Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sancaq döyüşü — 1467-ci ildə Van vilayətinin Çapaqcur qəzasının ərazisində ağqoyunlularla qaraqoyunlular arasında baş vermişdir.

Səncəq döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Səncəq döyüşü

Sancaq döyüşü — 1467-ci ildə Van vilayətinin Çapaqcur qəzasının ərazisində ağqoyunlularla qaraqoyunlular arasında baş vermişdir.

Sancaq döyüşü
Qaraqoyunlu, Ağqoyunlu tarixi
Tarix 1467-ci il
Yeri
  • Bingöl ili
Nəticəsi Qaraqoyunlular məğlub oldu. Qaraqoyunlu dövləti süqut etdi.
Münaqişə tərəfləri

Ağqoyunlu dövləti

Qaraqoyunlu dövləti

Komandan(lar)

Uzun Həsən

Cahanşah ☪
Məhəmmədi Mirzə ☪
Pirzad bəy əsir
Rüstəm bəy əsir
İskəndər bəy əsir
Qılınc Arslan bəy əsir
Şah Vəli bəy əsir
Yusif Mirzə əsir

Tərəflərin qüvvəsi

10 min

30 min

İtkilər

bilinmir

5 min

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Arxaplan

    Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi.

    Döyüşə hazırlıq

    Cahanşahın şərqdəki işğalları zamanı Uzun Həsənin qərbdə əldə etdiyi qazancları geri almaq üçün 1467-ci il mayın 16-da Təbrizdən ayrılaraq Van gölü yaxınlığındakı Sökmənabada gəlməsi ilə başladı. Görünən səbəb dədə-baba yurdlarına səfər olsa da, əslində bu yürüş Ağqoyunlulara öz yerini göstərmək məqsədi daşıyırdı. Müharibənin qaçınılmaz olduğunu dərk edən Həsən bəy bir tərəfdən döyüş hazırlıqları ilə yanaşı digər tərəfdən diplomatik fəaliyyətlərini də davam etdirirdi. O öz elçisini Cahanşahın yanına göndərsə də nəticə ala bilməmişdi. Cavab olaraq Cahanşah da öz adından elçi göndərərək Uzun Həsəni təhdid etmişdi. Beləki Qaraqoyunlu elçisini yola salan kimi bu dəfə qadısı Rüknəddin Əlini hörmət və sayğı dolu sözlərlə yazılmış məktubla o cümlədən qiymətli hədiyyələrlə yenidən Cahanşahın hüzuruna göndərdi. Məqsədi mümkün olan qədər döyüşdən qaçmaq əks halda Qaraqoyunluların fikrini yayındırmaq idi. Bu elçi Uzun Həsən adından Cahanşa bildirir: "Bəyimiz sizə sadiq və bağlıdır. Məqsədiniz ölkə ələ keçirməkdisə bütün qalaların açarlarını sizə təqdim etməyə hazırdır. Əgər mal mülk istəyirsizsə var dövlətini sizə verməyə hazırdır." Lakin Cahanşah bu elçini də müsbət qarşılamadı. Onun əsas məqsədi Ağqoyunluların gedərək artan gücünü sındırmaq, onların hakim olduqları əraziləri ələ keçirmək idi. Nəticədə tərəflər özlərinə bağlı qüvvələrin hamısını ətraflarında topladıqdan sonra döyüşə başladılar.

    Döyüş

    Tərəflər ilk dəfə 1467-ci il noyabr ayının 11-də Muş düzənliyində qarşı qarşıya gəldilər. Əvvəlcədən buraya ordu göndərərək qalanı ələ keçirən Qaraqoyunlu qüvvələri ilə sayı 3000 civarında olan Ağqoyunluların qabaqcıl qüvvələri arasında baş verən ilk toqquşmada Cahanşah məğlub oldu. Cahanşah döyüşün gedişatını danışmaq məqsədilə divan çağırdı. Divanda əsgərlərin qayıtmaq istəklərini nəzərə alaraq döyüşü gələn ilə ertələməyi qərarlaşdırdılar. Nəticədə qüvvələrin bir qismi geri qayıtdı. Cahanşah ailəsini, əyanlarının bir qismini və qalan əsgərlərini də götürərək Bingöl vilayəti sərhədləri daxilindəki Sancaq bölgəsinə gələrək burada qaldı. Düşmənə əhəmiyyət vermədiyi üçün də ciddi tədbir görməyə ehtiyac duymadan əyləncəyə başları qarışdı. Uzun Həsən rəqibinin bu hərəkətini Yuxarı Fərat hövzəsinə doğru hərbi fəaliyyər olduğunu düşünürdü. Lakin elçiləri məsələnin həqiqətini ona çatdırdıqda, bunun belə olmadığını anladı və daha sərt bir kəşfiyyat və təlim yürütməyə başladı. Rəqibinin Sancaq bölgəsində yerini təyin etdikdən sonra qərargahına kəndli qiyafəsində bir casus göndərdi. Cahanşahın qərargahına heç bir çətinliklə rastlaşmadan girən bu casus yüksək səslə qışqıraraq onun itmiş atını kiminsə görüb-görmədiyini soruşdu ancaq heç bir cavab almadı. O şahın bütün əsgərlərinin sərxoş olduğunu görüb Həsən bəyə xəbər verdi. Vəziyyətin əlverişli olduğunu anlayan Həsən bəy 1467-ci il noyabrın 10-da səhər saatlarında 6000 nəfərlik qoşunu ilə Cahanşahın qərargahına qəfil basqın etdi. Güc nümayiş etdirmək imkanı belə tapa bilməyən Qaraqoyunlu qüvvələri dağıldı. Cahanşah bir əsgər tərəfindən öldürüldü, iki oğlu və bütün əyanları əsir düşdü. Sonralar cənazəsi Təbrizə aparılaraq orada tikdirdiyi Müzəffəriyyə məqbərəsində dəfn olundu.

    Həmçinin bax

    • Ağqoyunlular
    • Qaraqoyunlular

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səncəq döyüşü haqqında məlumat. Səncəq döyüşü nədir? Səncəq döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Nigeriya bayrağı

    • Fevral 27, 2026

      Barium xlorid

    • Fevral 27, 2026

      0 (ədəd)

    • Fevral 27, 2026

      Tivi (Ordubad)

    • Fevral 26, 2026

      Topqapı sarayı

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst