Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarı-ə

Raqnar Lodbrok

  • Ana Səhifə
  • Vikipediya
  • Raqnar Lodbrok

Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarı-əfsanəvi, yarı-həqiqi qəhrəman, İsveç, Norveç və Danimarka konunqu (kralı). Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuşdur. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta, Tora və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Sümüksüz İvar və Dəmiryanlı Byörnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 845-ci ildə Parisi qarət etmişdir. IX əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə Nortumbriya kralı II Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür. Həyatı haqqındakı çox saylı əfsanələr bir-birindən fərqli detallara malikdir.

Raqnar Lodbrok
Ragnarr Loðbrók
Raqnarın ölümü
Raqnarın ölümü
Digər adı Dəridən Şalvarlı Raqnar
Doğum tarixi IX əsr
Doğum yeri Skandinaviya
Vəfat tarixi IX əsr
Vəfat yeri Nortumbriya, İngiltərə
Vəfat səbəbi öldürülmə
Dəfn yeri İngiltərə
Həyat yoldaşı
  • Lagerta
  • Tora
  • Aslauq
Uşağı
  • Dəmiryanlı Byörn
  • Halfdan Hvitserk
  • Siqurd Raqnarsson
  • Ubbe Raqnarsson
  • Sümüksüz İvar
Atası Üzük Siqurd
Milliyyəti vikinq
Dini Skandinav çoxtanrılığı
Fəaliyyət illəri VIII əsrin sonu — IX əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixiliyi

İngilis antikvarian Hilda Ellis Davidsonun fikrincə Raqnar Lodbrok həqiqətən də mövcud olmuş, illərlə Avropanın qorxusu olmuşdur. Katrin Holmanın fikrincə isə Raqnar Lodbrok əfsanəsi ədəbi uydurmadan başqa bir şey deyil. Fransa və İngiltərə torpaqlarına basqınlar etmiş, ömrünün sonunda da kral Aella tərəfindən ilan dolu bir çuxura atılaraq edam edilmişdir. Oğulları onun ölümündən sonra Böyük vikinq işğalı başlatmışlar.

Ənənəvi qaynaqlara görə

Saqalara mövzu olan bu şəxsi bir neçə tarixi şəxsiyyət ilə əlaqləndirirlər. Raqnar olduğu düşünülən şəxslərdən bir vikinq dəniz qulduru və döyüşçü Raqnaldır. O xüsusilə Fransaya qarətçi yürüşlər etmişdir. Xristian şəhərlərində hücum üçün istifadə etdiyi ən əhəmiyyətli döyüş taktikası şəhərdəki bütün döyüşçülərin kilsədə ayində olduğu bazar günlərini seçməsidir. Ümumiyyətlə böyük miqdarda girov pulu aldıqdan sonra qurbanlarını sərbəst buraxar, eyni yerə davamlı olaraq hücumlar edərək zənginləri talan edərdi.

Fransa, Paris mühasirəsi

845-ci ildə Raqnar cənuba doğru yola çıxmışdır. 120 gəmi və təxminən 5 min vikinq döyüşcüsü ilə bərabər Sena çayından başlayaraq Karolenj İmperatorluğunun Fransa Krallığındakı qərb sahillərini qarət etmişdir. Fransanın içərilərinə doğru hərəkət edən vikinqlər Parisi ələ keçirmişdilər. Fransa kralı keçəl Karl, Raqnala şəhərə zərər verməməsi üçün böyük miqdarda daneqeld fidyə ödəmişdir. Səfərə qatılan çox sayda vikinq döyüşçüsünün səfər əsnasında, Raqnalın isə səfərdən dərhal sonra öldüyü deyilir. Parisdən sonra vikinqlər Fransanın digər bölgələrinə doğru irəliləmiş və uzun müddət franklar tərəfindən müqavimətə rast gəlməmişdilər. Sonrakı dövrdə vikinqlər Ruan şəhərini yerlə yeksan etmişdilər. Bölgəyə yerləşən vikinqlər şimallılar mənasında "nordmen", "norsmen" adlandırılmışdılar. Tarixdəki "normand" adı buradan qaynaqlanır, məskunlaşdıqları bölgə isə Normandiya adlandırılmışdı .

Ölümü

Bütün qaynaqlar Raqnar Lodbrokun İngiltərədə öldüyü mövzusunda həmfikirdir. Raqnarın hansı şərtlərdə Nortumbriya kralı Aellanın əlinə düşdüyü məlum deyil. Raqnarın ölüm tarixi 840 və ya 865-ci il kimi verilir. Atalarının ölüm xəbərini aldıqlarında Raqnarın oğullarının davranışlarına dair müxtəlif əfsanələr olsa da İvarın İngiltərəyə hücum edərək torpaqları qarət etdiyi və kral Aellanı müharibədə məğlub edərək əsir aldığı məlum faktdır. Aella çox əzabverici bir işgəncə olan Blodorn ilə öldürülmüşdür. Böyük bir orduyla irəliləyən vikinqlər Bardni, Kroylend və Medeşampsted monastırlarına hücum edərək və buradakı rahibləri öldürmüşdülər. Səfər əsnasında Şərqi Anqliya kralı Edmund əsr almış və öldürmüşdülər. Bu vuruşmalar Böyük Alfred dövründəki anqlosakson və vikinq döyüşlərin başlanğıcı sayılır.

Matəm nəğməsi

Raqnarın ilan dolu çuxura atıldığı zaman aşağıdakı məşhur ölüm nəğməsini söylədiyi iddia edilir.

" Odinin mənim üçün mərasim masasını hazırladığını bilmək çox gözəldir. Tezliklə qıvrım buynuzlardan şərab içəcəyik. Odinin Valhallasına gələn bir döyüşçü şikayət etməz. Onun yanına dilimdə qorxu sözləri ilə getməyəcəyəm. Aesir məni qarşılayacaq. Ölüm yas olmadan gələcək. Mən də getmək üçün səbirsizlənirəm. Disir, artıq məni evə apar, Odinin göndərdiyi Valkürlər. Aesir ilə qürur duyaraq içkimizi içək. Ömrümün günləri sona çatır. Ölərkən gülürəm. "

Ayrıca 12-ci əsr Şotlandiya qaynaqlı olan "Krakumal" adlı şeirdə də Raqnarın son anları təsvir edilir.

Ailəsi

Raqnar Lodbrok əfsanəyə görə 3 dəfə evlənmişdir: Lagerta, Kraka Aslauq Siqurdsdatter və Tora Borqarhyört. Övladları:

  • I Björn (Cəsur Björn) - İsveç kralı, Munsyö sülaləsinin banisi.
  • Halfdan Hvitserk - Yorvik kralı
  • Siqurd Raqnarsson - Qoca Qormun babası.
  • Ubbe Raqnarsson - Sinvit döyüşündə öldürülmüşdür.
  • Sümüksüz İvar - Adalar krallığının banisi.

Mediada

"The Vikings" (1958) filmi - Ernest Borqnin tərəfindən canlandırılıb. Oğlu Sümüksüz İvar isə filmdə Einar adlanmış və bu rol Kirk Duqlas tərəfindən ifa edilmişdi. Hazırda Raqnar rolu "The Vikings" serialında Trevis Fimmel tərəfindən canlandırılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Raqnar Lodbrok haqqında məlumat. Raqnar Lodbrok nədir? Raqnar Lodbrok nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Millətlər Liqası

  • Fevral 27, 2026

    Söz birləşməsi

  • Fevral 27, 2026

    Çaykənd əməliyyatı

  • Fevral 27, 2026

    Uttar Pradeş

  • Fevral 27, 2026

    İnsan anatomiyası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst