Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ölüm vadisi — ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək h

Ölüm dərəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Ölüm dərəsi

Ölüm vadisi — ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir.

Ölüm dərəsi

Mündəricat

Geologiya

Ölüm Vadisi bir qrabendir – iki dağ silsiləsi arasında yer alan və aşağı çökmüş bir torpaq sahəsidir. Bu vadi Walker Lane adlanan geoloji çökəklik sisteminin cənub ucunda yerləşir və bu sistem şimala doğru Oreqon ştatına qədər uzanır.

Ekologiya

Ölüm dərəsi 2005-ci ildə baharda çiçək açır.

Qızmar istilərə və az yağıntıya baxmayaraq, Ölüm vadisi əhəmiyyətli biomüxtəlifliyə malikdir. Yaz aylarında, qarın əriməsi ilə su təmin olunan çiçəklər səhranın səthini örtür və bu proses iyun ayına qədər davam edə bilər. Ərazidə dağ qoyunları, qırmızı quyruqlu şahinlər və vəhşi uzunqulaqlar müşahidə oluna bilər. Ölüm vadisi ərazisində 600-dən çox bulaq və gölməçə mövcuddur. Darwin şəlaləsi, Ölüm vadisi Milli Abidəsinin qərb kənarında yerləşir və 30 metr hündürlükdən tökülərək, söyüdlər və qovaq ağacları ilə əhatələnmiş iri bir gölməçəyə axır. Bu gölməçə ətrafında 80-dən çox quş növü qeydə alınmışdır.

İqlim

Ölüm vadisinin bölgəsinin quraq və səhravari landşaftı

Ölüm Vadisi subtropik, isti səhrə iqliminə malikdir. Burada yaylar çox uzun və son dərəcə isti, qışlar isə qısa və mülayim keçir. Yağıntı miqdarı isə çox azdır.

Vadi son dərəcə quraqdır, çünki o, dörd əsas dağ silsiləsinin (o cümlədən Sierra Nevada və Panamint silsiləsi) yağış kölgəsində yerləşir. Sakit okeandan materikin içinə doğru hərəkət edən rütubətli hava kütlələri Ölüm Vadisisinə çatmaq üçün şərq istiqamətində bu dağları aşmalıdır. Hava kütlələri hər bir dağ silsiləsini keçərkən yüksəldikcə soyuyur və rütubət kondensasiya olunaraq qərb yamaclarında yağış və ya qar şəklində düşür. Hava kütlələri Ölüm Vadisisinə çatdıqda isə, artıq demək olar ki, bütün rütubəti itirmiş olur və bu səbəbdən orada yağıntı çox az olur.


Ölüm dərəsinin sirləri

Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edir heç vaxt bir-biri ilə toqquşmurlar. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməmişdir. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ölüm dərəsi haqqında məlumat. Ölüm dərəsi nədir? Ölüm dərəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yukio Endo

  • Fevral 23, 2026

    Nukleotid

  • Fevral 25, 2026

    Mərziyyə Davudova

  • Fevral 25, 2026

    Laktansius

  • Fevral 26, 2026

    Lillehammer

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst