Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə ya

SENTO

  • Ana Səhifə
  • Vikipediya
  • SENTO

Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur.

SENTO
CENTO, СЕНТО, SENTO
Yaranma tarixi 24 fevral 1955
Ləğvolma tarixi 16 mart 1979
Mərkəzi
  • Bağdad
  • Ankara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
SENTO üzvü olan ölkələr

SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ ilə İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı.

XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.

SENTO-nun əsas institutları — Daimi nazirlər şurası (sessiyalar hər il keçirilirdi), Katiblik və 4 komitə (hərbi, təxribatçı fəaliyyətlə mübarizə, iqtisadi və qarşılıqlı əlaqələr) idi. Blokun hərbi planlaşdırma üzrə birləşmiş qərargahı, həmçinin bəzi alt komitələri və texniki qrupları da mövcud idi.

1961-1979-cu illərdə təşkilatın mərkəz-qərargahı Ankarada yerləşirdi. Hərbi blok 1979-cu il İslam inqilabından sonra İranın, ardınca isə Pakistanın blokdan çıxması ilə fəaliyyətini dayandırmışdır .

Həmçinin bax

  • NATO
  • VMT
  • SEATO
  • ANZYUS
  • Kollektiv müdafiə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, SENTO haqqında məlumat. SENTO nədir? SENTO nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Namibiya bayrağı

  • Fevral 27, 2026

    Tunel effekti

  • Fevral 27, 2026

    Nikaraqua gölü

  • Mart 01, 2026

    Abayudaya

  • Fevral 25, 2026

    Titikaka gölü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst