi
Fəaliyyət illəri 1957–2019
Təhsili
  • A.N.Ostrovski adına Leninqrad Teatr İnstitutu[d] (1955–2019),
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d] (–1955)
Mükafatları "RSFSR xalq artisti" fəxri adı — 1987 "RSFSR əməkdar artisti" fəxri adı — 1968
"Şərəf" ordeni (Rusiya) — 1995 III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2010
IMDb ID0951084
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yurski 16 mart 1935 ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuşdur. Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur. Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təxminən on dörd yaşında baş qaldırdı. Amma o, valideynlərinin istəyi ilə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. S. Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaxt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müxtəlif rollar verilirdi. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib.1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova evlənib.

Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki, o, Azərbaycanda da filmlərə çəkilib və sevilmişdir. Belə ki, məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırıldı. Belə bir zamanda onu AzərbaycanFilm onu Azərbaycanda çalışmağa dəvət edir. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bugünkü gündə də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib. Bundan başqa aktyor "Şir evdən getdi" filmində ovçu, "Bir ailəlik bağ evi" filmində direktor və "Qorxma, mən səninləyəm!" filmində pristav rollarını oynayıb.

Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir.1957-ci ildən etibarən Leninqraddakı M. Qorki adına Böyük Dram Teatrının aktyorudur. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet adına Teatrında çıxış edir və "Müasir pyes məktəbi"ndə çalışmışdır. Bir sıra teatr tamaşasının rejissorudur.

2018-ci il dekabrın sonunda aktyor ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilmişdir. Amma 8 fevral 2019-cu ildə aktyor 83 yaşında Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya

  1. Dostiqayev və Başqaları (1959)
  2. Təzəcə Toyları Olmuş Oğlan və Qız Haqqında Povest (1959)
  3. Heç Yerdən Gəlmiş Adam (1961) – Qəribə adam
  4. Qara qağayı (film, 1962)
  5. Təhkimli Aktrisa (1963) — Nikita
  6. Zaman, irəli! (1965) —Marqulis
  7. ŞKİD Respublikası (1966)— Vikniksor
  8. Qızıl Buzov (1968) — Ostap Bender
  9. Müdaxilə (1968) — Maskalar
  10. Maral Şah (1969)— Tartalya
  11. Sınıq Nal (1973)
  12. Məqsəd Seçimi (1974)— Oppenheymer
  13. Dərviş Parisi partladır (film, 1976) — Musyö Jordan
  14. Günlərin bir günü... (film, 1976) —Aktyor
  15. Şir evdən getdi (film, 1977) — Ovçu; Ekskurisya bələdçisi; Qarovulçu
  16. Bir ailəlik bağ evi (film, 1978) — Müdir
  17. Sərsəri Rasmus (1978)
  18. Kiçik Faciələr (1979)— İmprovizator'
  19. Görüş yerini dəyişmək olmaz (film, 1979)— Qruzdev
  20. 20 Dekabr (1981)
  21. Qorxma, mən səninləyəm — Pristav
  22. Qadın Axtarın (1982)— Metr Roşe
  23. Kondorun Təslimi (1982)— Diktator
  24. Əlibaba və Qırx Quldur (1983)— Qasım
  25. Tənha Kommersantın Uduşu (1984)
  26. Məhəbbət və Göyərçinlər (1984) — Mitya dayı
  27. Dumandakı Sahillər (1985)
  28. Özünə Aparan Yol (1985)
  29. Münəccim (1986)
  30. Əbədilyin Sonu (1987)— Qobbi Finji
  31. Çernov (1990)
  32. Au, Qatar Soyğunçuların Əlindədir (1991)
  33. Ekstrasens (1992)
  34. Səsudanlı Tapança (1993)
  35. Yad Adama edilən Etiraf (1996)
  36. Kraliça Marqo (1996)
  37. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) (arxiv kadrlar)
  38. Korolyov (2007)— Tsiolkovski

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sergey Yurski haqqında məlumat. Sergey Yurski nədir? Sergey Yurski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yahoo

  • Fevral 27, 2026

    Səth

  • Fevral 27, 2026

    Minyan

  • Fevral 26, 2026

    Siciliya krallığı

  • Mart 01, 2026

    Afta

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst